xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 10:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir

23-11-2022, 19:16 163 dəfə baxılıb

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir





Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışında, Yeni Azərbaycan Partiyasının yaradılmasının keçmişindən, bu günkü fəaliyyətindən, gələcək planlarından söz açmışdır. Yeni Azərbaycan Partiyasının təsis konfransının Naxçıvanda keçirildiyini vurğulayan Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər.
XX yüzillikdə Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının ən yüksək mərhələsi 70-ci illərlə 80-ci illərin birinci yarısına düşür. Sovetlər Birliyi dövründə ittifaq respublikalarının hər birinin iqtisadiyyatı ümumi xüsusiyyətlərlə yanaşı, çox mühüm fərqləndirici cəhətlərə malik idi. 1969-1982-ci illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin iş təcrübəsi əsasında Azərbaycanın iqtisadi həyatında əldə edilən böyük uğurlar ölkəmiz üçün fərqləndirici haldır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçildiyi dövrdə respublika iqtisadiyyatı ağır vəziyyətdə idi. Ötən əsrin 60-cı illərində iqtisadiyyatın inkişafında mənfi meyillər özünü göstərir, bir sıra obyektiv və subyektiv səbəblərdən respublikamız umumittifaq miqyasında sosial-iqtisadi inkişafdan geri qalırdı. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesində işlərin fasiləsizliyi pozulur, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri aşağı düşürdü. Bütün bunlar isə respublikaya rəhbərlik missiyasını üzərinə götürmüş liderdən sonsuz qətiyyət, problemlərə rasional yanaşma qabiliyyəti, yüksək işgüzarlıq tələb edirdi.
Heydər Əliyev rəhbərliyə gəlişindən bir ay sonra Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda məruzə ilə çıxış etdi. Həmin məruzədə respublika iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyətin hərtərəfli təhlili aparıldı, buraxılmış nöqsan və çatışmazlıqlar diqqətə çatdırıldı. 1969-1970-ci illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi oldu. Respublikamızın dinamik inkişafı üçün kompleks proqramlar işlənib hazırlandı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin respublikanın inkişafı üçün yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı 1970-1980-ci illərdə müvəffəqiyyətlərin rəhni oldu.
70-80-ci illərdə həyata keçirilən tədbirlər nəticəsində 60-cı illərdə sənayenin bu sahələrində yaranmış çətinliklər və problemlər aradan qaldırıldı. Yüngül və yeyinti sənayesinin inkişafında yeni mərhələ başladı. Yüngül sənayenin inkişafında ipək emalı, pambıqtəmizləmə, pambıq emalı, toxuculuq və digər sahələrin inkişafına diqqət xeyli artırılmışdı.
1976-1980-ci illərdə 38 yeni yüngül sənaye müəssisəsi, o cümlədən Gəncədə qənnadı fabriki, ət kombinatı, Bakıda tikiş fabriki, bulka-maya kombinatı, ayaqqabı hissələri fabriki, Sumqayıtda üst trikotaj paltarları fabriki, Xudatda və Lənkəranda konserv zavodları və digər istehsal müəssisələri işə salınmışdı. Bu illərdə respublikanın müxtəlif regionlarında 16 şərab zavodu tikilmişdir və respublikada üzüm emal edən qurğuların gücü üç dəfə artmışdı. Həmçinin yeyinti və yüngül sənaye sahələri texniki cəhətdən yenidən qurulmuş, yeyinti məhsulları sənayesi müəssisələrində müasir texnika və texnologiyanın tətbiqi, istehsal prosesinin avtomatlaşdırılması sahəsində 800-dən çox tədbir həyata keçirilmişdi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilir. Nəticədə Azərbaycan yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. 44 Günlük Vətən Müharibəsində qazandığımız parlaq zəfər Azərbaycanın qüdrətini bütün dünya ölkələrinə nümayiş etdirdi. Müzəfər Ali Baş Komandanımızın rəhbərliyi ilə ölkəmizin qazanacağı daha böyük uğurlar hələ qarşıdadır.


Güldanə Orucova,
YAP Salyan rayon təşkilatının məsləhətçisi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi