xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ragim Lətifov: Şanlı tariximizin əhəmiyyətli hadisəsi

5-10-2022, 12:42 37 dəfə baxılıb

Ragim Lətifov: Şanlı tariximizin əhəmiyyətli hadisəsi


Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Lətifov - Müzəffər Ali baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli Azərbaycan Ordusu oktyabr ayının 4-də Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün şanlı tariximizə olduqca əhəmiyyətli hadisə kimi yazıldı.

2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nuzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan,Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini- Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunub.

Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib, mənəvi ziyanı ölçməksə sadəcə mümkün deyil. Qırılan talelər, yarım qalan ömürlər, geri dönməz xoş günlər və əvəzsız xatirələr. Ermənilər ölümə, işgəncəyə həsr etdiyi ünvanlarda körpə gülüşü, toylar, düyünlər olub bir zamanlar. Cəbrayılı görmədən bu dünyaya gözlərini əbədi yuman cəbrayıllılar olub.

1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb, Birinci Qarabağ Müharibəsində Cəbrayıl rayonu 362 şəhid vermiş, 191 nəfər əlil olub.

Cəbrayılın azad olunması Azərbaycan ordusunun möhtəşəm qələbəsidir. Bu qələbə Şanlı Ordumuzun fədakarlığının, şücaətinin, qəhrəmanlığının ən parlaq nümunəsidir.

Vətən Müharibəsi başa çatandan az sonra - 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xüdafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xüdafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti hər kəsə bəllidir. Bu baxımdan dövlət başçımızın bayrağımızı tarixi Xüdafərin körpüsündə qaldırması Azərbaycan xalqının qürur və fəxarət yeri olaraq yaddaşına əbədi olaraq həkk olundu.

Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi nəzarətə götürüldü. Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı.

Bu gün işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Cəbrayıl şəhərində də sürətli abadlıq-quruculuq işləri aparılır. Məlum olduğu kimi, düşmən 30 il ərzində işğal etdiyi ərazilərdə daşı daş üstünə qoymamış , əksinə şəhər və kəndlərdə hər bir şeyi darmadağın etmişdirlər. Prezident İlham Əliyevin Cəbrayıla səfəri zamanı söylədiyi kimi, Ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə qısa müddət keçdikdən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Dövlət başçısı onu da qeyd etmişdir ki,”Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək”.

Cəbrayılın, ümumən Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbiçilərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, qəhrəman qazilərimizə sağlamlıq diləyirik!

Xocavəndin Edilli kəndi ərazisində aşkar edilmiş növbəti kütləvi məzarlıq ermənilərin xalqımıza qarşı törətdikləri müharibə cinayətlərinin daha bir təsdiqidir. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən aparılmış ilkin müayinələr aşkar edilmiş qalıqların ümumilikdə əsir düşmüş 25 nəfər hərbçiyə məxsus olduğunu söyləməyə əsas verir. Müşahidələr bu şəxslərin çoxunun işgəncə ilə öldürüldüyünü göstərir. Bununla da Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən “Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında” 1949-cu il Konvensiyasının tələblərinin pozulması əyani şəkildə sübut olunur.

Bu fakt eyni zamanda birinci Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımızın taleyinı müəyyənləşdirilməsi üçün vacib dəlildir. Ermənistan tərəfi isə dəfələrlə edilən çağırışlara məhəl qoymayaraq, törətdiyi müharibə cinayətlərini gizlətmək məqsədilə 4 minədək itkin düşmüş soydaşımızın taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı qarşılıqlı müzakirələrin gedişində hər dəfə mina problemi ilə yanaşı bu məsələni də bir tələb olaraq gündəmə gətirir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan işlər nəticəsində mütəmadi olaraq kütləvi məzarlıqların aşkar edilməsi Qarabağ və ətraf bölgələrdə bundan sonra da belə faktlarla rastlaşacağımızı istisna etmir. Ermənistan tərəfindən törədilmiş soyqırımı aktları təkcə xalqımıza qarşı deyil, həm də insanlıq əleyhinə həyata keçirilmiş ümumbəşəri cinayətlərdir. Ona görə də Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün dünya ictimaiyyətinin diqqəti bu hadisələrə yönəldilməli, beynəlxalq hüquqa əsaslanan adekvat yanaşma formalaşdırılmalı və həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir.

Azərbaycan bu istiqamətdə operativ addımlar atmaqdadır. Məlum olduğu kimi, faktla bağlı dərhal Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12 maddələri ilə cinayət işi başlanmış və hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Şübhə yoxdur ki, Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu sahədə qarşıya qoyulan hədəflərə nail olmaq üçün həyata keçirilən siyasi, hüquqi və diplomatik tədbirlər zamanında öz bəhrəsini verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi