xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Kəbirə Məmmədova: Ermənistanın planları alt-üst edildi

17-09-2022, 11:49 90 dəfə baxılıb

Kəbirə Məmmədova: Ermənistanın planları alt-üst edildi


Binə” ticarət mərkəzini sahibi Kəbirə Məmmədova - Sentyabrın 12-dən 13-ə keçən gecə dövlət sərhədimizin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs növbəti dəfə pozuldu. Cavab olaraq Azərbaycan Ordusu tərəfindən gerçəkləşdirilən və cəmi 7 saat davam edən “Qətiyyətli cavab” əməliyyatı ilə Ermənistanın qurduğu planlar bir daha alt-üst edildi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi. Çoxlu sayda hərbi texnika, ümumi dəyəri yarım milyard ABŞ dollarından artıq olan iki S-300 zenit-raket kompleksi, 200 nəfərdən artıq canlı qüvvə, müxtəlif hərbi obyektlər və onlarla post məhv edildi. Ən əsası isə əks-hücum əməliyyatı zamanı Silahlı Qüvvələrimizin bölmələri həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri vizual və atəş nəzarətinə götürdü. Bununla da, düşmənin ölkəmizə qarşı hər hansı bir real təhlükə imkanları tamamilə yox edildi.

Vətən sevgisini öz canından artıq bilən daha 71 nəfər qəhrəman Azərbaycan əsgər və zabiti doğma torpağımızın müdafiəsi zamanı müqəddəs şəhidlik zirvəsinə ucaldı.

Tarixdən dərs çixartmağı bacarmayan təcavüzkar Ermənistan, onun öz imzasına hörmət qoymayan bacarıqsız baş naziri Nikol Paşinyan və bölgədə dayanıqlı sülhün yaranması və inkişafa mane olmağa çalışan digər qüvvələr son bir ayda iki dəfə Azərbaycan dövlərini təxribata çəkməyə cəhd etməklə əslində bu məkrli planı həyata keçirərək aşağıdakılara nail olmağa çalışır:

məğlub bir dövlət, məğlub bir ordu kimi kapitulyasiya aktının müddəalarını yerinə yetirməmək üçün zaman qazanmağa;

bu bölgədə Azərbaycan dövləti tərəfindən sürətli bir təhdid olduğunu, münaqişə vəziyyətinin olduğunu, bu bölgənin təhlükəsiz olmadığını və BMT kimi, Avropa Birliyi kimi beynəlxalq təşkilatların bu bölgədə tədbir görməsinin vacibliyini, ATƏT-in Minsk Qrupunun yenidən dirildilməsinin gərəkdiyini, regionu yenidən bir münaqişəli vəziyyət, güvənsizlik və risk bölgəsi kimi göstərməyə;

Azərbaycanı beynəlxalq hüquqda və beynəlxalq miqyasda günahkar olaraq göstərməyə, silahlı insident başlayan kimi yalan məlumatlar, dezinformasiyalar yayaraq güya Azərbaycanın mülki şəxsləri və mülki obyektləri atəşə tutması ilə bağlı saxta xəbərlər yaymağa;

bu cür təxribatlarla bölgədəki abadlaşdırma, infrastruktur layihələrin icrası, iqtisadi dirçəliş və böyük qayıdışın önünə keçməyə və bununla da bölgədə gedən bütün beynəlxalq əhəmiyyətli layihə və prosesləri ləngitməyə;

Azərbaycan torpaqlarında - Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən narahat olan ölkə olaraq başda Xankəndi və ətrafında yaşayan ermənilər olmaqla, onların Azərbaycana meyl etməsinin önünə keçməyə;

bu bölgədəki terrorist ünsürlərə, eləcə də Azərbaycan torpaqlarında yaşayan terrorçu ermənilərə mənəvi dəstək verməklə terroru dəstəkləməyə.

Nəhayət, Nikol Paşinyanın Rusiya Federasiyası Prezidenti V.Putinə, Fransa Prezidenti İ.Makrona zəngi, Avropa Birliyi və ABŞ-a Azərbaycandan şikayət etməsi Ermənistanın bu təxribatlarının türk dünyasının vəhdətindən narahat olan qüvvələrin planlı fəaliyyətinin bir parçası olduğunu göstərir.

Lakin daha əvvəl olduğu kimi, Müzəffər Azərbaycan Ordusu Ermənistanın törətdiyi son təxribatların qarşısını xüsusi peşəkarlıqla alaraq qətiyyətli cavab əməliyyatları ilə düşmənə layiqli dərs verdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın sərhəd boyu bütün hərbi mövqelərini yerlə-yeksan edərək, düşmənin xeyli sayda canlı itki verməsinə və hərbi texnikasının məhv edilməsinə nail oldu. Ermənistanın bacarıqsız hərbi siyasi rəhbərliyinə növbəti ciddi dərs verildi.

Lakin son hadisələr onu göstərir ki, düşmən ölkənin rəhbəri hər zaman olduğu kimi, yenə də 10 noyabr bəyanatına atdığı imzaya hörmət etməyərək Rusiya və Avropa Birliyinin təşəbbüsü ilə keçirilən görüşlərdə əldə olunan razılaşmalardan imtina etməyə davam edir, bununla da məsuliyyətdən yayınmağa çalışır. Məqsəd hər zaman olduğu kimi gündəm yaratmaqla, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək və işğaldan azad olunmuş ərazilərdə gedən yenidənqurma, iqtisadi dirçəliş və böyük qayıdışa mane olmaq, siyasi baxımdan çökmüş Ermənistan dövlətinin daxili böhranlı vəziyyətdən diqqətii yayındırmaqla Xankəndidə yaşayan ermənilərin Azərbaycan bayrağı altında yaşamaq düşüncələrini dağıtmaqdan ibarətdir. Azərbaycan isə tam əksinə, öz gücü ilə suveren ərazilərini qoruyur və heç bir qüvvə ölkəmizi haqq işindən döndərə bilməz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi