Təyyar Məmmədov: Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edib
25-05-2022, 11:55
142 dəfə baxılıb
Ucar Neft Bazasının direktoru Təyyar Məmmədov - Bildiyimiz kimi mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşü keçirilib. Görüşün nəticələri milli maraqlarımızı özündə əks etdirir. Bu görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.
Azərbaycanın sülhsevər mövqeyi ortadadır, cənab Prezident bunu həmişə bəyan edir. Ermənistan da Azərbaycanla münasibətləri normallaşdırmağda maraqlı olmalıdır və bunun üçün səy göstərməlidir. Onlar anlamalıdırlar ki, nə qədər tez öz çirkin niyyətindən əl çəkib Azərbaycanın təklif etdiyi regional əməkdaşlıqdan faydalansa, bir o qədər tez bir zamanda bu acınacaqlı vəziyyətdən qurtulacaq.
Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin yaradıb. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Bu nüfuzlu təşkilatın region dövlətləri arasında Azərbaycan ilə əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verməsi təsadüfi deyil. Çünki strateji tərəfdaşlığa dair imzalanan sənədlər əsasında müəyyən əhəmiyyət daşıyan layihələrin uğurla reallaşdırılması respublikamızın etibarlı tərəfdaş olduğunu təsdiqləyib. Azərbaycan artıq təkcə regionda deyil, beynəlxalq aləmdə də söz sahibidir. Yeniliklərə atdığı imzalar dövlətimizin bu gün daha inamla irəlilədiyinin göstəricisidir. Artıq müxtəlif dövlətlər, beynəlxalq və regional təşkilatlar heç bir tərəddüd etmədən Azərbaycan ilə əməkdaşlığa can atır.
Tarixi 10 noyabr bəyanatının şərtləri Cənubi Qafqazda yeni inkişaf və quruculuq imkanları yaradıb. Biz işğaldan azad edilmiş torpaqlarda həyatı yenidən, özü də sürət və keyfiyyətlə bərpa etməkdə israrlıyıq. İşğaldan azad edilmiş Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Şuşada və digər ərazilərimizdə infrastruktur yenidən qurulur. Birinci Qarabağ müharibəsi zamanı ölkənin digər bölgələrinə qaçmağa məcbur olmuş 1 milyona yaxın həmvətənimiz bərpa-quruculuq tədbirlərindən sonra daimi yaşamaq üçün öz dədə-baba yurduna qayıtmağa hazırlaşır.
Ötən 19 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Azərbaycanın hərbi-siyasi və diplomatik sahədə uğurları birbaşa İlham Əliyevin fenomenal istedad sahibi olmasının göstəricisidir.
Azərbaycan neftçiləri bütün dövrlərdə Azərbaycan xalqına xidmət etmişlər. Müstəqillik dövründə onların zəhməti hesabına Azərbaycan böyük iqtisadi potensial yarada bilmişdir. Neftçi Azərbaycanda çox şərəfli və hörmətli peşədir, həmişə belə olub, bu gün də belədir.
Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir.
Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bu gün isə qaz ölkəsi kimi tanınır. Müstəqillik dövründə bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Sovet dövründə də Azərbaycan neftçiləri Sovet İttifaqının ümumi inkişafına çox böyük töhfələr vermişlər. O vaxt Azərbaycan müttəfiq respublikalar arasında ikinci respublika idi ki, donor kimi tanınırdı. Yəni, biz ümumittifaq büdcəsinə daha çox vəsait ayırırdıq, nəinki alırdıq. Əlbəttə ki, Azərbaycan neftçilərinin bu sahədə payı çox böyük idi.
Bu gün Azərbaycan çiçəklənən bir dövlətdir. Hara baxsan göz oxşayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bütün şəhərlərimiz abadlaşır. Əsrlər boyu insanları incidən bütün problemlər həll olunur. Qazlaşdırma, içməli su, elektrik, yollar – biz bunu nəyin hesabına edirik? Gəlirlər hesabına. Gəlirlərin əsas mənbəyi haradır? Azərbaycan neftçilərinin zəhməti hesabına çıxarılan neftdir. Azərbaycan vətəndaşları bunu həmişə bilməlidirlər.
*******
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ucar Neft Bazasının direktoru Təyyar Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Ucar Neft Bazasının direktoru Təyyar Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Təyyar Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ucar Neft Bazasının direktoru Təyyar Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ucar Neft Bazasının direktoru Təyyar Məmmədovdur.
Ucar Neft Bazasının direktoru Təyyar Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Təyyar Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Təyyar Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Təyyar Məmmədovdan danışdılar yaxşı ki, Təyyar Məmmədov Ucar Neft Bazasının direktoru təyin olunub… Təyyar Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….
Təyyar Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Təyyar Məmmədovu heç vaxt əqidəsindən döndərə bilməz.
Təyyar Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Təyyar Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Təyyar Məmmədov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Təyyar Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Təyyar Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Təyyar Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ucar Neft Bazasının direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Təyyar Məmmədov özünü doğruldub. Bizdə hörmətli Təyyar Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR