Elnur Mehdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
13-10-2022, 12:53
205 dəfə baxılıb
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Elnur Mehdiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyevdir.
Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elnur Mehdiyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Elnur Mehdiyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Elnur Mehdiyevdən danışdılar yaxşı ki, Elnur Mehdiyev Yevlax Rayon Polis Şöbəsinin rəisidir… Elnur Mehdiyev öz isguzarlığı ilə tanınır və seçilir….
Elnur Mehdiyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Elnur Mehdiyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Elnur Mehdiyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Elnur Mehdiyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Elnur Mehdiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Elnur Mehdiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Yevlax Rayon Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Elnur Mehdiyev özünü doğruldub. Bizdə hörmətli Elnur Mehdiyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Yevlax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Mehdiyev - “Müasir müstəqil Azərbaycan” məfhumu özündə yürüdülən siyasətin əsas prinsiplərini ehtiva edir. Atdığı hər bir addımında müstəqil siyasət həyata keçirdiyini, heç bir qüvvənin diktəsi ilə oturub durmadığını nümayiş etdirən Azərbaycan, eyni zamanda, müasirliyə, təkmilləşməyə açıq, bir sözlə, innovasiyalar ölkəsi kimi də tanınır və nüfuz qazanır.
Hazırkı dövrdə dünya siyasətində dəyişikliklərin baş verdiyi, bəzən ədalətə, bəzən də ikili standartlara əsaslanan yanaşmaların müşahidə olunduğu bir dövrdə Azərbaycanın müstəqil siyasəti yürütməsi, dəyişməz mövqeyindən bir addım da belə geri çəkilməməsi diqqəti daha çox cəlb edir. Bu gün, daha dəqiq desək, tarixi Zəfərimizdən sonra regionda və dünyada baş verən hadisələri təhlil etdikdə görürük ki, 30 illik işğal dövrünün ədalətsizliyinin, hadisələrə biganə yanaşmaların yerini, müəyyən mənada ədalətli mühit tutmaqdadır. Sual olunur: Niyə?
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günlərinin açılış mərasimində söylədiyi fikirlər bu suala cavabdır: “İşğal dövründə bir çoxlarımız, həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə olaraq dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.”
Ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu təsdiqləyən, dünyaya dövlətlərarası münasibətlərdə etimad mühitinin mövcudluğunun əsas rol oynadığına çağırışlar edən məhz Azərbaycan oldu. Ermənistan kimi müstəqilliyi formal xarakter daşıyan, bu və ya digər dövlətin əlində oyuncağa çevrilən ölkə bu məfhumlar heç zaman önəmli ola bilməz. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq qonşu ölkəyə qarşı ərazi iddiaları ilə çıxış edən bir dövlətin ədalətli yanaşmadan danışmağa haqqı varmı? Elə buna görə Ermənistanın baş naziri 44 günlük İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq hüquqla bağlı ona ünvanlanan sualı çaşqınlıqla qarşıladı və bir qədər də irəli gedərək, ümumiyyətlə, beynəlxalq hüququn mövcud olduğunu inkar etdi. Baş nazir bununla da 30 illik işğal dövrünün bir çox məqamlarına aydınlıq gətirmiş oldu. Əgər dünya dövlətləri, beynəlxalq təşkilatlar zamanında işğalçıya dəstək olmayıb onu beynəlxalq hüquq normalarını pozduğuna, qətnamələrin icrasına məhəl qoymadığına görə cəzalandırsaydılar, yaxud sanksiyalar tətbiq etsəydilər, təbii ki, İkinci Qarabağ müharibəsi baş verməzdi. Bu, Ermənistanın müstəqil siyasətinin formal xarakter daşımasından, onun bu və ya digər dövlətdən asılı olmasından irəli gəlir. Beynəlxalq hüququ bərpa edən, dünyaya bu prinsiplərin vahid mexanizm əsasında tətbiqi üçün çağırışlar edən müasir müstəqil Azərbaycan dövləti və onun Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu.
Bütün qərəzli yanaşmalara rəğmən Azərbaycan tutduğu yoldan dönmədi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarımızın nəzərə alınması ilə həyata keçirilir. Reallıqlar bir daha təsdiqləyir ki, liderlik fenomeni milli dövlətin formalaşmasında, inkişafında və müstəqil siyasətində həlledici rola malikdir. Məhz bunun sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu və gələcək inkişaf üçün zəmin yaradıldı.
Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu məqama diqqət yönəldir ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “Kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir: “Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.” Azərbaycan ilk gündən müstəqil siyasəti ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, müstəqillik yalnız atributları ilə ölçülmür. Müstəqil olmaq müstəqil siyasət həyata keçirməkdir.
Azərbaycana hansı sahədən baxsaq həyata keçirilən müstəqil siyasətin uğurlarını görərik. Hər bir ölkənin inkişafında iqtisadi və siyasi müstəqilliyin vəhdəti əsas amildir ki, Azərbaycan bunu ilk gündən təmin etdi. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını qoydu. Bir mühüm məqamı da qeyd edək ki, bu gün Azərbaycana böyük uğurlar qazandıran, iqtisadi və maliyyə imkanlarının artmasını şərtləndirən “Əsrin müqaviləsi” də ölkəmizin müstəqil siyasətinin təqdimatında mühüm rol oynadı. O zaman Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutu ilə bağlı ölkəmizə nə qədər təzyiqlər göstərildi. Amma ulu öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq marşrutun məhz belə olacağını bildirdi.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun möhkəmlənməsində də müstəqil siyasəti əhəmiyyətli rol oynayır. Bu gün tarixi Zəfərimizin fonunda ölkəmizin müstəqil siyasətinin uğurlarını görürük. Ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edən dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirir və bu fikri bəyan edir ki, tutduğumuz yol düzgün yoldur. Bu baxımdan ki, heç bir qüvvənin diktəsi ilə oturub durmur, siyasətimizi kimlərinsə göstərişi əsasında həyata keçirmirik. Azərbaycan demokratik təsisatların inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan sonra ümummilli lider Heydər Əliyevin qurumun ilk sessiyasında bu tribunadan bəyan etdiyi fikirlərini bir daha yada salmaq istərdik: “Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropa şurasına bir o qədər gərəkdir.” Bu fikir Azərbaycanın qüdrətini, nüfuzunu, özünəgüvənliliyini nümayiş etdirdi.
Ümummilli Lider müstəqilliyimizin tarixi nailiyyətimiz olduğunu önə çəkərək harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları müstəqilliyimizi daimi etmək, suverenliyimizi qorumaq üçün vahid ideya - azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyə çağırırdı. Məhz o illərdə təməli qoyulan bu birlik, həmrəylik həm müstəqilliyimizin möhkəmləndirilməsində, həm də ərazi bütövlüyümüzün təmin olunmasında, dünyaya səs salan tarixi Zəfərimizdə öz sözünü dedi. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycan müstəqil dövlətdir, heç bir qüvvə xalqımızın iradəsinə təsir etmək imkanında deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, heç kim bizimlə ultimatum dilində danışa bilməz.
Azərbaycanın inkişaf strategiyasının əsasında dayanan müstəqil siyasəti hər zaman sözünün imzası qədər əhəmiyyətli olduğunu şərtləndirir.
Dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində yazılan qəhrəmanlıq tariximizin şanlı səhifələrini vərəqləyərkən, Qələbəmizə yol açan Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edəndə müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin rolu xüsusi qeyd edilir. Azərbaycanın xarici siyasəti açıq və aydın, çoxşaxəli və balanslaşdırılmış siyasətdir. Heç bir dövlətin daxili işinə müdaxilə etməyən Azərbaycan öz daxili işinə də müdaxiləni yolverilməz hesab edir. Bu baxımdan həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsi kimin ədalətin, kimin şərin, kimin dostun, kimin düşmənin yanında olduğunu ortaya qoydu. Əsas olan budur ki, beynəlxalq münasibətlərdə mühüm rol oynayan güc amili ilə yanaşı, beynəlxalq hüquq da unudulmamalıdır. Yalnız bu halda münasibətlərin uğurlu və yeni prioritetlər üzrə inkişafından əminliklə danışmaq mümkün olar.
Bugünümüzün reallıqlarından bəhs edərkən dövlət başçısı İlham Əliyevin Prezident kimi ABŞ-a ilk səfəri zamanı jurnalistin “ABŞ qarşısında hansı öhdəliyi götürmüsünüz” sualına cavabını yada salmaq istərdik. Dövlət başçısı İlham Əliyev həmin suala cavabında bildirdi ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurur. Ölkəmizin ABŞ hökuməti qarşısında heç bir öhdəliyi yoxdur. Bu, dövlət başçısı İlham Əliyevin ilk gündən müstəqil siyasətə sadiqliyinin və bunu sözdə deyil, əməldə təsdiqlədiyinin göstəricisi idi. Prezident İlham Əliyev dövlət maraqlarının hər şeydən öndə dayandığını, xalqımızın iradəsindən kənar heç bir qərarın qəbul olunmadığını, bu istiqamətdə hansısa addımın mümkünsüzlüyünü bütün çıxışlarında diqqətə çatdırır.
Azərbaycan Tarixi Zəfərimizə gedən yolda müstəqil siyasətindən dönmədiyi kimi, 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə, həmçinin postmünaqişə dövründə də eyni mövqeyi nümayiş etdirdi. Sonda müstəqil siyasətin qalib gəldiyini gördük. Ermənistanın ona-buna yalvarışları müstəqilliyinin formal xarakter daşımasının acı nəticəsi idi. Şübhəsiz ki, bəzi dünya güclərinin Ermənistan sevgisinin əsasında maraqlar dayanır. Maraqların toqquşduğu zaman yetişəndə isə artıq səmimiyyətdən danışmaq mümkün deyil. “Siyasətdə əbədi dostlar yox, əbədi maraqlar olur” prinsipi dünyanın aparıcı dövlətlərinin timsalında özünü qabarıq şəkildə büruzə verir. Ermənistan kimi əzilən, asılı ölkələr maraqların həyata keçirilməsində həmin dövlətlərin əlində oyuncaq funksiyasını yerinə yetirir.
Bu gün Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır. Hazırda dünyada cərəyan edən proseslərə diqqət yetirmək kifayətdir ki, ölkəmizin dünya birliyində yerinin və rolunun artdığını görək. Bunun üçün təkcə son günlərin hadisələrinə, eyni zamanda, dövlət başçısı İlham Əliyevin Praqa səfəri çərçivəsində keçirdiyi görüşlərə diqqət yetirmək kifayətdir. Dünya gücləri Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqları qəbul edir. Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakı, həmçinin toplantı çərçivəsində dördtərəfli –Azərbaycan, Fransa prezidentlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin və Ermənistanın baş nazirinin görüşü və onun nəticələri Azərbaycanın müstəqil siyasətinin uğurlarının tərkib hissəsidir. Bu dəvət Azərbaycanın hazırda dünya birliyində fəal roluna, sözünün əhəmiyyətinə aydınlıq gətirdi. Dördtərəfli görüşün bu gün beynəlxalq səviyyədə geniş müzakirə edilməsinə səbəb təbii ki, Fransanın prosesə qoşulması, özünü regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı tərəf kimi göstərməsidir. Bu, məsələnin bir tərəfidir. Digər əsas tərəfi danışıqların yekununda qəbul olunan bəyanatda Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoyması, Ermənistanın isə yenə də müstəqilliyinin formal xarakter daşıdığını təsdiqləməsidir. Belə ki, Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdi. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qətiyyətli mövqeyindən sonra belə razılaşdırıldı ki, monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.
Günümüzün reallıqlarından görünən budur ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında, müsahibəsində, keçirdiyi görüşlərdə ölkəmizin mövqeyini aydın şəkildə ifadə edir, qəti mövqe ortaya qoyan qalib Lider kimi çıxış edir. Hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Prezident İlham Əliyev aydın şəkildə bəyan edir ki, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məsələyə praqmatik yanaşmaya əsaslanır. Azərbaycan heç bir halda ərazi bütövlüyünün pozulmasına razı olmayıb və olmayacaqdı. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev Qarabağ ərazisində azərbaycanlıların və ermənilərin sülh şəraitində yaşamasının təmin edilməsi üçün qarşılıqlı etimad körpülərinin qurulması istiqamətində zəruri addımların atılmasının vacibliyini bildirir. Dövlət başçısı Azərbaycanın milli maraqlarını müdafiə etməyin nümunəsini ortaya qoyur. Əvvəldə də qeyd etdiyimiz kimi, beynəlxalq auditoriya dövlət başçısı İlham Əliyevin müsahibələrinin, çıxışlarının fonunda təcrübəli, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran və izah edən, özünə güvənli, dünya səviyyəli Lideri görür.
Qısa təhlil əsasında bu fikri əminliklə ifadə edə bilərik ki, Azərbaycanın inkişaf strategiyasının əsasında dayanan müstəqil siyasətin uğurlarından qürur hissi keçiririk. Azərbaycanın müstəqilliyinin ölkəmizin dünya birliyində tutduğu yeri ilə bağlı olduğunu önə çəkən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyət nümayəndələri ilə görüşündə “Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Siyasi cəhətdən tam müstəqilik. Heç bir ölkə bizim iradəmizə təsir edə bilməz və bunu artıq hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır, Azərbaycanın mövqeyini nəzərə almaq lazımdır. Azərbaycan özünə hörmət edən dövlətdir və hər kəsdən bu hörməti tələb edir və bunu əldə edir” fikirlərinin davamı olaraq onu da əlavə etmişdir ki, bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərir. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur: “Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq.”
Qeyd etdiklərimizin ümumiləşdirilmiş ifadəsi Prezident İlham Əliyevin qətiyyətlə bəyan etdiyi və 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Qarabağ Azərbaycandır və nida işarəsi”dir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun 25 ildən çoxdur erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlarla ifşa etdi. Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın və konkret şəkildə cavab verən ölkə Prezidenti bu dövlətin işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü bir daha dünyaya bəyan etdi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını diqqətə çatdırdı və ölkəmizin milli maraqlarının hər şeydən üstün tutulduğunu qəti şəkildə bildirdi: “Qarabağ Azərbaycandır və nida işarəsi!”
Bu qətiyyətli bəyanatın səsləndirilməsindən ötən bir ilin tamamında Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinin baş memarı kimi xalqımıza tarixi Zəfərimizin sevincini yaşatdı. Bu, müstəqil siyasətimizin bir daha dünyaya təqdimatı oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR