xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Tofiq Əhmədov dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır

11-01-2023, 14:54 148 dəfə baxılıb

Tofiq Əhmədov dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır


Bu gün Zaqatala Rayon İcra Hakimiyyətinin başçının birinci müavini Tofiq Əhmədovun doğum günüdür. Tofiq Əhmədovun 55 yaşı tamam olur.

Tofiq Əhmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Zaqatala Rayon İcra Hakimiyyətinin başçının birinci müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Tofiq Əhmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ona etibar edilən bütün işlərdə Tofiq Əhmədov özünü doğruldub.

Xezerinformasiya.com rəhbərliyi və kollektivi olaraq, biz də cənab Tofiq müəllimi təbrik edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik

Zaqatala Rayon İcra Hakimiyyətinin başçının birinci müavini Tofiq Əhmədov - Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox vacib məqamlara toxundu.

O vurğuladı ki, ötən il Azərbaycan üçün bir çox aspektlərdən uğurlu olmuşdur. Azərbaycan ordusunun müdafiə qabiliyyəti daha da gücləndirilmiş, yeni komanda birlikləri yaradılmış, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilmiş, şəhid ailələrinə və qazilərə diqqət və qayğı davam etdirilmişdir.

Tofiq Əhmədov dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır


Eyni zamanda ötən il həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin 2020-ci ildə əldə etdiyi qələbənin dünya birliyi tərəfindən qəbul edilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini vermişdir.

Prezident müsahibədə Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıtmaları ilə bağlı da çox mühüm mesajlar verdi. Xüsusi olaraq vurğuladı bu insanların öz doğma yurdlarına qayıtmaları onların tam hüququdur və Azərbaycan bunun həyata keçməsi üçün bütün addımları atacaq.

Prezident İlham Əliyev Qarabağ və Şərqi-Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işlərinə də geniş toxundu. Bölgə əhalisinin həmin ərazilərə sürətli qayıdışının təmin olunması istiqamətində tədbirlərin uğurla icra olunduğunu xüsusi qeyd etdi.

Ötən il ölkəmiz üçün iqtisadi baxımdan da uğurlu olmuşdur. Ümumi daxili məhsulun 80, xarici ticarətin 50, xarici ticarətin müsbət saldosunun 25 milyard dollar təşkil etməsi, xarici borcun 7 milyard dollardan aşağı olması, minimum əməkhaqqının 15% artırılaraq 345-ə, minimum pensiyanın 16,7 faiz artırılaraq 280 manata çatdırması, ötən il 1500 şəhid ailəsinin evlə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin həm də iqtisadi gücünün və qüdrətinin göstəricisidir. Onu da nəzərə almaq lazımdır ki, bütün bu işlər Qarabağ və Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işləri, ordumuzun müdafiə qabiliyyətinin gücləndirilməsi fonunda həyata keçirilir.

Prezident İlham Əliyev çıxışında Ermənistana növbəti dəfə ciddi xəbərdarlıq etdi. Ermənistan ötən dövrdə baş verənlərdən ciddi nəticə çıxarmalıdır. Qarabağ erməniləri Azərbaycanın idarəçiliyini qəbul etməlidirlər. Qəbul etmək istəməyənlər isə bu əraziləri tərk edə bilərlər.

Tofiq Əhmədov dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır


Prezident İlham Əliyev Şuşada ermənilərin Qarabağda törətdikləri cinayətlərə etirazlarını bildirən gənclərə də təşəkkürünü bildirdi. Bu etirazların əsas səbəb və məqsədlərinə bir daha toxundu.

Yekunda qeyd etməliyik Prezident İlham Əliyev bütün müsahibələrində olduğu kimi bu müsahibədə də ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bir çox vacib məsələlərə toxundu. Eyni zamanda Ermənistana çox ciddi mesajlar verdi. Ermənistan ciddi nəticə çıxarmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi