Ona etibar edilən bütün işlərdə Leysan Məmmədov özünü doğruldub
17-02-2022, 11:23
258 dəfə baxılıb
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Leysan Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədovdur.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Leysan Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Leysan Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Leysan Məmmədovdan danışdılar yaxşı ki, Leysan Məmmədov Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir… Leysan Məmmədov öz isguzarlığı ilə tanınır və seçilir….
Leysan Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Leysan Məmmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Leysan Məmmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Leysan Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Leysan Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Leysan Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Leysan Məmmədov özünü doğruldub. Bizdə Xezerinformasiya.com rəhbərliyi və kollektivi olaraq, hörmətli Leysan Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
***
“Ölkəmizdə regionların inkişafı, o cümlədən Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri cənab Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Fevralın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam və Ağcabədi rayonlarına səfəri bu reallığı bir daha təsdiqləyir”. Bu fikirləri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov deyib.
Leysan Məmmədov bildirib ki, erməni işğalından azad olunmuş torpaqlarımızda infrastruktur layihələri uğurla icra olunur. Onun sözlərinə görə, azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb: ““Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulmasıda əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam rayon Mərkəzi Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Eyni zamanda, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlayıb. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq”.
“Dövlətimizin başçısı Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoydu. Ölkəmizdə 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, 5 sənaye məhəlləsi – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. Bundan əlavə, Ələt Azad İqtisadi Zonasının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq. Səfər zamanı Prezident İlham Əliyev iş adamlarına, sahibkarlara çağırış etdi ki, həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə yatırsanlar. Əlbəttə ki, bu çağırışın möhkəm əsasları var. Çünki bu gün ölkədə biznes fəaliyyəti üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılmışdır. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Respublikanın bütün bölgələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mühüm infrastruktur layihələri icra olunur. Bu çağırış həm də azad olunmuş torpaqlarımızın daha tez bir zamanda dirçəlməsinə səbəb olacaqdır. Sahibkarlar maraqlı layihələr təqdim edə bilərlər, işğaldan azad olunmuş ərazilərə qayıdan insanlar həm yaşamalı, həm işləməli, həm də hansı sahə üzrə məşğulluq fəaliyyəti göstərməlidir. Əlbəttə ki, bu dəvət bütün sahibkarları, o cümlədən də qadın sahibkarları səfərbər edəcəkdir. Onların bir çoxu öz layihələrini təqdim ediblər. Bu həm də özəl sektorun inkişafına yeni bir təkandır”, - deyə Leysan Məmmədov qeyd edib.
Leysan Məmmədov onu da deyib ki, Ağdam Cümə məscidinin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılır: “Məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Dövlət başçısının dediyi kimi, bütün tarixi və dini abidələrbərpa olunacaq. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlayıb. Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür.İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Fondun bu istiqamətdəki fəaliyyəti xalqımız və cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR