Əvəz Qocayev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!
6-10-2022, 12:07
154 dəfə baxılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev daima dövlətə, dövlətçiliyə və prezidentinə sadiq insansıdır və elə də qalacaq.
Bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayev - Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri və görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, başlanğıcını Bərdə şəhərindən götürən bu avtomobil yolunun uzunluğu 44,5 kilometr, eni 26,5 metrdir. Birinci texniki dərəcəyə uyğun inşa olunan avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla dörd hərəkət zolağından ibarətdir.
Məlumat verildi ki, yolboyu 4 körpünün, o cümlədən 3 yolüstü piyada keçidinin inşası nəzərdə tutulur. Həmçinin avtomobil yolunda 29 avtobus dayanacağı tikilir. Onlardan 14-nün inşası tamamlanıb.
Qeyd edildi ki, layihə üzrə torpaq işləri başa çatdırılıb, ümumi iş həcminin 75 faizi icra olunub.
“İnvestisiya Proqramı”na uyğun olaraq Nizami rayonunda təmir işləri davam edir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Qara Qarayev prospektinə paralel 2-ci dərəcəli küçənin Bəhruz Nuriyev küçəsindən Babək küçəsinədək olan hissəsi əsaslı təmir edilir.
Təmir olunan bu hissənin uzunluğu 500 metr, eni ortalama 16 metr təşkil edir.
Aparılan təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri görülüb. Küçəboyu mövcud piyada səkiləri 1200 kv.m sahədə bərpa olunub, 480 p/m yeni səki daşları düzülüb.
Hazırda əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla aparılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.
Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 km təşkil edən 7 küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR