Zaur Bağırov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır
18-11-2022, 13:29
322 dəfə baxılıb
Son günlər bəzi internet saytlarında SOCAR “28 May” adına NQÇİ-nin rəisi Zaur Bağırov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. NEFT ŞIRKƏTINDƏ MILYONLAR BELƏ MƏNIMSƏNILIR. “28 MAY” ADINA NQÇİ-NIN RƏISININ «XADIMƏ SEVGISI", "28 MAY" NQÇİ-NİN RƏİSİ ZƏRƏRLİ İŞDƏ ÇALIŞAN İŞÇİLƏRİN SÜD PAYINA GÖZ DİKİB? başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, SOCAR “28 May” adına NQÇİ-nin rəisi Zaur Bağırov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi SOCAR “28 May” adına NQÇİ-nin rəisi Zaur Bağırovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, SOCAR “28 May” adına NQÇİ-nin rəisi Zaur Bağırovdur.
SOCAR “28 May” adına NQÇİ-nin rəisi Zaur Bağırov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Zaur Bağırov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, SOCAR “28 May” adına NQÇİ-nin rəisi Zaur Bağırova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
SOCAR “28 May” adına NQÇİ-nin rəisi Zaur Bağırov - Bu günlərdə Azərbaycan xalqı qazandığı tarixi Zəfərinin ikinci ildönümünü qeyd etdi. Azərbaycanın incisi sayılan Şuşada Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edərək bir daha dövlətimizə qarşı qərəzli siyasət aparanlara, məkrli planlar quranlara açıq şəkildə xəbərdarlıq etdi, mesajlar ünvanladı.
Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarix yazdığını, Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklərini deyən Prezident qəhrəman övladlarımızın dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdığını, ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırdıqlarını bildirdi. “Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”.
Vətən müharibəsinin başa çatmasından ötən qısa müddət ərzində Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətimizin iqtisadi gücünün göstəricisidir. Hazırda Azərbaycan işğaldan azad edilmiş əraziləri sürətlə bərpa edir. Həmin ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur, hava limanları, elektrik stansiyaları, sosial binalar, yaşayış evləri inşa edilir, dəmir yolları, avtomobil yolları, tunellər tikilir, körpülər salınır, yaşayış məntəqələrimiz yenidən bərpa edilir. Sevinc hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin müəllifliyi ilə Qarabağ və Zəngəzur yenidən qurulur, Böyük Qayıdış proqramı uğurla icra edilir.
Beynəlxalq birlik ağır müharibədən çıxan Azərbaycanın çox qısa müddət ərzində işğaldan azad edilmiş ərazidə həyata keçirdiyi meqalayihələri heyranlıq və qısqanclıqla izləyir. Biz bu işləri heç kimin dəstəyi olmadan, yalnız öz gücümüzə reallaşdırırıq. Elə buna görə də Azərbaycanın regionda çox güclü, inkişaf etmiş və qüdrətli bir ölkə olduğunu görən bəzi qüvvələr bunu qəbul edə bilmir.
Azərbaycan bu müharibədə dostunu da, düşmənini də tanıdı. Çox təəssüflər olsun ki, bu gün də təcavüzkar Ermənistanı dəstəkləyən, Azərbaycana qarşı məkirli siyasət aparan ölkələr mövcuddur. Lakin Ermənistan anlamalıdır ki, bu kimi qüvvələrə arxayınlaşmaq onlar üçün fəlakət ola bilər. Prezidentin qeyd etdiyi kimi: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR