12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Xəlil Göyüşov: Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində artıq Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik
18-03-2022, 14:51
81 dəfə baxılıb
'Körpü-Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşov - Azərbaycan xalqı öz zəngin maddi-mənəvi irsi, adət-ənənələri, milli bayramları ilə zəngindir. Novruz bayramı xalqımızın hər il təntənəli qeyd etdiyi əziz bayramlardan biridir. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz bayramı özündə dərin fəlsəfi mənanı ifadə etməklə yanaşı, tarixi keçmişimizin izlərini özündə ehtiva edir. Bayramın hər bir xüsusiyyəti baharın gəlişinin xronoloji mərhələlərini ardıcıl və izahedici formada fərqli çalarlarla özündə əks etdirir.
Zəngin tarixi və rəngarəng folkloru özündə birləşdirən Novruz bayramının adətləri də olduqca zəngin və ürəkoxşayandır. Xalqımıza xüsusi əhvali-ruhiyyə bəxş edən və onları xoş gələcəyə, bahara səsləyən bu gözəl bayram digər bütün milli bayramlarımızdan öz zəngin irsi, tarixi keçmişi və adət-ənənələri ilə seçilir. Bayramın əsas personajlarından olan kosa qışı, keçəl yazı, bahar qızı isə təbiətin oyanmasını, həyatı simvolizə edir və xalqımızın hər il maraqla izlədiyi bayram tamaşalarının sonunda baharı simvolizə edən keçəl qalib gəlir. Novruz bayramı, eyni zamanda milli mətbəximizin təbliğ edilməsi baxımından xüsusi rola malikdir. Bayram süfrələrində yer alan və hər bir azərbaycanlı ailəsinin həvəslə və sevinclə hazırladığı təamlar öz möhtəşəm dadı, təmtəraqlı görkəmi ilə könülləri oxşayır.
Novruz bayramı, eyni zamanda mənəvi əhəmiyyəti yüksək olan, xalqımızın birliyini, həmrəyliyini ifadə edən, küsülülərin barışdığı bir bayramdır. Bu bayram insanları dünyada sülhə, əmin-amanlığa səsləyir - dostluğun, yüksək mənəviyyatın əvəzsiz bir nemət olduğunu aşılayır. Xalqımızı birləşdirən bu bayramla əlaqədar çoxsaylı ədəbiyyat, mədəniyyət və incəsənət nümunələrimiz mövcuddur ki, bunlar da bayramın dünyada tanıdılması və təbliğ edilməsində çox mühüm vasitəyə çevrilib.
Qeyd etmək lazımdır ki, Novruz bayramı hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Hələ 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev öz çıxışında ən böyük arzusunu dilə gətirmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Həmin gün gəlib, çatdı. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ulu öndərin vəsiyyəti yerinə yetirildi. Artıq ulu öndərin və Vətənimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğul və qızlarımızın ruhu şaddır. İndi sonsuz qürur və iftixar hissi ilə bəyan edirik ki, biz qalib ölkənin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz düşmən üzərində inamlı qələbə qazanaraq tarixi torpaqlarımızı işğaldan azad etdi. Azərbaycanımızın ərazi bütövlüyü bərpa edildi, Azərbaycan xalqı öz arzusuna qovuşdu. Artıq Novruz bayramını Şuşada, Cıdır düzündə sevinclə və fəxarətlə qeyd edirik. 30 ilə yaxın müddətdə vəhşi düşmənlərimiz tərəfindən vandalizmə məruz qalan, bütün tarixi, dini abidələrimizin məhv edildiyi, azərbaycanlıların izinin silinməsinə cəhd edilən torpaqlarımız artıq dirçəlməyə başlayıb. İşğaldan azad olunan torpaqlarımız gözəlləşəcək, əvvəlki tarixi görkəminə qayıdacaq, bütün dünya Azərbaycanın qüdrətinin və humanist, tolerant mövqeyinin bir daha şahidi olacaq. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “Bu torpaqlar bizimdir və biz burada əbədi yaşayacağıq”.
Vətənimizin zəngin təbii sərvətlərinin, maddi-mənəvi irsinin qorunub, saxlanılması və təbliğ edilməsi, eləcə də ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin dünyaya tanıdılması istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu vurğulamaq vacibdir. Mehriban xanım Əliyeva öz xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, tarixi-soy kökümüzü özündə əks etdirən sərvətlərimizin əsl hamisidir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizin nadir mədəni irs nümunələrinin UNESCO tərəfindən qorunma altına alınması və tanınması istiqamətində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda müxtəlif səpkili tədbirlər həyata keçirilir. Bütün bunlar milli-mədəni və mənəvi dəyərlərə bağlılıqdan, Vətən, xalq sevgisindən, vətənpərvərlik duyğusundan və xeyirxah məramlardan irəli gəlir. Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizi ləyaqətlə qorumağı bacaran, ölkəmizi həm də beynəlxalq miqyasda uğurla təmsil edən, dünyada yüksək nüfuz və hörmətə malik olan ictimai-siyasi xadimdir.
Mehriban xanım Əliyevanın təkcə Azərbaycanda deyil, həm də ölkəmizin hüdudlarından kənarda dilindən, dinindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, müxtəlif xalqların mədəniyyətinin, elm və təhsilinin, tarixi və dini abidələrinin qorunmasına, inkişafına verdiyi dəstək onun simasında Azərbaycan xalqının tolerant, multikultural dəyərlərinin bütün dünyaya nümunə olduğunu sübut edir. Ən gözəl insani keyfiyyətlərdən olan - qayğıkeşlik, humanizm, xeyriyyəçilik və himayədarlıq nümunəsini ifadə edir. Məhz Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı da milli bayramlarımızdan biri kimi UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib və bu bayram bütün dünyada bir sıra xalqın qeyri-maddi, mədəni irsi kimi uğurla təmsil və təbliğ olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: