xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Cəmin Abasov: Müzəffər Ali Baş Komandanın Laçında üçrəngli bayrağımızı qaldırması bizə yeni qüvvə və ruh verir

23-09-2022, 12:24 101 dəfə baxılıb

Cəmin Abasov: Müzəffər Ali Baş Komandanın Laçında üçrəngli bayrağımızı qaldırması bizə yeni qüvvə və ruh verir


Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis kapitanı Cəmin Abasov - Xalqımızın şanlı qəhrəmanlıq tarixinə daha bir unudulmaz gün əlavə olundu. Bundan sonra 21 sentyabr- yaddaşlarımıza, xüsusən də Laçınlıların yaddaşına heç vaxt unudulmayacaq bir tarix kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 21-də Laçına səfəri və Laçın şəhərində Azərbaycan Bayrağını ucaltması tarixin ən yaddaqalan hadisələrindən birinə çevrildi. Prezident İlham Əliyev Laçına səfər edən ilk dövlət başçısı kimi adını tarixə yazdı. Qürurverici məqamdır ki, qalib xalqın, qalib ordunun Müzəffər Ali Baş Komandanı kimi Laçına qısa zamanda üçüncü səfərini etdi. Dövlətimizin başçısı hər səfərində çıxışı zamanı düşmənlərimizə yeni mesajlar verir. Laçında bu dəfəki çıxışı zamanı Prezident bir çox mühüm məqamlara diqqət çəkdi. Dövlətimizin başçısı bildirdi ki, 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxardı. Daha sonra dövlətimizi başçısı Laçından keçən yolun inşasından, dövlətlərin üzərlərinə götürdükləri öhtəliklərin vaxtında icrasından və müzəffər Ordumuzun Laçını nəzarətə götürməsindən danışdı. Prezident İlham Əliyevin də dediyi kimi, Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçirdi və buna görə də biz, Laçın şəhərini nəzarətə götürə bilməmişdik. Ancaq bu məsələ də öz həllini tapdı. 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində Azərbaycan Prezidentinin təkidi ilə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Azərbaycan bu razılaşmaları daha tez bir zamanda başa çatdırdı, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başlanıldı. Bu müddət cəmi bir il 8 ay çəkdi. Yəni, bir il 8 aydan sonra artıq alternativ yol hazır oldu. Azərbaycan Prezidenti deyib: “Biz rəsmi qaydada bildiriş göndərmişdik ki, avqustun 2-də yol hazırdır, avqustun 5-də Azərbaycan Laçın şəhərinə və o cümlədən, köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır.

Cəmin Abasov: Müzəffər Ali Baş Komandanın Laçında üçrəngli bayrağımızı qaldırması bizə yeni qüvvə və ruh verir


Ondan sonra bizə Qarabağda yaşayan ermənilər müraciət etmişdilər, xahiş etmişdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, biz yenə də humanistlik göstərərək onlara bu imkanı verdik. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq”. Göründüyü kimi, Laçına səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış oldu, Laçın şəhərində inşa ediləcək “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi. Prezident İlham Əliyev Laçın şəhərinin yenidən qurulması planından danışarkən, vaxtıilə salınmış şəhər planından istifadə olunacagını vurğulayaraq bildirdi ki, şəhərin 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaq və Laçın şəhərini biz bərpa edəcəyik. “Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik” – deyə, Müzəffər Ali Baş Komandan çıxışında bildirib. Prezident İlham Əliyev Laçının azad olunmasın və milli bayragımızın Laçında dalgalanmasını qürur hissi ilə bildirdi: “Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Bəli bu tarix Azərbaycanın şanlı zəfər tarixinin bir səhifəsidir. Ümid edirik ki, Azərbaycan dövləti öz qüdrətli, praqmatik və kamil Prezidentinin, Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq. Bundan sonra tariximiz yalnız şanlı qələbələrimizin, uğurlarımızın qeyd olunduğu qırmızıya bürünəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi