xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Bəhruz Əsgərli: Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı Xəzəryanı dövlətlərin əsas hədəflərindəndir

5-07-2022, 10:58 195 dəfə baxılıb

Bəhruz Əsgərli: Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı Xəzəryanı dövlətlərin əsas hədəflərindəndir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Abşeron” Gömrük Postunun rəisi Bəhruz Əsgərlinin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“Abşeron” Gömrük Postunun rəisi Bəhruz Əsgərli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Bəhruz Əsgərli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Abşeron” Gömrük Postunun rəisi Bəhruz Əsgərliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Abşeron” Gömrük Postunun rəisi Bəhruz Əsgərlidir.

“Abşeron” Gömrük Postunun rəisi Bəhruz Əsgərli peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Bəhruz Əsgərli bu işin müqəddəsliyini qoruyub saxlayır. Bəhruz Əsgərli kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Bəhruz Əsgərlidən danışdılar yaxşı ki, Bəhruz Əsgərli “Abşeron” Gömrük Postunun rəisidir… Bəhruz Əsgərli öz isguzarlığı ilə tanınır və seçilir….

Bəhruz Əsgərli Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Bəhruz Əsgərli böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Bəhruz Əsgərli yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Bəhruz Əsgərlinin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Bəhruz Əsgərli insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bəhruz Əsgərli bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Abşeron” Gömrük Postunun rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Bəhruz Əsgərli özünü doğruldub. Bizdə hörmətli Bəhruz Əsgərlini dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

“Abşeron” Gömrük Postunun rəisi Bəhruz Əsgərli - Azərbaycan xarici siyasətinin əsas tərkib hissəsi kimi region ölkələri ilə əlaqələrinin inkişafına xüsusi diqqət göstərir, bu əməkdaşlığın yeni istiqamətlər üzrə möhkəmləndirilməsində maraqlıdır. Xəzəryanı dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafı da bunun bariz nümunəsidir. Azərbaycan hər zaman Xəzər dənizinə sülh, əməkdaşlıq, qardaşlıq, dostluq dənizi kimi diqqət göstərib. Uzun illər Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində göstərilən səylər də bunu deməyə əsas verir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq dənizi olmalıdır” çağırışı bugünkü reallıqlarımızda öz əksini tapıb. Qeyd etdiyimiz kimi, Xəzərin hüquqi statusu məsələsi uzun illər Azərbaycanın xarici siyasətində Qarabağ münaqişəsindən sonra həllini gözləyən ikinci əsas məsələ idi. Artıq hər iki məsələ öz həllini tapıb. Azərbaycan bu uğurları ilə xarici siyasətinin dəyişməz prinsplərini dünyaya bəyan etməklə yanaşı, hədəflərini də açıqladı. Regionda dayanıqlı sülhün və inkişafın təmin edilməsi əsas tələb kimi qarşımızdadır.

Dövlət başçısı İlham Əliyev iyununun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı nitqində keçilən yolun təhlili fonunda hədəflərə diqqəti yönəltdi. Ölkə Prezidenti bildirdi ki, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Məlumdur ki, 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu mühüm sənədin Xəzəryanı dövlətlərə gətirəcəyi iqtisadi və siyasi dividendlər geniş müzakirə olundu. Müxtəlif fikirlərin fonunda ümumi rəy bu oldu ki, Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın, bölgədə sülhün, təhlükəsizliyin daha da möhkəmlənməsinə təkan verəcək.

Bu gün əminliklə qeyd edirik ki, Xəzəryanı ölkələr arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur. Eyni zamanda, Azərbaycanın tarixi Zəfərinin yaratdığı yeni reallıqlar, əməkdaşlıq formatları gələcək üçün geniş imkanlar açır.

Azərbaycan öz təbii resurslarından səmərəli istifadə etməklə həm iqtisadi imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın enerji sektorunda qazandığı uğurlar fonunda əminliklə qeyd edirik ki, artıq əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq səviyyədə inkişaf etdirilir.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

O da məlumdur ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsinə sanballı töhfələr verən Azərbaycan, həmçinin dənizin karbohidrogen resurslarının qarşılıqlı əməkdaşlıq çərçivəsində işlənməsi istiqamətində bir ilkə imza atdı. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı “Dostluq” yatağı zəngin neft-qaz ehtiyatlarına malikdir. Ötən ilin yanvarında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. Təbii ki, bu kimi sənədlər sahilyanı dövlət arasında əlaqələrin inkişafına işıq salır. Sözügedən sənədin imzalanması bir daha sübut etdi ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Ümumilikdə sahilyanı dövlətlər Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfələr verirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi