09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi
11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib
10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır
10:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir
Nazim Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
18-11-2022, 12:40
250 dəfə baxılıb
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "BOS Şelf" şirkətinin Baş Direktor Vəzifəsini İcra Edən Nazim Hüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
"BOS Şelf" şirkətinin Baş Direktor Vəzifəsini İcra Edən Nazim Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Nazim Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "BOS Şelf" şirkətinin Baş Direktor Vəzifəsini İcra Edən Nazim Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
BOS Şelf-in işçi heyətində 300-dən çox Qarabağ müharibəsi veteranı çalışır
BOS Şelf ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına vuruşan hər kəsə hər zaman dərin hörmətlə yanaşır. Biz I və II Qarabağ müharibəsi veteranlarına mütəmadi dəstək göstərməyi özümüzə borc bilib, onları əməkdaşlarımızın arasında görməkdən qürur duyuruq.
İşçi sıralarımızda 200 nəfərdən çox I Qarabağ müharibəsi veteranı çalışarkən, 58 nəfər əməkdaşımız II Qarabağ müharibəsinə qatılıb Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük tarixi qələbəyə imza atmışlar.
II Qarabağ müharibəsi bitdikdə, veteranlara dəstək proqramı çərçivəsində 50 nəfər müharibə veteranı BOS Şelf-in Təlim-tədris məktəbinə qəbul olunub. Burada, yeni kadrlarımız mexanik, qaynaqçı, quraşdırıcı, ilməçi-qoşucu kimi müxtəlif peşələr üzrə təlim prosesini uğurla bitirib işlə təmin olunmaq imkanını əldə ediblər. 10 nəfər II Qarabağ müharibəsi veteranı isə BOS Şelf tərəfindən müxtəlif peşələr üzrə bir başa işlə təmin olunub.
Hal-hazırda şirkətimizin işçi sıralarında 300-dən çox I və II Qarabağ müharibəsi veteranı çalışır. Vətən üğrunda vuruşan igid əsgərlərimizlə fəxr edirik!
BOS Şelf dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir.
Şirkət 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Star Gulf FZCO tərəfindən təsis edilmişdir.
Fəaliyyətimizin əvvəlindən biz Azərbaycanda Xəzər dənizində neft və qaz istehsalı üzrə iri miqyaslı və mürəkkəb layihələrin icrasına cəlb edilmişik.
2001-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) BOS Şelflə Azərbaycan tarixində ən böyük neft-qaz layihəsi olan Azəri-Çıraq-Günəşli (AÇG) yatağının tam miqyaslı işlənilməsinin 1-ci mərhələsi üçün iki ədəd dərin dəniz özülü quraşdırılması barədə müqavilə imzaladı. Müqavilədə 26,000 tonluq dayaq blokunun və 14,000 ton payaların hazırlanması və Keyfiyyət və SƏTƏM üzrə hədəflərə nail olunması şərtilə qrafikə uyğun vaxtda təhvil verilməsi nəzərdə tutulmuşdu.
1-ci mərhələnin uğurla tamamlanmasından sonra ABƏŞ BOS Şelflə AÇG-nin 2-ci və 3-cü mərhələsi üçün daha 5 dərin dəniz özülünün, həmçinin ÇNL üçün dayaq blokunun hazırlanması barədə müqavilə imzaladı. Bu layihələr 2005-2012-ci illər ərzində beynəlxalq standartlara uyğun olaraq uğurla həyata keçirildi.
2012-ci ildə BOS Şelf Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun başlıca operatoruna çevrilərək zavodun istehsalat qabiliyyətinin geniş modernizasiyası işlərinə başladı.
2013-cü ildə BOS Şelf dəniz qaz yataqlarının mənimsənilməsi üzrə dünyada ən mürəkkəb layihələrdən biri olan Şahdənizin 2-ci mərhələsi üçün dərin dəniz özüllərinin quraşdırılması barədə BP ilə müqavilə imzaladı. Müqavilə iki ədəd dərinsulu dayaq blokunun və beş sualtı qurğular dəstinin hazırlanmasını nəzərdə tuturdu.
Layihənin texniki mürəkkəbliyinə baxmayaraq BOS Şelf komandası layihə ilə bağlı yardımçı işlərin icrasına davam etməklə işlərin əsas həcmini qrafikdən əvvəl, yəni 2017-ci ilin mart ayında tamamlamağa nail oldu.
Dayanıqlı inkişafı hədəfə alan BOS Şelf bir çox iri miqyaslı və strateji layihələrdə davamlı iştirakı ilə dünya səviyyəli Azərbaycan şirkəti olduğunu qürürla bəyan edir.
Tikinti-Quraşdırma İyirmi ilə yaxındır ki, biz sənaye sahəsi üzrə ən yüksək standartların tələblərinə əməl edərək sifarişçilərimizə yüksək keyfiyyətli tikinti-quraşdırma xidmətləri göstəririk.
Bir çox yerli və beynəlxalq tərəfdaşların tələblərini qarşılamaqla BOS Şelf şirkəti Azəri-Çıraq-Dərinsulu Günəşli və Şahdəniz-2 neft-qaz yataqlarının tam-miqyaslı işlənilməsi çərçivəsində yüksək əhəmiyyətli və mürəkkəb layihələri həyata keçirmişdir.
Neft-qaz layihələri üçün müasir texnologiyaların tətbiqi ilə tikinti-quraşdırma işlərində uzun illərin təcrübəsi bizə dəniz platformalarının və digər əlaqədar qurğuların hazırlanması və onlara texniki qulluğun göstərilməsi kimi ən mürəkkəb və iri-miqyaslı tapşırıqların öhdəsindən gəlməyə imkan verir.
Dayaq Blokunun Hazırlanması Prosesi Dayaq bloku neft və qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan stasionar dəniz platformalarının üst tikililərini və göyərtə meydançasını saxlamaq üçün hazırlanmış şəbəkə tipli metal konstruksiyadır.
Bizim dayaq bloku hazırlama prosesi metal lövhələrin və digər əlavə materialların xüsusi anbarlara gətirilməsi və yükgötürmə qabiliyyəti 90 tona qədər olan körpülü kranlarla boşaldılaraq yığılması ilə başlayır. Materialların qəbulu prosesi metal lövhələrin Satınalma Sifarişinə uyğun olaraq çatdırılmasını təsdiq etmək üçün BOS Şelfin Keyfiyyətə Nəzarət heyəti tərəfindən yerinə yetirilir.
Materiallar yoxlanıldıqdan və məlumatlar materialın qeydiyyatı sisteminə yerləşdirildikdən sonra Texniki şöbə tərəfindən hazırlanmış və Materiala Nəzarət heyəti tərəfindən quraşdırma üçün təsdiq olunmuş işçi layihə və quraşdırma sənədlərinə uyğun olaraq Quraşdırma heyəti tərəfindən material sifarişi təqdim edilir.
Materiala Nəzarət heyəti metal lövhələrin 2 №-li sexdə qum-şırnaqla təmizlənməsi ilə hazırlanma prosesinə başlayır və təmizlənmiş lövhələri 3№li sexdə komputerləşdırılmış avtomat kəsmə dəzgahlarına ötürür. Kəsmə işləri tamamlandıqdan sonra lövhələr qalınlığı 150 mm-ə qədər olan lövhələri daxili diametri 4,000-4,500 mm-ə qədər bükmə qabiliyyəti olan avtomat yayma maşınlarına ötürülür. Soyuq yayma prosesindən sonra lövhələr çən formasını alır və kənarların qaynaq tikişi ilə birləşdirilməsi üçün avtomat flüsaltı qövs qaynağı avadanlığına verilməsi üçün hazır olur. Keyfiyyətə Nəzarət şöbəsi bütün mərhələlərdə layihə üzrə texniki şərtlərə və şirkət prosedurlarına əməl olunması üçün bütün proseslərə nəzarət edir.
Qaynağın vizual yoxlamaları, Maqnitlə Nüfuzetmə Sınağı, Dağılmayan üsulla Sınağı nəticələri təsdiq olunduqdan sonra 5№li sexin köməkçi istehsalat xətlərində çənlər uzun boru formasında uc-uca qaynaq olunur və sonra emal olunması üçün 6№li sexdə komputerləşdirilmiş Müller fiqurlu kəsmə maşınlarına verilir.
Hazırlanmış dayaq tirləri quraşdırma sahəsinə ötürülməzdən əvvəl qum-şırnaqla təmizləmə, qruntlama və rəngləmə işləri üçün Xüsusi Boru Üzləmə sexinə ötürülür.
Quraşdırma sahəsinə gətirildikdən sonra dayaq tirləri tumbalar üzərində yan panellər üzrə yığılaraq 1,350 tona qədər yükgötürmə qabiliyyəti olan ağır tırtıllı kranlarla qaldırılır, dayaq blokunun ayaqları üzərinə bərkidilir və stapel yolu və dayaqlar üzərində quraşdırılır.
Quraşdırma işlərindən və orta diofraqma qutusunun və kənar çərçivələrin qatlanaraq qaldırılmasından sonra dayaq bloku üzərinə 2 ədəd ağır üzmə pantonları bərkidilir və o, 30,000 tona qədər ağırlıqda konstruksiyaları hərəkət etdirmək qabiliyyətinə malik xüsusi dartıb-itələmə sistemi vasitəsilə nəqliyyat barjasının üzərinə sürüşdürülməyə hazırdır. Bu nəqliyyat barjası dayaq blokunu BOS Şelfin dalğa və küləklərdən qorunan və açıq dənizə çıxışı olan limanından quraşdırma nöqtəsinə çatdıracaq.
İstehsal Gücü BÜKMƏ 150 mm-ə kimi qalınlığa və 4,000 – 5,000 mm-ə kimi daxili diametrə malik 8 ədəd avtomatlaşdırılmış aparat 32 ədəd flüsaltı qövs qaynağı oxu və 40 ədəd mobil yarımavtomat qaynaq maşını 50 t-a kimi gücü olan 16 ədəd körpülü kran Aylıq istehsal: bir növbəyə 2,500 t İSTEHSAL 14 ədəd örtülü konstruktiv aralıq 90 t-a kimi gücə malik körpülü kranlar 3 ədəd kompüterlə idarə olunan fiqurlu kəsmə maşını Muller RB 950 QURAŞDIRMA 550,000 m² of erection area 25 Crawler & Mobile Cranes with up to 1,350 t lifting capacity 4 Skidways with a bearing capacity from 85 t/lm up to 350 t/lm Overall capacity over 4,200 t YÜKLƏMƏ 3 x 100 m möhkəmləndirilmiş yükboşaltma ərazisi (50 t/m2) olan 1,500 m uzunluğunda təmir olunmuş sahil 30,000 t kimi ağırlıqda olan konstruksiyanı hərəkət etdirə bilən itələmə (puş-pul) sistemi. STB 1 suya buraxma barjası ilə birləşən 28m x 25m-lik uzunluğa malik 6 ədəd yükləmə xətti Mühafizə olunan limandan birbaşa çıxış. QAZANILMIŞ UĞURLAR AÇG LAYİHƏSİ FAZA 1: CA DAYAQ ÖZÜLÜ (14,130 t, 143, 3 m) CWP DAYAQ ÖZÜLÜ (12,043 t, 143,3m) AÇG LAYİHƏSİ FAZA 2: QA DAYAQ ÖZÜLÜ (13,800 t, 133, 9 m) ŞA DAYAQ ÖZÜLÜ (15,750 t, 166,9m) AÇG LAYİHƏSİ FAZA 3: DUQ DAYAQ ÖZÜLÜ (15,900 t, 185 m) PCWU DAYAQ ÖZÜLÜ (15,600 t, 185 m) ÇNL LAYİHƏSİ: ÇNL DAYAQ ÖZÜLÜ (18,200 t, 196 m) ŞD2 LAYİHƏSİ: PR Dayaq Bloku (13,718 t, 107.6 m) QU Dayaq Bloku (14,432 t, 107.6 m)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: