xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Vaqif Həsənov: Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası

7-05-2022, 12:56 158 dəfə baxılıb

Vaqif Həsənov: Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası


Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov - Sovetlər birliyinin dağılmasından və Azərbaycannın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərdən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırilmasında mühüm işlər görmüş Ulu Öndər sonralar 1990-cı illərin əvvələrindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin daha da inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir.

Vaqif Həsənov: Müasir Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası


Azərbaycanın böyük oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin hələ 1969-cu ildə Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəmiz üçün dönüş nöqtəsi olmuş və məhz elə ilk günlərdən bütün sahələrdə islahatların aparılması ilə respublikamızın inkişaf strategiyasının əsası qoyulmuşdur. Çox qısa bir zamanda Azərbaycanın keçmiş ittifaq ölkələri arasında sənaye istehsalının artım surətinə görə ilk yerə çıxması bütün mənalarda ölkə rəhbəriliyin təkcə respublikamızda deyil eləcə də bütün SSRİ miqyasında nüfuzunun artmasına gətirib çıxartmışdı.

Milyonlarla insanın sevimlisinə çevrilmiş Ulu Öndər hələ gənc ikən öz xalqının taleyüklü məsələlərində yaxından iştirak etmiş, yüksək vəzifələrə layiq görülmüş və çiyinlərində öz ölkəsinin böyük yükünü daşımışdır. Elə bu səbəbdəndir ki, Ümummilli liderin keçdiyi böyük və mənalı eləcə də olduqca şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Məhz Heydər Əliyevin 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi ilə sovet respublikaları arasında geridə qalmış Azərbaycanı qısa bir zamanda böyük bir siçrayışla inkişaf yoluna gətirmişdir.

Həmin dövrdən başlayaraq ölkədə bu vaxta qədər görünməmiş inkişaf və yüksəliş eləcə də tikinti-quruculuq işləri başlanılmışdır. Respublikanın bütün sahələrində, siyasi və mədəni həyatında uğurlu inkişaf başladılmış və Azərbaycanda yeni həyat başlamışdır. Bu inkişaf nəticəsində tezliklə respublikanın bütün sahələrində, iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edilmiş, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edilmişdir. İldən ilə yeni yaşayış massivləri və qəsəbə və kəndləri salınır, məktəblər, uşaq bağçaları, universitetlər açılırdı. Respublikamız üçün böyük əhəmiyyət kəsb edən yeni saraylar, yaraşıqlı binalar və şəhərə gözəllik verən yaşıllıqlar salınırdı.

Ən əsası isə Ulu Öndərin Respublikaya rəhbərlik etməsi ölkədə bu vaxta qədər görünməmiş milli ruhun, azərbaycançılığın və kadr potensiallının milliləşdirilməsinin təməli qoyulmağa başlanılmışdır. Məhz həmin dövrdən başlayaraq hər il yüzlərlə azərbaycan gənci təhsil almaq üçün SSRİ-in ən qabaqcıl ali məktəblərinə göndrilmiş və azərbaycanlılar daha mühüm dövlət vəzifələrinə irəli çəkilməyə başlanılmış, Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş və bununla da tez bir zamanda Azərbaycan digər respublikalar arasında qabaqcıl respublikalarından birinə çevrilmişdir.

Sovet dövrünün perestroyka dövründə Qorbaçov rejiminin qəzəbinə tuş gəlmiş Ümummilli lider səhəti bəhanə gətirilərək əvvəlcə müalicə adı ilə bütün dövlət işlərindən uzaqlaşdırılmış və sonra isə məcburən təqaüdə göndərilmişdir. Lakin ölkədə baş verən hərcmərclik və səriştəsiz idarəçiliyin baş alıb getməsinə dözə bilməyən və sonda məlum 20 Yanvar hadisələrindən bir gün sonra xalqın xilaskarı ulu öndər Heydər Əliyev yenə də xalqımızın kədərini bölüşmüş və ölkə vətəndaşlarına qarşı həyata keçirilmiş qanlı aksiyanı ifşa edərək cəllad Qorbaçov hakimiyyətini ciddi tənqid edərək xalqa bir dayaq və təsəlli olmuşdur.

Ulu Öndərin 1969-cu ildən başlayaraq ölkəmizin bütün sahələr üzrə inkişaf etdirilməsi Azərbaycanın uğurlu gələcəyini təmin etmiş oldu. Zəngin dövlətçilik irsi olan ölkəmizin idarə edilməsində vətənpərvərliyi və ənənələrin qorunmasına sadiqliyi nümayiş etdirən Ümummilli lider Heydər Əliyev elə ilk gündən, respublikaya rəhbərlik etməyə başladıqdan sonra hər zaman milli siyasi varisliyi irəli çəkmiş və xalqın gələcəyini intellektual inkişaf ilə bağlı olduğunu millətin gələcək sabahına xidmət edəcəyini bilmişdir. Belə ki, 1991-ci ildə müstəqilliyini qazanmış və ciddi siyasi və iqtisadi böhranla üzləşmiş, digər tərəfdən isə ərazilərinin işğal olunması ilə bir milyona yaxın qaçqın və köçkün problemləri olan bir gənc respublikanın yenidən dirçəlməsi və müstəqilliyini itirməməsi üçün yalnız və yalnız xalqın böyük etimad göstərdiyi və inandığı oğlu vətənpərvər Heydər Əliyevin köməkliyi ilə baş verməsi mümkün ola bilərdi.

Yenicə müstəqilliyini bərqrar etmiş müstəqil Azərbaycan yenə də ciddi böhran və ərazi bütövlüyünə qarşı ciddi təziqlər ilə üzləşmiş və müharibə şəraitinə düşmüşdür. Ölkə yenicə bərpa etmiş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdir. Azərbaycan xalqı yeganə çıxış yolu kimi təkidlə Heydər Əliyevin yenidən hakimiyyətə çağırmış və yalnız onun uzaqgörən siyasi baxışı ilə gənc ölkənin düşdüyü bu ağır vəziyyətdən eləcə də sosial-iqtisadı, hərbi-siyasi böhrandan çıxardacağına inanmışdır.

1991-1993-cü illərdə Naxçıvanda 1993-cü ildən 2003-ü ilə qədər isə paytaxt Bakıda Ulu Öndər bütün əməyini sərf edərək düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycanın inkişafı və vətəndaşlarının rifahı uğrunda gecə-gündüz çalışmış və ölkəmizin müstəqilliyini əbədi etmiş eləcə də ölkənin gələcək inkişafının bütün strateji hədəflərini müəyyən edərək Azərbaycanın sonrakı illərində də inkişaf edərək möhkəmlənmsinin təməlini qoymuşdur. Ən əsası isə öz xalqının gələcəyini düşünürək "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək dövlətin idarə edilməsini öz layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev olduğunu bildirmişdir. Bu gün Azad Azərbaycan, məhz Prezident İlham Əliyevin uğurlu siyasəti ilə idarə edilərək inkişaf etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi