İsmayıl Hüseynov: Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb
8-02-2022, 10:13
144 dəfə baxılıb
Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir.
Hər il yanvarın 30-u Azərbaycanda gömrükçülərin peşə bayramı günü kimi qeyd edilir, lakin ikinci ildir peşə bayramını əvvəlkilərdən fərqli şəraitdə - qalib ölkənin gömrük əməkdaşları olaraq qeyd edirik. Eyni zamanda, builki peşə bayramı müstəqil Azərbaycanın gömrük xidmətinin yaradılmasının 30-cu ildönümünə təsadüf edir.
“Müstəqil Azərbaycan gömrüyü demək olar ki, dövlət müstəqilliyimizlə həmyaşıddır”,Dövlət Gömrük Komitəsi dövlət müstəqilliyinin bərpasından üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb. O zaman dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu.
Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi. Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gömrük sistemində də islahatlar aparıldı, Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yarandı. Dahi rəhbər Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini məhz müstəqil və yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələr və bu qurumun modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində bu gün Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.
İndi dünyada xüsusilə gənc dövlətlərin real müstəqillik təşəbbüsləri və müstəqilliyi möhkəmləndirmək səyləri çox aktualdır. Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, “müstəqillik bizim ən böyük sərvətimiz, ən böyük dəyərimizdir”. Dövlət başçısının işlətdiyi daha bir ifadə var ki, Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb. Məhz güclü və müstəqil Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan ərazilərimizi 44 günlük müharibə ərzində azad etdi, Qarabağ həsrətinə son qoydu.
“Bu sevinci, bu qüruru bizə yaşatdıqları üçün bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinə dərin təşəkkürümüzü bildirir, başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla şanlı Azərbaycan Ordusunun hər bir mənsubuna dərin minnətdarlığımızı çatdırırıq”.
Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb. Gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə islahatların əhatə dairəsi genişləndirilib. Bu islahatlar xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında və beynəlxalq ticarətin asanlaşdırılmasında əhəmiyyətli rol oynayıb.
2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində, ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb.
Ötən illərdə olduğu kimi, 2021-ci ildə də Dövlət Gömrük Komitəsinin ölkə üzrə illik büdcə daxilolmalarında xüsusi çəkisi artıb və qanunla müəyyən olunan illik büdcə öhdəliyinin artıqlaması ilə yerinə yetirilməsinə nail olunub. Ötən il Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulan 3 milyard 900 milyon manat proqnoza qarşı 4 milyard 342 milyon 967 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və büdcə öhdəliyinə 111,36 faiz əməl olunub.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İsmayıl Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovdur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İsmayıl Hüseynov bu işin müqəddəsliyini qoruyub saxlayır. İsmayıl Hüseynov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu İsmayıl Hüseynovdan danışdılar yaxşı ki, İsmayıl Hüseynov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavinidir… İsmayıl Hüseynov öz isguzarlığı ilə tanınır və seçilir….
İsmayıl Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
İsmayıl Hüseynov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
İsmayıl Hüseynov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
İsmayıl Hüseynovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
İsmayıl Hüseynov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
İsmayıl Hüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə İsmayıl Hüseynov özünü doğruldub. Bizdə hörmətli İsmayıl Hüseynovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR