xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ərdoğan Azərbaycana yola düşdü - YENİLƏNİB

20-10-2022, 12:19 35 dəfə baxılıb

Ərdoğan Azərbaycana yola düşdü - YENİLƏNİB


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Türkiyə lideri bu gün Zəngilan hava limanının açılışında iştirak edəcək, habelə bir sıra tədbirlərə qatılacaq.

Xatırladaq ki, Türkiyə lideri oktyabr ayında Füzuli hava limanının açılışında da iştirak etmişdi.

***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Azərbaycana birgünlük səfər edəcək.

Oxu.az xəbər verir ki, R.T.Ərdoğan İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş Azərbaycan ərazisində Türkiyə şirkətlərinin də iştirakı ilə inşa edilən ikinci aeroportun - Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək və həmçinin regionun inkişafı üçün həyata keçirilən yeni layihələrin təməlini qoyacaq.

Səfər zamanı keçiriləcək ikitərəfli görüşlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün aspektləri ilə nəzərdən keçiriləcəyi və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı gözlənilir.

Həmçinin, ikitərəfli münasibətlərlə yanaşı aktual regional və qlobal problemlərin ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi