12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Məhəmməd Qələndərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
3-08-2022, 12:32
163 dəfə baxılıb
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Beyləqan rayon mədəniyyət idarəsinin müdiri Məhəmməd Qələndərov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
Xezerinformasiya.com-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Beyləqan rayon mədəniyyət idarəsinin müdiri Məhəmməd Qələndərov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır
Son günlər bəzi internet saytlarında Beyləqan rayon mədəniyyət idarəsinin müdiri Məhəmməd Qələndərov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Beyləqan icra hakimiyyətində “hörümçək toru”: Məhəmməd Qələndərov necə şəhər meri gətirilir?" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Beyləqan rayon mədəniyyət idarəsinin müdiri Məhəmməd Qələndərov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Beyləqan rayon mədəniyyət idarəsinin müdiri Məhəmməd Qələndərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Beyləqan rayon mədəniyyət idarəsinin müdiri Məhəmməd Qələndərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Məhəmməd Qələndərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Beyləqan rayon mədəniyyət idarəsinin müdiri Məhəmməd Qələndərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Beyləqan rayon mədəniyyət idarəsinin müdiri Məhəmməd Qələndərovdur.
Beyləqan rayon mədəniyyət idarəsinin müdiri Məhəmməd Qələndərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Məhəmməd Qələndərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Məhəmməd Qələndərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Məhəmməd Qələndərovdan danışdılar yaxşı ki, Məhəmməd Qələndərov Beyləqan rayon mədəniyyət idarəsinin müdiridir… Məhəmməd Qələndərov öz isguzarlığı ilə tanınır və seçilir….
Məhəmməd Qələndərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Məhəmməd Qələndərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Məhəmməd Qələndərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Məhəmməd Qələndərovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Məhəmməd Qələndərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Məhəmməd Qələndərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Beyləqan rayon mədəniyyət idarəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Məhəmməd Qələndərov özünü doğruldub. Bizdə hörmətli Məhəmməd Qələndərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Beyləqan rayon mədəniyyət idarəsinin müdiri Məhəmməd Qələndərov - Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət çərçivəsində struktur və kadr islahatları da xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, məhz idarəetmədə səmərəliliyi artırmaq məqsədilə islahatlar həmin sahəni də əhatə edib. Prezident tərəfindən qarşıya qoyulan iqtisadi, sosial məsələlərə nail olmaq məqsədilə idarəetmə sahəsində də yeni yanaşmanın tətbiqi mühüm məsələ olub. Belə uğurlu islahatların davamı kimi son illər ərzində struktur islahatları dərinləşdi və kadr dəyişikliklərinə başlandı. Sevindirici haldır ki, hazırda Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı dövlətimizin başçısı tərəfindən çox böyük uğurla həyata keçirilir. Bütün uğurlu inkişaf fonunda müşahidə etsək görərik ki, müdrik siyasətimiz xalqımız tərəfindən tam şəkildə dəstəklənir.
Müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi, daxili və xarici siyasət kursu Prezident İlham Əliyevin rəhbərliyi altında çox böyük nailiyyətlərlə davam edir. Ümumilikdə sosial-iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik templi inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da həyata keçirilməsi daha geniş hədəflərin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir.
Bir neçə gün öncə Prezident tərəfindən Göygöl, Lerik və Masallı rayonlarına icra başçıları vəzifəsinə təyinat zamanı dövlət başçısı xüsusi məqamlara toxunmuş, eyni zamanda məmurların öz vəzifə borclarını vicdanla, düzgün icra etməsi istiqamətində ciddi tapşırıqlar verilib. Azərbaycanın uğurlu inkişafını geniş və məzmunlu çıxışında diqqətə çatdıran Prezident qeyd etdi ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb: “İş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkə əhalisi artır. Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdır. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilib, minlərlə minik maşınları verilib. Bu proses davam etdirilir. Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın”.
Qürur hissi ilə söyləyə bilərik ki, Azərbaycan bu gün beynəlxalq aləmdə çox böyük hörmətə və nüfuza malik olan bir ölkədir. Çünki Prezidentin rəhbərliyi altında həyata keçirilən və Azərbaycanı inkişafın pik həddinə çatdıran düzgün və məqsədyönlü siyasətimiz ədalət prinsipinə əsaslanaraq, xalqımızın maraqlarına xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: