Ramsin Abdullayev: Heydər Əliyev siyasi-ideoloji xətti və Qarabağın azadlığı Prezident İlham Əliyev strategiyasında
7-05-2022, 03:34
315 dəfə baxılıb
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil – Kommunal Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru Ramsin Abdullayev - Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və siyasi proseslərdə keçdiyi həyat yolu Azərbaycanda “Heydər Əliyev məktəbi” adlanır. Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın düşüncəsində: “Ulu Öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi.” Bəli, ədalət və yenilməz iradə Ulu Öndərin əsas xarakterik göstəricilərindəndir.
-Ulu Öndər milli liderliklə siyasi rəhbərliyi, siyasi liderliklə milli rəhbərliyi inteqrasiya edən fenomen Strateqdir. Başdan ayağa unikal siyasətçi, hər bir azərbaycanlının hamisi, dəstəkçisi, güvənən yeri, qüruru ölkə sərhədlərindən kənarda yaşayan hər bir azərbaycanlının doğması, əzizi idi. Bu onu əbədi dünyaya yola salan milyonların dəfn mərasimində iştirakında, Azərbaycanın hər bir kəndi, qəsəbəsi, rayonu, şəhərində onun adına verilən ehsan məclisləri və oxunan dualarda da özünü əks etdirdi. Ulu öndər ilahidən seçilmişlərin seçilmişi, qüdrətli, öz ölkəsini sevən və “Mən fəxr edirəm ki, azərbaycanlıyam” söyləyən uca insan, siyasi xadim, dövlət qurucusu, qurucu və yaradıcı rəhbər olmuşdur.
- XX əsrin 70-cı illərindən Azərbaycanın dirçəlişi, qurtuluşu, intibahı məhz fenomenal şəxsiyyət Heydər Əliyevin böyüklüyünün məntiqi yekunudur.
Dövlətçilik siyasəti – bu böyük strateq Heydər Əliyevin çoxvektorlu fəaliyyətinin, iti zəkası və məntiqli dünyagörüşü, çox istiqamətli iqtisadi milli inkişafı təmin edən nəzəri-hüquqi təlim və ideoloji baxışlar sisteminin siyasi fəlsəfi kontekstidir.
-Ulu Öndər strateji məktəbi – qloballıq ilə milliliyin zəmini, lokal və regional məsələləri nəzərə almaqla, təkmil idarəetmə metodudur.
-Heydər Əliyev siyasi xətti – MDB ölkələrinin dövlətçilik təsisatlarının qarşılıqlı əlaqələrinin təcrübi mübadilə ilə bölüşdürülərək möhkəmləndirilməsində nümunəvi bir modeldir.
-Heydər Əliyev-Azərbaycan xalqının yüksəliş və inkişafında müstəsna rolu olan dövlətin qurucusu, siyasət ustası və böyük Dövlət Xadimidir. Ulu Öndər Azərbaycanın XX əsrin təxminən ikinci yarısı dövlətçilik tarixini formalaşdıran, dövlət-hakimiyyət-xalq idarəetmə strukturunun siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, milli inkişaf strategiyasının təməlini quran Strateqdir.
-Heydər Əliyev siyasi-strateji dövlətçiliyin institutlaşması xətti həm nümunə, həm də müasir siyasətşünaslıq elmində öyrənilən bir ideoloji-nəzəri kursdur.
-Ulu Öndərin hakimiyyət idarəçilik institutunun inkişafı istiqamətində, ölkə maraqlarının qorunmasında, milli birliyin və həmrəyliyin bərqərar olunmasında müstəsna xidmətləri vardır.
-Fenomen strateq həm beynəlxalq ölkələrin təcrübəsindən istifadə etməklə, həm də Azərbaycan reallığından irəli gələn məntiqlə, unitar Azərbaycan dövlətini dünyaya tanıtdırdı, siyasi-ideoloji sistemi öz tarixinə və dövlətçilik ənənələrinə, gerçəklik və sivilizasiyanın inkişaf xəttinə əsaslanmaqla bərpa etdi.
-Ulu Öndər siyasi-ideoloji xəttində mədəni- mənəvi zəmin də güclü olub, ölkə əhalisinin ənənəvi-klassik islam dinli olması ilə bahəm, digər səmavi dinlərin də, fəaliyyətinə imkan yaratdı.
-Milli dövlətçilik institutunun strateji-ideoloji mətni, sosio-siyasi və hüquqi idarəçilik modeli, dövlətiyaratma siyasi fəlsəfəsi kontekstində, beynəlxalq aləmlə qarşılıqlı əməkdaşlıq əlaqələrini də sistemləşdirdi.
-Ulu Öndərin müstəqil Azərbaycanın müəllif olduğu Azərbaycan Konstitutsiyası Milli quruculuq yolunun ali hüquqi qanunvericiliyidir.
-Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə, dünya birliyi təsisatları ilə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq edən respublika kimi az müddətə dünya məkanında özünəməxsus yer aldı. Bu xəttdə əsas siyasi göstərici isə ölkənin yeni milli inkişafı kursu oldu.
-Ulu Öndər Heydər Əliyevin dövlətçilik kursu Azərbaycan siyasi tarixinin qızıl səhifələridir. Bu siyasi paradiqmada isə aşağıda göstərilənlər öz təcəssümünü tapdı:
-Müstəqil Azərbaycanın ilk neft müqaviləsi – “Əsrin kontraktı” (1994-cü il 20 sentyabr) imzalandı, bu regionda və dünya enerji bazarında “yeni neft siyasəti”nin təməlini qoydu.
- Yenilənən Azərbaycan BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Davos İqtisadi Forumu, İqtisadi Əməkdaşlıq Təşkilatının və s. beynəlxalq təsisatlarının üzvü seçildi.
-Dövlətinin siyasi tarixini yazan, Tarixləşən rəhbərə zaman və məkan mətnində öz dövrünün məhz siyasi- ictimai mühitinə də həmin prizmadan yanaşılır. Rəhbərlər Tarix yaradırsa, Zamandan da irəli gedib ölkəsinin perspektivini istiqamətləndirir. Ulu öndər Azərbaycanın milli inkişaf yolunu tərtib edən, dövlət quruculuğunun inkişaf xəritəsini müəyyən edən əbədiyaşar Dahi Rəhbərdir.
-Ulu Öndər ölkəsi-xalqının milli təhlükəsizliyinin təminatçısı, Ali Baş Komandan, mətin və qətiyyətli general, universal bilikli, hazırcavab milli lider, dünya siyasətində sayılan və qəbul edilən siyasətçi, əvəzsiz təcrübəli rəhbər, vətən təəssübkeşi, tərəqqipərvər Milli Şəxsiyyət idi.
-Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər ölkədə çoxpartiyalı sistemi, vətəndaş cəmiyyəti sektorunu, bələdiyyə sistemini-hüquqi dövləti formalaşdıran, inzibati-amirlik quruluşundan yeni demokratik dövlətçilik institututnu qurub-yaradan və onun elmi-nəzəri, konseptual əsasını hazırlayan Liderdir. Ulu Öndər yeni demokratik quruluşun xüsusiyyəti haqda vurğulamışdır ki: “Respublikamızda hüquqi dövlət qurulması, demokratik sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlıqlarının təmin olunması bizim əvvəlcədən qəbul etdiyimiz prinsiplərdir”. Bu mənada Ulu Öndərin dövlətçilik təlimi Azərbaycan Respublikasının əsas fəaliyyət yolu oldu.
-Ulu Öndər Heydər Əliyev dövlət-hakimiyyət, idarəetmə strukturlaşmasının formalaşmasında milli ideologiyanı-müstəqil Azərbaycan xalqını bir vəhdətdə birləşdirən, cinsinə, dininə, millətinə fərq qoymayan ölkə vətəndaşlarını birləşdirən, bir ideya, vəzifələri müəyyənləşdirən məqsədlər normativində vəhdət yaradan Azərbaycançılıq ideologiyasını genişləndirdi. Bu ölkədə milli-ideoloji, mədəni-ictimai davranış paradiqmasına zəmin oldu.
-Ümummilli lider işğalçı Ermənistanın tarixi Qarabağ torpaqlarına təcavüzünü beynəlxalq müstəvidə bəyan edən, xarici ölkələrdə diaspor və lobbiçilik qurumlarını şəxsən özü görüşərək yaradan, beynəlxalq səviyyəli idarəetmə ustası idi.
-XX əsrin sonu Azərbaycanın adı fenomen şəxsiyyət Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.
-XX əsrin 60-cı illəri təhlükəsizlik orqanlarından respublikanın Ali Rəhbərinədək olan Yolda Vətəninə bağlı taleyüklü ömürdə Qarabağ məsələsi də gündəmdə olmuş, Ulu Öndərin prinsipiallığı nəticəsində əksər vaxt münaqişənin alovlanması söndürülmüş, Azərbaycan xalqının milli maraqları əsas sayılmışdır.
-Belə ki, “60-70-ci illərdə də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər... bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam” söyləyən Ulu Öndər Heydər Əliyevin güclü, siyasi qətiyyəti nəticəsində yalan və iftiraçı erməni iddiaları iflas olunurdu.
-Ulu Öndər Qarabağın geosiyasi tarixini, geoiqtisadiyyatı və mədəni-mənəvi həyat tərzini, orada tarixən əzəldən yaşayan azərbaycanlı, eləcə də sonradan köçürülərək məskunlaşan erməni ailələrin tarixi keçmişini, birgəyaşayış həyat tərzi münasibətlərini mükəmməl səviyyədə bilir və Qarabağın inkişafı, abadlaşdırılması istiqamətində bütün sahələr üzrə böyük işlər aparırdı.
-Ulu Öndər hələ keçmiş sovet dövründə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Sədri olduğu zaman ermənilər 1967-ci il iyun ayının 24-də Xankəndində küçələrə erməni dilində 300-dək kağız vərəqə paylamışdı. Saxta, yalan və uydurma sovinizmə söykənən, əsası olmayan erməni tarixini əks etdirən bu vərəqələrdə Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ Ermənistan SSR-inin tərkibinə qatılması təbliğatı aparılırdı. Təbii ki, mükəmməl və təcrübəli kəşfiyyatçılıq keyfiyyətləri olan Azərbaycan DTK-nın milli təfəkkürlü generalı Heydər Əliyev həmin vərəqələrin müəlliflərini müəyyənləşdirərək tapdırmış, ciddi cəzalarla Azərbaycan dövləti qanunvericiliyinə əsasən cəzalandırmışdı.
-Digər bir fakt isə 1967-ci ildə erməni daşnaq millətçiləri özləri əslən erməni olan bir nəfəri öldürmüş və bunu isə iki azərbaycan əsilli vətəndaşın üzərinə qoymuş, onların məhkəməsində isə, məhz həmin azərbaycanlıları da öldürərək aradan götürmüşdülər. Burada məqsəd milli zəmində münasibətləri qızışdırmaq, Azərbaycanda məhz milli münasibətlərdə qarşıdurma yaratmaqla, yerli-köklü azərbaycanlı əhalini doğma torpağından köçürüb, Qarabağın Ermənistana birləşdirilməsinin bünövrəsini yaratmaq ideyası idi. Və... nə yaxşı ki, qismət Böyük Heydər Əliyevi Azərbaycanın taleyinə yazmışdı. Ulu Öndər 15 gün ərzində şəxsən özü Xankəndinə səfər etmiş, bu qızışdırıcı prosesin qarşısını öz məharətli, çevik müdaxiləsi ilə aradan qaldırmağa nail olmuşdu.
-Ulu Öndərin birinci hakimiyyəti – keçmiş sovet zamanında da ölkədə, xüsusən də Dağlıq Qarabağda da milli düşüncə, milli ruh, milli kimliyin oyadılmasında danılmaz xidmətləri olmuşdur. Azərbaycanın mədəniyyət ocağı Şuşanı çox sevən Ulu Öndər onun iqtisadi-mədəni inkişafında da böyük işlər aparmışdı. Sonradan isə Moskvada Siyasi Büronun üzvü olarkən də, daim “Qarabağın Ermənistana birləşmə” fikrinin qabağına sədd çəkmiş, bütün səyi ilə bu prosesə mane olmağa cəhd etmişdi.
-Ulu Öndər söyləyirdi ki: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir” və onun ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirmişdi ki: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Hazırda Prezident İlham Əliyev də “Bayrağımız bütün işğal edilmiş torpaqlarımızda dalğalanır” reallığını dünyaya bəyan edir.
-Müstəqillik illərində də Azərbaycanda Ulu Öndər məhz etnik təmizləmə, təcavüz, soyqırım, erməni millətçiliyi məsələlərinin əsil köklü mahiyyətini açmış və ermənilərin Qarabağın dağlıq hissəsinin Ermənistana “birləşmək arzularına” siyasi-hüquqi qiymət vermişdi. Dünya ictimaiyyətinə ermənilərin terrorçuluq, işğalçılıq siyasətinin əsl mahiyyətini göstərmişdi.
- “Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq” söyləyən Ulu Öndər sanki uzaqgörənliklə dünəndən bu günə səslənibdir və yaxud “Bizim məqsədimiz müharibə etmək deyil, ordumuz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır” Heydər Əliyev paradiqmal məntiqi günümüzün Yoludur.
-Ulu Öndər Azərbaycanı sevir, torpağı ilə qürur duyur və söyləyirdi ki, “Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik”. Onun siyasi fəlsəfəsində paradiqmal məntiqli “Azərbaycan xalqı həmişə güclü olub. Amma bu xalqı qaldırmaq, səfərbər etmək lazım idi” çağırışını Azərbaycan xalqı yerinə yetirdi.
-Prezident İlham Əliyev 2020-ci il 27 sentyabrda Azərbaycanda qismən səfərbərlik elan etdi və sanki hər bir Azərbaycan vətəndaşında Ulu Öndərin dünəndən ünvanlanan kəlamını öz Qətiyyətli Siyasi Cəsarəti ilə oyatdı.
-Ulu Öndərin “Dünya bilməlidir, o cümlədən Ermənistan bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir qarışını da heç kəsə verməyəciyik”. HÖKMÜNDƏ “Qəhrəman Azərbaycan əsgəri, müqəddəs Azərbaycan torpaqlarının, müstəqil Azərbaycan Respublikasının müdafiəsi yolunda İRƏLI” ƏMRİ işğalda olan torpaqların azad edilməsi Şuşaya Yolumuz oldu, Amalımız da Prezident İlham Əliyevin rəhbərliyi ilə“QARABAĞ Azərbaycandır” Nidamızdır.
-Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək: “Mənim başa çatdıra bilmədiyim bütün işləri İlham Əliyev başa çatdıracaq” söyləmişdi və İlham Əliyevi siyasi varis elan etmişdi. Bu hadisə 2003-cü ilin payızında olmuşdu... Düz 17 il sonra isə, 2020-ci il yenə payızda Prezident İlham Əliyev Böyük Strateg Heydər Əliyevin uzaqgörən Dühasının sübuta ehtiyacı olmadığını təsdiq etdi. Ali Baş Komandan İlham Əliyev, Strateg-Sərkərdə olaraq işğalçı Ermənistanın atəşkəsi pozaraq Azərbaycan torpaqlarına olan təcavüzünə qarşı Milli Orduya əks hücuma keçmə əmrini verdi. Vaxtilə Ulu Öndər Heydər Əliyev Qarabağ münaqişəsini əlində xətkeş, önündə Azərbaycanın xəritəsi dünyaya Azərbaycanın tarixi Qarabağ torpaqlarını tanıdırdı, sonradan Ali Baş Komandan İlham Əliyev dünyanın məhşur TV, KİV-lərinə “Qarabağ Azərbaycandır” bəyan etdi. Və Qarabağı Azərbaycan Xalqı+Milli Ordu+Ali Baş Komandan vəhdəti işğaldan azad etdi.
-Azərbaycan torpaqları işğal edilsə də, Ulu Öndər Heydər Əliyev siyasi-ideoloji, hərbi-diplomatik təbliğatı dayandırmır və ölkədə ictimai-siyasi sabitliyi bərpa edirdi. XXI əsr Azərbaycanın islahatçı Lideri, həm də Qarabağın Xilaskar Strateqi, Ali Baş Komandan və Vətən Müharibəsinin Diplomat Sərkərdəsi Ulu Öndər Heydər Əliyevin başladığı diplomatik-strateji Yolu, Prezident İlham Əliyev davam etdirdi.
-Prezident ilk öncə bu illərdə Güclü Ordu+Güclü dövlət+Güclü iqtisadiyyat strategiyası ilə vəhdəhdə, Azərbaycançılığa söykənən Güclü Xalq və kreativ, intellektual Azərbaycan Vətəndaş formulasında xalqın milli mənafeyini qorumağa, Azərbaycanda yaşayan bütün xalqların birgə yaşayış multkultural həyat tərzinə hörmət amilini formalaşdırdı. Bu Ulu Öndər Heydər Əliyev ideoloji məktəbinin siyasi-strateji və məntiqi yekunudur.
-Dövlət o zaman möhkəm olur ki, Güclü Lideri olsun. Güclü lideri də məhz Güclü xalq meydana çıxarır. Prezident İlham Əliyev Güclü Azərbaycan Xalqının Güclü, Çevik lideri, Diplomat Strateq Ali Baş Komandanıdır.
- 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin uğurları bu illərdə səbrlə, soyuqqanlı diplomatiya ilə əldə olunub. Güclü liderin rəhbərliyi ilə BƏRPA edilən dövlət sərhədlərimiz, işğal altında qalan torpaqlarımızın azad olması ilə bahəm, həm də Azərbaycan Xalqının Özünə İnamı qayıtdı, özünə və Liderinin gücünə Etibarı daha da möhkəmləndi. Hər kəs Güclü Rəhbər – Güclü Ali Baş Komandan fövqündə özünü də Güclü hesab edir, iki əsrdən çox (1805-ci il Kürəkçay müqaviləsindən başlayaraq) XXI əsrin 20-ci ilinədək uzanan Yoldakı “tabeçilik” kompleksindən çıxartdı, Vətənin, torpağın azadlığı uğrunda ümumxalq birliyi yarandı.
-Azərbaycanın dayanıqlı inkişaf siyasəti ictimai-siyasi sabitlikdə, iqtisadi və sosial rifahda, balanslı xarici siyasətlə bahəm Qarabağda Zəfər çalan güclü Ordu strategiyasında da öz təsdiqini göstərir. Tarixi Azərbaycan şəhəri və mədəniyyət beşiyi Şuşanın 2020-ci il 8 noyabrda müasir hərb-taktiki sənətinin son nümunəvi əməliyyatlarından birinin həyata keçirilməsi ilə işğaldan azad olunması, Vətən müharibəsinin Pik nöqtəsidir.
-Bəllidir ki, istər fərd, istərsə fərdlər toplumu və ya XALQ-MİLLƏT Özü-özünə hörmət-sayqı saxlamasa, ona heç kim hörmət bəsləmir. Cəsarətli, mübariz, qorxmaz, Vətəni-Torpağının Varlığını-Var olmasını müdafiə edənlərin də hörməti olur, sözü eşidilir və belə xalqlar da sayılır, diqqət nöqtəsində olur!
Möhtəşəm Azərbaycan Xalqı+Cəsarətli, mübariz Milli Ordu və Ali Baş Komandan – Qarabağı işğaldan azad etdi.
-Azad Qarabağ iqtisadi zonası yaradıldı və Qarabağda da inkişaf yoluna qədəm qoydu.
-XXI əsrin əvvəlindən isə bu tərəqqi, bu yüksəliş Ulu öndər Heydər Əliyev siyasi kursunun, dövlətçilik İnstitutunun ən layiqli aparıcısı, modernləşən yeni Azərbaycanın Prezidenti İlham Əliyevdir. Ulu öndər Heydər Əliyev ideyaları, bitkin siyası praqmatizmi, insan rifahına söykənən sosial siyasətinin həyata keçirilməsi dövlət quruculuğunun siyasi fəlsəfi və dövlətçilik nəzəriyyəsidir. Bu siyasi fəlsəfə UluÖndər Heydər Əliyev Milli İnkişaf strategiyasının nəzəri, təcrübi konsepsiyasıdır və onun da uğurlu davam etdiricisi Prezident İlham Əliyevdir.
-XXI əsr Azərbaycanı öz inkişafının ən yeni mərhələsinə - bütün sahələri əhatə edən çoxistiqamətli və dayanıqlı islahatlar yoluna qədəm qoydu. “Tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” paradiqmalı islahatlar xətti demokratik siyasi, struktur - kadr, sosial-iqtisadi, hüquq-məhkəmə və s. sahələri əhatə edən çoxşaxəli və dinamik olub. Məhz daxili ictimai-siyasi sabitliyin, iqtisadi uğurları şərtləndirdi. Qeyd edək ki, xalq-hakimiyyət, dövlət-ordu birliyi hər dövlətdə ictimai-siyasi sabitliyin və təhlükəsizlik amilinin əsas şərtidir. Bu birlikdə də vacib olan xalqın önündə gedən güclü, iradəli lider faktorudur.
-Prezident İlham Əliyev siyasətində Azərbaycanın milli maraqları və mənafeyindən irəli gələn çoxmədəniyyətli, çoxmillətli və çoxkonfessiyalı həyat tərzi əsasdır. Azərbaycan balanslı xarici siyasət strategiyası həyata keçirir. Bu balanslı xarici siyasət ölkədə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, sosial-mədəni tərəqqi, güclü və müasir ordu quruculuğunda öz təsdiqini əks etdirir.
- 2018-ci il prezident seçkilərindən sonra Dövlət Başçısının bəyan etdiyi və həllinə start verdiyi çoxmiqyaslı və hərtərəfli islahatlar xətti sayəsində Azərbaycan strateji modern ölkəyə çevrilmişdir.
-Modern, dayanıqlı inkişaf, demokratik və hüquqi dövlət kursu Azərbaycanın strateji yoludur.
- Prezident İlham Əliyev hadisə və prosesləri öncəgörən, prinsipial və qətiyyətli baxış tərzi olan, preventiv, profilaktik, ardıcıl və sistemli qərar qəbuletmə bacarıqlı və siyasi iradəli Liderdir. Bu reallıq bütün dünyanı sarsıdan COVİD-19 pandemiyasına qarşı mübarizədə də özünü büruzə etdi.
-Ölkədə COVİD-19 pandemiyasına qarşı dörd istiqamətdə: 1) vətəndaşların həyatı və sağlamlığının qorunması; 2)əhalinin sosial müdafiəsinin təminatı; 3) iqtisadiyyatın inkişaf etdirilməsində müəyyənləşən strategiya; 4) Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında Azərbaycan da bupandemiya bəlasından yaranan çətinlikləri minimuma endirmə yolunu bacaran dövlətlərdəndir. Bu reallıq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də dəfələrlə qeyd olunmuş və Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox ölkələrdə model olaraq öyrənilmişdir.
-Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizədə dünya ictimaiyyəti və dövlətlərinə beynəlxalq səylərin birləşdirilməsi bəyanatı dünyada birlik, həmrəylik və məsuliyyətin gücləndirilməsinə hədəflənmiş ölkələr tərəfindən birmənalı dəstəkləndi. Bu göstərdi ki, Azərbaycan dövləti və onun lideri İlham Əliyev qlobal baxışlı modern liderdir.
-COVİD-19 pandemiyası "Əsrin görünməz soyuq müharibəsi”dir. Beynəlxalq ictimaiyyət də gördü ki, pandemiyaya qarşı qlobal mübarizənin aparılması və dünyada ümumi səyləri birləşdirmə çağırışına səsləyən dövlət Azərbaycan Respublikası, lideri də qlobal düşüncəli Prezident İlham Əliyev olmuşdur. Faciəvi bəla olan Pandemiya ilə mübarizədə Dövlət Başçısının qətiyyəti, tələbkarlığı, peşəkarlığı, onun humanizminin, xeyirxahlığının, Azərbaycan vətəndaşlarının pulsuz vaksinasiya edilməsi xalqına xidmət, qayğısının bariz göstəricisidir. Prezident İlham Əliyev pandemiya dövründə hər bir vətəndaşın sağlamlığı, əhalinin sosial müdafiəsinin təminatı, paralel olaraq həm də iqtisadi aktivliyini həyata keçirilməsi istiqamətində silsiləli kompleks tədbirləri reallaşdırırdı.
-Digər bir məsələdə həssas təbəqədən olan insanlar-şəhid ailələri, müharibə əlilləri və müharibə qazi və veteranlarına qayğı Prezident İlham Əliyevin diqqət mərkəzində olan siyasətdir. Bu strategiyadan Prezidentin 2020-ci il 31 dekabr sərəncamına əsasən şəhid ailələri və müharibə əlillərinin təqaüdlərinin məbləği artırıldı.
-Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında göstərdiyi kimi: “müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir”.
-2021-ci il 31 martda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatlı qeyri-formal Zirvə görüşündə Prezident İlham Əliyev qeyd etdi ki: “Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün”.
-Burada göstərək ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi də vacib, aktual məsələdir. Düşmən Ermənistan son 30 ildə işğalda saxladığı torpaqları kütləvi şəkildə minalamış və bir “mina müharibəsi” yaratmışdır. Qəddar xislətli Ermənistan siyasi-hərbi rəhbərliyi minaladığı ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. Bu beynəlxalq hüquq norma və prinsiplərinə əməl etməyən Ermənistanın insan hüquqlarını pozması davranışında, daxili mahiyyətinin vandalist əxlaqlı olması göstəricisidir. 2021-ci il 5 iyunda, hətta minadan təmizlənən Kəlbəcərdə iki jurnalist və dövlət məmurunun minaya düşərək şəhid olması da Ermənistanın faşist xislətinin göstəricisidir.
-Ali Baş Komandanın sərkərdəlik məharəti, siyasi iradəsi və qətiyyəti, müzəffər və yenilməz modern Azərbaycan ordusunun qəhrəmanlığı, xalqın Prezidentə olan birmənalı dəstəyi və dövlət-ordu ətrafında sıx birlik, Türkiyə dövlətinin ölkəmizin yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin hər zaman kömək etməyə hazır olması bəyanatı və digər tərəfdaş dövlətlərin müdafiəsi Vətən Müharibəsində Azərbaycanın Zəfərini təmin edən həlledici taktikalardır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR