xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Ərdoğan: “Şuşada Baş Konsulluq açırıq”

21-10-2022, 14:31 54 dəfə baxılıb

Ərdoğan: “Şuşada Baş Konsulluq açırıq”


“Zəngilan və digər hava limanlarının açılması ilə Şuşanın turizmə yolu açılır”.

Oxu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Hazırda burada yolların infrastrukturu tamamlanmaq üzrədir. İlham Əliyev dedi ki, gələn il bura çox ciddi vəsait ayıracaqlar. Türkiyəli podratçılarımız da deyirlər ki, planlar reallaşsa, 1-1,5 ilə burada işləri tamamlayacağıq”, - deyə o qeyd edib.

Ərdoğan həmçinin bildirib ki, dəmir yolu ilə yanaşı, avtomobil yollarının da tikintisi bitən kimi artıq Şuşaya yol açılacaq.

“Bu yerlər həm yerli, həm də xarici turistlərlə canlanacaq. Təbii ki, Şuşa Azərbaycanın ən mühüm cazibə mərkəzidir. İnanıram ki, İlham Əliyev tikiləcək hotellərlə bu cazibə mərkəzini daha da cəlbedici edəcək. Çünki bununla bağlı atılacaq addımlar var. Amma həqiqətən də cənab Prezident dayanmır. Çox qısa müddətdə tikilən birmərtəbəli də olsa, binalarla bura bir hərəkət gətirdi. Şuşaya hotellər üçün qoyulacaq investisiyalar onu cazibə mərkəzinə çevirəcək. Şuşada Baş Konsulluq açırıq”, - deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi