xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Yeni Vəzifəsində Hörmətli akademikimiz İbrahim Cəfərovu ürəkdən təbrik edir, ona bu vəzifədə böyük uğurlar əldə etməsini arzu edirik

10-10-2022, 15:29 144 dəfə baxılıb

Yeni Vəzifəsində Hörmətli akademikimiz İbrahim Cəfərovu ürəkdən təbrik edir, ona bu vəzifədə böyük uğurlar əldə etməsini arzu edirik


AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərov Kənd Təsərrüfatı naziri İman Kərimovun imzaladığı Sərəncama əsasən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Əminik ki, bitki mühafizəsi sahəsində elmin ən yüksək pilləsini fəth etməyə nail olmuş, çoxsaylı elmi əsərlərin müəllifi, ölkədə bitki mühafizəsi üzrə kadır hazırlığında öz sözünü demiş İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun elmi bazasını və potensialını inkişaf etdirmək, dünyanın ən mötəbər elmi tədqiqat institutları ilə rəqabətə girə biləcək institutlar sırasında görmək üçün bilik və bacarığını əsirgəməyəcək.

Hörmətli akademikimiz İbrahim Cəfərovu ürəkdən təbrik edir, ona bu vəzifədə böyük uğurlar əldə etməsini arzu edirik.


Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov - Bütün dünyanın marağı Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısına yönəlib. Bunun əsas səbəbi mühüm görüşlərin keçirilməsidir. Azərbaycan Prezidentinin iştirakı isə xüsusilə diqqət mərkəzindədir. Bir neçə gün əvvəl Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan qazını Avropaya daşıyacaq daha bir boru xəttinin - Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində müxtəlif ölkələrin liderlərinin Prezident İlham Əliyev və Azərbaycanın nüfuzu barədə dilə gətirdikləri də onu göstərir ki, Azərbaycan lider dövlətdir və dünya ölkələri arasında böyük rəğbətə sahibdir. Elə bu tədbirdə Azərbaycan prezidentinin Avropada ən çox arzuolunan şəxs olduğu etiraf edilib.

Yeni Vəzifəsində Hörmətli akademikimiz İbrahim Cəfərovu ürəkdən təbrik edir, ona bu vəzifədə böyük uğurlar əldə etməsini arzu edirik


Müzəffər Ali Baş Komandanımız hər zaman ökəmizi ən yüksək səviyyədə təmsil edir və Azərbaycan vətəndaşı onun hər addımı ilə qürur duymaqdadır. “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclasından sonra iştirakçıların çəkdiyi birgə foto da xalqımızın fəxrlə izlədiyi növbəti diplomatik alətdir. Diplomatların duruşu hər zaman müzakirə olunur, mövcud situasiyanı ifadə edir. Səfər boyu Azərbaycan Prezidentinin məğrur duruşu ölkəmizin gücünü və Prezidentin addımlarının əminliyini göstərən vacib məqamlardan biridir. Burada Qardaş Türkiyə prezidenti ilə birgə fəaliyyət də bir daha “Bir millət, iki dövlət” prinsipini bəyan edir. Azərbaycan və Türkiyə birgə güclüdür.

“Avropa siyasi birliyi” Zirvə Toplantısını yaddaqalan edən hadisələrdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanatın qəbul edilməsidir. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Sənəddə bunun Delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsas olması da əks olunur. Bundan başqa, Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da həmçinin bu komissiya ilə əməkdaşlığa razılıq verib.

Prezident İlham Əliyev səfər zamanı Azərbaycan televiziya kanallarına müsahibəsində yeni platforma olan “Avropa siyasi birliyi” Zirvə Toplantısı, Azərbaycanın Avropa ilə əlaqələrinin inkişaf perspektivləri, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, mina təhlükəsizliyi, sülh danışıqları və bir sıra digər məsələlərlə bağlı danışıb. Cənab Prezidentin jurnalistlərin suallarını cavablandırarkən toxunduğu məsələlərin hər biri ciddi əhəmiyyət kəsb edir və mövqeyimizi bir daha bəlli edir.

Azərbaycan danışıqlar prosesində qalib ölkə, diqtə edən tərəf kimi mövqe sərgiləyir, eyni zamanda humanizm prinsiplərini qoruyur. Azərbaycan-Ermənistan münasibətlərində sülhə məcburetmə əməliyyatı da xüsusi rol oynayır. Düzdür, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Lakin, gec-tez onların sülh müqaviləsi bağlamaqdan başqa çıxış yolu qalmayacaq. Burada Azərbaycanın hərbi və siyasi gücü öz təsirini göstərir.

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, onun nüfuzunu, məğrurluğunu analiz etdikdə aydın şəkildə görünür ki, o, bir çox dairələrə siyasət, diplomatiya və liderlik dərsi keçir. Ermənistan bu dərsə yaxşı hazırlaşmalı, Azərbaycan Prezidentinin müəllifi olduğu qaydaları öyrənməli və bu qaydalara əməl etməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, hadisələr xalqımıza qürur, düşmənə göz dağıdır.

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində sistemli tədbirlər həyata keçirir. 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımıza artıq həyat qayıdır. Bu reallığı Ağdam rayonunun timsalında da görmək mümkündür. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri zamanı yeni təməllərin atılması, görülən bərpa işlərilə tanışlıq bu faktı bir daha təsdiqləyir.

Qeyd etmək lazımdır ki, Ağdam şəhəri Qarabağın ən böyük şəhəri olmuşdur. Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür. Zamanında aran və dağlıq Qarabağın incisi sayılan Ağdamda 30 illik erməni işğalı dövründə hər şey məhv edilib. Şəhərdən əsər əlamət yoxdur, burada bir bina da salamat qalmayıb. Göz işlədikcə uzanıb gedən ərazilərdə yalnız Cümə məscidinin qalıqlarını görmək mümkündür. Düşmən məscidin qalıqlarını ordumuzun mövqelərinə qarşı artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlamışdı. Hesablamalara görə, işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb”.

Azərbaycan xalqı qurub yaradan xalqdır. Bizi 30 il ərzində işğal altında qalan müqəddəs torpaqlarımıza güclü mənəvi tellər bağlayır. Xalqımız bu illər ərzində o torpaqlara qayıtmağın həsrəti ilə yaşayıb. Artıq bu həsrətə son qoyulub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində bizə böyük Qələbə sevinci yaşatdı. Bu Qələbə sayəsində tarixi ədalət, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 27 il düşmənin nəzarəti altında qalan Ağdam Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 20-də döyüşsüz respublikamıza təhvil verilib.

Azərbaycan dövləti Vətən müharibəsində işğaldan azad edilən digər ərazilər kimi, Ağdamı da ayağa qaldırmaq, dirçəltmək əzmindədir. Deyə bilərik ki, postmüharibə dövründə xarabalıqlar üzərində yeni bir Ağdam ucaldılır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Prezident İlham Əliyev digər ərazilərdə olduğu kimi, Ağdamda da bərpa və yenidənqurma işlərini şəxsi nəzarətində saxlayır. Dövlətimizin başçısı postmüharibə dövründə Ağdama 4 dəfə səfərə gəlib. 2021-ci il mayın 28-də-Azərbaycanda dövlət bayramı kimi qeyd olunan Müstəqillik günündə isə Ağdam tarixi anlara şahidlik etdi. Belə ki, həmin tarixi gündə Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olunub. Sənəd hazırlanarkən şəhərin tarixi siması və müasir çağırışlar nəzərə alınıb. Əvvəllər Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda bu rəqəm 50 mindən yuxarıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Şəhərin 1700 hektar ərazidə salınması nəzərdə tutulub. Beləliklə, Ağdam iki dəfə böyüyəcək - əvvəllər şəhərin ərazisi 700-800 hektar təşkil edirdi. Ağdamda 1750 fərdi ev, 23 min mənzil inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq.

Oktyabrın 4-də Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdama baş tutan növbəti səfərinin proqramı da kifayət qədər zəngin olub. Belə ki, dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərinə qatılıblar. Dövlətimizin başçısı və birinci xanım, eyni zamanda, Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak ediblər.

Bütün bunlar Böyük Qayıdışın göstəriciləridir. Azərbaycan xalqı inanır ki, işğaldan azad edilmiş ərazilərimiz tezliklə cənnətə çevriləcək!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi