12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Rafael Mehrəliyev: Artıq ikinci ildir ki, xalqımız Müstəqillik Gününü qalib xalq olaraq qeyd edir
27-05-2022, 02:19
137 dəfə baxılıb
Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev - Azərbaycan tarixinə qızıl hərflərlə həkk olmuş 28 May - Müstəqillik Günü xalqımızın qürür mənbəyinə çevrilmiş tariximizin şanlı və parlaq səhifələrindən biridir. 104 il əvvəl 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ilk demokratik respublika kimi dünya tarixinə düşüb. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə böyük işlər həyata keçirilib. Dövlət bayrağı, dövlət himni, dövlət gerbi təsis edilib, milli ordu yaradılıb, 200-dən çox mütərəqqi qanun qəbul edilib.
Müstəqillik tariximizin başlanğıcı olan 28 - May Müstəqillik Günü Azərbaycanda milli ruhun formalaşmasında və gələcək inkişafında böyük rol oynayıb. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanda çox ağır siyasi-iqtisadi vəziyyət hökm sürsə də, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində ölkəmiz üzərindən qara buludlar çəkildi və müstəqil Azərbaycanın sürətli inkşaf dövrü başladı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, sürətli inkişaf və tərəqqi illəri kimi həkk oldu.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyev də həyata keçirdiyi müdrik və uzaqgörən siyasəti ilə müstəqilliyimizin daha da möhkəmlənməsinə, dövlətçiliyimizin inkşafına böyük təkan verib. Bu gün Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dünya miqyasında öz gücü və nüfuzu ilə seçilən lider ölkələrdəndir. Azərbaycanın inkşaf göstəriciləri və ölkəmizdə həyata keçirilən köklü islahatlar beynəlxalq reytinqlərdə yüksək qiymətləndirilir: “Artıq ikinci ildir ki, xalqımız Müstəqillik gününü qalib xalq olaraq qeyd edir. Bizlərə bu qüruru və qələbəni bəxş edən başda Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyev olmaqla Müzəffər Azərbaycan ordusuna təşəkkür edirik, şəhidlərimizin əziz ruhu qarşısında baş əyirik, uca Tanrıdan qazilərimizə şəfalar diləyirik.
Müstəqilliyimiz əbədi və sarsılmazdır. Yaşasın müstəqil, qüdrətli və qalib Azərbaycan!”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: