xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Cavid Muradov: Milli həmrəyliyimizin daha bir təntənəsi

5-01-2023, 14:49 118 dəfə baxılıb

Cavid Muradov: Milli həmrəyliyimizin daha bir təntənəsi


Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov - Yaxın tariximzə nəzər saldıqda məlum olur ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın son günlərində SSRİ-İran sərhədinin Naxçıvan Muxtar Respublikası ərazisindəki hissəsində sərhəd dirəklərinin sökülməsi ilə qoyulub. Uzun müddət bir-birinə həsrət qalan soydaşlarımızın Şimali və Cənubi Azərbaycan arasındakı Araz çayının sahilinə yürüşü Azərbaycanın bölünməsinin dünya ictimaiyyətinə çatdırılmasına cəhd idi. Həmin vaxt həm Azərbaycan Sovet Sosialist Respublikasında, həm də İranda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərini söküb bir-birlərinə sevgilərini bildirdilər.

Bu baxımdan, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabırın 31-də qeyd olunması da təsadüfi deyil. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ölkəmizdə bayram kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1991-ci il dekabrın 16-da Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında “31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması” barədə qərar qəbul edildi. Ali Məclis bu bayramla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət ünvanladı. 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etdi. Həmin vaxtdan 31 Dekbar – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir.

Eyni zamanda, hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına xidmət edir. Vurğulamaq yerinə düşər ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd edilməsi də ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycan Respublikasının inkişafına və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilib. Belə ki, Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu hesab edir. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bu siyasət diaspor fəaliyyətinin əlaqələndirilməsində, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunmasında, bu sahədə mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.

Cavid Muradov: Milli həmrəyliyimizin daha bir təntənəsi


Bir daha qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində müstəqil dövlətimizin suveren ərziləri hesab edilən və hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan torpaqlarımızın təbii sərvətlərinin talan edilməsinin qarşısını almaq üçün müvafiq qurumların, Azərbaycan vətəndaş cəmiyyəti institutları nümayəndələrinin, ekofəalların, könüllülərin və cəmiyyətimizin digər təmsilçilərinin Şuşa-Xnakəndi yolunda dinc etiraz aksiyası keçirməsi həmrəyliyimizin növbəti nümunəsi adlandrımaq olar.

Belə ki, artıq 20 gündür davam edən etiraz aksiyası erməni təbliğatının yaydığı saxta məlumatların əksinə olaraq, “blokada” və ya “yolun bağlanması” deyil, sadəcə olaraq təbii ehtiyatlarımızın 30 ildir qanunsuz istismarının davam etdirilməsinin, bu prosesin ətraf mühitə zərər vurularaq talan olunmasının qarşısını almağa yönəlib. Özü də bu aksiyaya əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmasına baxmayaraq, Ağdərə rayonu ərazisinə Azərbaycanın müvafiq nazirliyinin mütəxəssislərinin buraxılmasının qarşısının qanunsuz olaraq alınmasından sonra start verilib.

44 günlük müharibədən sonra azad edilən torpaqlarımızda şahid olduğumuz vandalizmin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə də aparıldığından, ortada hələ də qanunsuz erməni birləşmələrinin varlığına şübhə olmadığından separatçı qüvvələr monitorinqə ciddi müqavimət göstərir. Problemin əsasında da yerli erməniərin müqaviməti və Qarabağa yaxından-uzaqdan heç bir aidiyyəti olmaya-olmaya Rusiyadan qaçan R.Vartanyanın onları yeni təxribatlara sövq etməsidir. Belə ki, hazırda humanitar məqsədlər üçün sərbəst şəkildə hərəkət yerinə yetirilən Laçın dəhlizi vasitəsilə son aylarda Ermənistandan erməni hərbçiləri və silahlarının keçirilməsi faktları da müşahidə edilməkdə idi.

Cavid Muradov: Milli həmrəyliyimizin daha bir təntənəsi


Beləliklə, hazırda Ermənistan rəhbərliyinin və Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə hələlik özbaşına fəaliyyətlə məşğul olan şəxslərin hay-küyüynə baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən fasiləsiz dinc aksiya torpaqlarımızın qanunsuz istismarına yönəlib və hər gün sıraları genişlənən aksiya mahiyyət etibarilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində milli həmrəyliyimizin daha bir nümunəsi və təntənəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi