xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Mirsalam Qənbərov: Zəngəzur dəhlizi - qətiyyətli məqsədlər reallığa çevirilir

20-09-2022, 12:23 126 dəfə baxılıb

Mirsalam Qənbərov: Zəngəzur dəhlizi - qətiyyətli məqsədlər reallığa çevirilir


Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov - İlham Əliyev: “Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq”

Bildiyimiz kimi, Azərbaycanın regionda və dünyada rolu artdıqca ölkəmizin siyasi-iqtisadi maraqları da öz uğur sözünü deməkdədir. Əbəs deyil ki, Azərbaycan artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, habelə müşahidəçi qismində iştirak edir. Belə böyük qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Məhz bu təşkilatın fəaliyyəti dünyanın iqtisadi siyasətinə öz töhfələrini verir, habelə bir çox mühüm məqamlarda həlledici rolunu oynayır.

Ölkəmiz artıq daha geniş və münbit siyasi-iqtisadi addımlarını atmaqda uğurlu qərarlarını verib

Prezident İlham Əliyevin ŞƏT-nın Zirvə toplantısında iştirakı və diqqət mərkəzində olması, eləcə də mühüm bəyanatları da belə deməyə zəmin yaradır ki, ölkəmiz artıq daha geniş və münbit siyasi-iqtisadi addımlarını atmaqda uğurlu qərarlarını verib. O cümlədən, Vətən müharibəsində əldə edilən Zəfərdən sonra uzun illər erməni işğalı altında qalmış, dağıdılmış və talan edilmiş bölgələrimizdə yenidənqurma, bərpa və inşaat işləri də sürətlə davam etdirilir. Məhz bu kimi əhəmiyyətli faktorun təhlilini apararkən deyə bilərik ki, artıq yaxın zamanlarda Qarabağ yalnız turizim və s. sahələri deyil, özündə nəqliyyat-kommunikasiya, həmçinin logistika sahələrini də cəmləşdirəcək. Füzulidə açılan Beynəlxalq Hava Limanı, bu yaxınlarda Zəngilanda açılması gözlənilən Beynəlxalq Hava Limanı, habelə Laçın şəhərində istifadəyə verilməsi gözlənilən və hazırda inşaat işlərinə başlanılan Beynəlxalq Hava Limanı da deyilənləri əsaslandırır.

Bütün bunlar birbaşa Azərbaycanın Zəngəzur dəhlizi prosesindəki qətiyyətli məqsədlərini reallığa çevirməkdədir. Bu mənada, dövlət başçımız İlham Əliyevin ŞƏT-nın Zirvə toplantısındakı daha bir önəmli fikrini xatırlatmaq yerinə düşərdi: “Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq”.

Azərbaycan yaxın müddətli dövr ərzində Şimal marşrutundan gələn yüklərin mümkün qədər çox hissəsinin öz ərazisindən keçməsini təmin edəcək

Beləliklə, mühüm olan faktor həm də ondan ibarətdir ki, Qarabağ regionu yalnız Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropanın dünyaya açılan qapısı olacaq. Proseslərin gedişi də göstərir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları uzunmüddətli dövr ərzində aradan qaldırılmayacaq. Bu baxımdan, Azərbaycan yaxın müddətli dövr ərzində Şimal marşrutundan qopan yüklərin mümkün qədər çox hissəsinin öz ərazisindən keçməsini təmin etmək üçün zəruri infrastruktur və şərtləri çox sürətlə təmin etməlidir. Bunun üçün yüklərin bir deyil, bir neçə istiqamətdə ötürülməsi təmin olunmalıdır.

Azərbaycan yaxın dövr ərzində Şimal marşrutundan qopan yüklərin mümkün qədər çox hissəsinin öz ərazisindən keçməsini təmin

Bu baxımdan, Azərbaycanın Şərqi Zəngəzurdan İran-Naxçıvan-Türkiyə marşrutu ilə yükdaşımaları təmin etmək üçün qonşu İranla da əldə etdiyi razılaşma mühüm nailiyyətdir. Artıq bu istiqamətdə avtomobil və dəmir yollarının layihələndirilməsi işləri aparılır. Azərbaycan ərazisində hər iki yolun tikintisi sürətlə aparılır. Yaxın vaxtlarda İran ərazisində də işlərin başlanması gözlənilir.

Ən əsas amil isə budur ki, Azərbaycan həmçinin Ermənistan ərazisindən keçməklə də Naxçıvana və Türkiyəyə çıxış əldə etməkdə qərarlıdır və bu qərarı heç bir qüvvə dəyişdirə bilməz. Ümumiyyətlə, Ermənistanın bu prosesi əngəlləməsi cəhdləri faktiki olaraq onun özünün növbəti böyük regional layihədən kənarda qalmasına gətirib çıxaracaq.

Azərbaycan öz fəaliyyətində beynəlxalq hüquqa və ədalətə əsaslanır

İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı həm ölkələrin malik olduğu imkanların, tarixi həqiqətlərin təbliğində, həm də səylərin birləşdirilməsi fonunda hədəflərə yüksək səviyyədə nail olmaqda əhəmiyyətli rol oynayır. Bütün hallarda əsas prinsip ədalətin və beynəlxalq hüququn müdafiəsidir.

Azərbaycanın xarici siyasət uğurları ğöz önündədir. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizin əldə olunmasında ölkəmizin beynəlxalq nüfuzu, ədalətə və beynəlxalq hüquqa söykənən fəaliyyəti, münaqişənin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması mühüm rol oynadı. Azərbaycan ən yüksək tribunalardan bu bəyanatı səsləndirir ki, dünya hüquq problemini yaşayır.

Sentyabrın 15-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün Səmərqəndə səfər edən dövlət başçısı İlham Əliyev keçirdiyi ikitərəfli görüşlərdə də postmünaqişə dövrünün reallıqları fonunda əlaqələrin bütün sahələrdə inkişafı üçün geniş imkanların yarandığını bildirdi. Cəmərqənd Sammitinə fəxri qonaq qismində qatılaraq bu tribunadan Azərbaycanın malik olduğu imkanlardan geniş bəhs edən cənab İlham Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri məhz bəzi beynəlxalq təşkilatların fəaliyyətinin səmərəsizliyi oldu. “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur” söyləyən Prezident İlham Əliyev diqqəti BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinə yönəltdi və bildirdi ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, Azərbaycanın vəziyyəti ilə bağlı qəbul olunanlar 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib.

Dünyanın ikili standartlara əsaslanan siyasətini hər zaman özünə münasibətdə aydın şəkildə görən Azərbaycan heç zaman bu yanaşmadan ruhdan düşməyərək həqiqətlərini real faktlara, tarixə söykənərək beynəlxalq ictimaiyyətə çatdırmaqda davam edir. Ədalətin gec-tez qələbə çalacağı şəksizdir. Ermənistan saxta tarix yazıb ona dəstək verən bəzi dövlətlərə arxalanaraq ədaləti, beynəlxalq hüququ inkar yolunu tutsa da, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşıb onların icrasını arxa plana keçirsə də bu vəziyyətin uzun müddət davam edə bilməyəcəyinin fərqində idi. Azərbaycan ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək.

Ədalət və beynəlxalq hüquq 44 günlük İkinci Qarabağ müharibəsində öz sözünü dedi. Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyü qazanaraq şanlı Qələbəyə imza atmaqla Ermənistana, ona havadarlıq edən dövlətlərə beynəlxalq hüquq və ədalət deyilən anlayışların mövcudluğunu sübut etdi.

Prezident İlham Əliyev Səmərqənd Sammitindəki çıxışında bir daha diqqəti 2019-cu ildən Azərbaycanın 20 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinə yönəldərək sədrlik müddətinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılmasını ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi dəyərləndirdi. Bu tribunadan bəyan etdi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Hazırkı postmünaqişə dövrünün əsas hədəfi bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycanın Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı təklifi beynəlxalq səviyyədə yüksək dəyərləndirilir, dünya gücləri təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu Ermənistan tərəfindən böyük qısqanclıqla qarşılanır. Sülh müqaviləsinin imzalaması prosesinin uzanmasında maraqlı olan təcavüzkar dövlət atəşkəsi pozmaqla, təxribatlar törətməklə hazırladığı planları qabarıq şəkildə büruzə verir. Səmərqənd Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu, Ermənistan qınandı. Dövlət başçısı Şanxay Əməkdşlıq Təşkilatının tribunasından diqqəti Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində törədilən genişmiqyaslı hərbi təxribata yönəldərək bildirdi ki, Azərbaycan Ordusu bu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ümumilikdə Səmərqənd Sammiti həm tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatı, həm də ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli oldu. Qurumun tərkibinin genişləndirilməsi əsas hədəflər sırasındadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi