Emil Əhmədov: Şərqi Zəngəzurda yeni tarix yazıldı
28-10-2022, 13:11
308 dəfə baxılıb
Azərbaycan coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq, öz müasir infrastrukturunu – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaradıb: “Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşirik. Həmçinin deyə bilərəm ki, Azərbaycan şimaldan qərbə gedən yükləri də ötürür. Biz infrastruktura yatırımlar etdik. Lakin aydındır ki, qonşu ölkələrlə yaxşı işçi münasibətlər olmadan heç bir ölkə, xüsusilə də Azərbaycan kimi açıq dənizə çıxışı olmayan ölkə tranzit ölkəyə çevrilə bilməz. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq”.
“Dəmir yolları ilə yük daşımalarının ümumi həcmi 2022-ci ilin I rübündə 3 810 144 ton təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə (3 769 592 ton) 40552 ton çoxdur. Dəmir yolları ilə tranzit rejimində yük daşımalarının həcmi 2022-ci ilin I rübündə 1 424 559 tona çatıb ki, bu da ötən ilin müvafiq dövründəkindən (1 285 646 ton) 138913 ton çoxdur. Dəmir yolları ilə daşınan konteynerlərin sayı (TEU) 2021-ci ilin I rübündə 12997 ton, 2022-ci ilin I rübündə 13763 ton olub ki, bu da 766 ton çoxdur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının həcmi (ton) 2021-ci ilin I rübündəki 92 095 tona qarşı 2022-ci ilin ilk 3 ayında 94 682 ton təşkil edib ki, bu da müqayisədə 2587 ton çoxdur”
Azərbaycan Dəmir Yolları” QSC yük daşımaları sahəsində fəaliyyətini təkmilləşdirmək və genişləndirmək məqsədilə lokomotiv, vaqon və konteyner parklarını yeniləməkdə davam edir: “Belə ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə ALSTOM Transport SA arasında bağlanmış müqaviləyə əsasında alınmış 40 ədəd dəyişən cərəyanlı AZ8A tipli elektrovoz Azərbaycana gətirilib. Cəmiyyət tərəfindən 2015-ci ildən bu günədək 3500-ə yaxın vaqon, o cümlədən 1000 ədəd yarımvaqon və 800 ədəd çən alınıb. Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin yük vaqonlarının istismar parkına 3900-ə yaxın vaqon daxildir. Parkın böyük hissəsini çənlər, yarımvaqonlar, qapalı vaqonlar və platformalar təşkil edir. Həmçinin Cəmiyyətin balansında dozator, sementdaşıyan və taxıldaşıyan vaqonları, eləcə də fitinq platformaları, dumpkarlar və transportyorlar da mövcuddur. 2017-ci ildə dəmir yolu ilə konteyner daşımalarının həyata keçirilməsi məqsədilə yaradılan “ADY Konteyner” MMC öz fitinq platformalarına və müxtəlif təyinatlı konteynerlərə sahibdir. Hazırda şirkətin balansında 753 ədəd konteyner və 200 ədəd fitinq platforması, həmçinin ağırtonnajlı yükqaldırıcılar və avtokarlar mövcuddur. Konteynerlərdən 178-i 20 futluq iri həcmli (20ft HC), 230-u 40 futluq iri həcmli (40ft HC), 345-i isə 45 futluq palet ölçülü iri həcmli (45ft HCPW) konteyner növünə aiddir. Azərbaycan Dəmir Yollarının konteyner daşımaları 2021-ci ilin yekunlarına görə 2017-ci illə müqayisədə 12 dəfə artıb”.
“Azərbaycan Dəmir Yolları” QSC yük daşımaları sahəsində fəaliyyətini təkmilləşdirmək və genişləndirmək məqsədilə vaqon parkını yeniləməkdə davam edir.
Belə ki, Cəmiyyət tərəfindən 2015-ci ildən bu günədək 3500-ə yaxın vaqon, o cümlədən 1000 ədəd yarımvaqon və 800 ədəd çən alınıb.
Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin yük vaqonlarının istismar parkına 3900-ə yaxın vaqon daxildir.
Parkın böyük hissəsini çənlər, yarımvaqonlar, qapalı vaqonlar və platformalar təşkil edir.
Həmçinin Cəmiyyətin balansında dozator, sementdaşıyan və taxıldaşıyan vaqonları, eləcə də fitinq platformaları, dumpkarlar və transportyorlar da mövcuddur.
Yükdaşımalar Departamentinin rəisi Emil Əhmədov - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 20-də birgə tariximizin növbəti şanlı səhifəsini yazdılar. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda növbəti dəfə tarixi günlər yaşandı. Azərbaycan xalqı iki mühüm hadisəni birlikdə qeyd etdi. Həmin tarixli gün Zəngilan rayonunun işğaldan azad olunması ilə bərabər qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri və Zəngilan Beynəlxalq Hava Limanının açılışı bir sıra mühüm məqamlarla yadda qaldı. İki qardaş ölkənin liderləri Zəngilandan və Cəbrayıldan dünyaya mühüm mesajlar verdi.
Tarixi bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri tarixi önəm kəsb edir. Çünki bu səfər Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirməklə yanaşı, eyni zamanda regionun gələcək inkişafında böyük əhəmiyyət kəsb edir. Tarixi türk torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi Azərbaycan qədər Türkiyənin də qələbəsidir və 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək bir daha bunu təsdiqləyir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi Türkiyə bizim əsas müttəfiqimizdir. Qardaşlığımız müharibədən sonra daha da güclənib. Böyük tarixi və siyasi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi müttəfiqliyimizi daha yüksək mərhələyə qaldırıb. Bu nöqteyi-nəzərdən cənab Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının və digər infrastruktur obyektlərin açılışında iştirak etməsi ölkələrimiz arasında mövcud olan siyasi ittifaqın növbəti təzahürüdür. İnkar olunmaz faktdır ki, Türkiyə-Azərbaycan birliyi çox önəmli bir amildir və bu gün bu amil ilk öncə özündə region üçün sülh, sabitlik və davamlı inkişafı ehtiva edir.
Əlbəttə ki, bu günlər ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərləri də böyük rəmzi məna daşıyırdı. Səfər çərçivəsində bir çox mühüm obyektlərin təməllərinin qoyulması, yeni tikililərin, o cümlədən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14.2 km-lik Şükürbəyli-Cəbrayıl yolunun açılışı mühüm önəm kəsb edirdi. Şübhəsiz ki, bu bölgədə abadlıq-quruculuq işlərinin aparılması üçün bu yolun strateji əhəmiyyəti çox böyükdür.
Bundan başqa Cəbrayıl rayonu ərazisində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq meşəsi” Kompleksinin layihəsi ilə yerindəcə tanışlıq və digər layihələrin reallaşdırılması Azərbaycan hökumətinin işğaldan azad olunmuş bölgələrdə planların geniş və yüksək miqyası əhatə etdiyinin sübutudur. 30 illik işğal dönəmində düşmənin viran qoyduğu, məhv etdiyi ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər xalqın və dövlətin bu bölgənin inkişafını əsas hədəf kimi qarşıya məqsəd qoyduğunu göstərir. Eyni zamanda Prezidentin məlum səfəri zamanı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Cəbrayıl” Qovşaq Yarımstansiyasının, həmçinin Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” Su anbarlarının tikinti işləri tanışlığı, Qubadlı Elektrik Rəqəmsal İdarəetmə Mərkəzinin təməlinin qoyulması Azərbaycanın bölgədə həyatın bərpa olunması, yeni axara düşməsi üçün atdığı mühüm addımların göstəricisidir.
Bununla yanaşı dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın Ağalı kənd orta məktəbinin şağird-müəllim kollektivi və sakinlərlə görüşü, Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salması, Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanışlıq, ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirakları azadlıq həyatı yaşayan Zəngilanda xüsusi bayram əhval-ruhiyyəsi yaratdı.
Açılış mərasimlərində isə Azərbaycan və Türkiyə liderlərinin qardaşlıq münasibətləri və verdiyi mesajlar bir daha onu nümayiş etdirdi ki, işğaldan azad olunan ərazilərin qısa müddətdə bütövlükdə bölgənin ən inkişaf etmiş yaşayış məskəninə çevrilməsi güc və qüdrətimizin məntiqi göstəricisidir.
Bütün bunlar isə bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhülkəsizliyə böyük bir zəmanətdir.
Beləliklə, dostluq, qardaşlıq nümunəsi göstərən dövlət başçıları Şərqi Zəngəzurda yeni tarix yazmaqla bərabər həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmaz və əbədi olduğunu bir daha bütün dünyaya nümayiş etdirdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR