xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Siraqəddin Cabbarov: Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır

13-01-2022, 11:57 174 dəfə baxılıb

 Siraqəddin Cabbarov: Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır


Sabirabad RİH başçısı Siraqəddin Cabbarov dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsindən geniş bəhs edərək bildirib ki, bu mühüm addım tarixi torpaqlarımıza qovuşmaqla bağlı keçirdiyimiz sevinc hissinin, eyni zamanda, bu ərazilərin, Qarabağın tacı Şuşanın sahibinin Azərbaycan xalqı olduğunun bir daha dünyaya təqdimatıdır: “Baxmayaraq ki, ermənilər 28 illik işğal dövründə Şuşanı erməniləşdirmək üçün nə qədər cəhdlər göstərdilər. Amma Şuşa əsarətdə qalsa da əyilmədi, milli kimliyimizi və qürurumuzu qorudu. Şuşa gec-tez qayıdacağımızı bilirdi və gözləyirdi. 28 ildə Azərbaycan daha da gücləndi, həm informasiya cəbhəsində, həm də döyüş meydanında üstünlüyü qazanmaq üçün zəruri olan bütün imkanlara malik oldu. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz güclü, qüdrətli ordumuz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində xalqımızın torpaq həsrətinə son qoydu, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırmaqla bütün dünya azərbaycanlılarını qürurlandırdı. İşğaldan azad edildiyi gündən bu ərazilərimizə yeni nəfəs verildi, erməni vəhşiliklərinin, dağıntıların quruculuqla əvəzlənməsi üçün səylər göstərildi. Müasir idarəçilik sistemi ilk olaraq Şuşada yaradıldı. Qarabağın tacında Prezidentin xüsusi nümayəndəliyi fəaliyyət göstərir. Atılan hər bir addımda ümumi məqsəd Şuşanı əvvəlki simasına qaytarmaq, mədəniyyət paytaxtımız, musiqi beşiyimizdə illərin ənənələrini bərpa etməkdir”.

Şuşanın işğaldan azad edildiyi günün- 8 noyabrın Zəfər Günü kimi təsis edilməsi də özündə bir çox məqamları ehtiva edir: “Bu addımdan sonra Şuşa ilə bağlı görülən işlərə diqqət yetirmək kifayətdir. Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edildi. Möhtərəm Prezidentimizin ötən ilin yanvarında azad Şuşaya ilk səfərindən bu günədək atılan addımların hər biri tarixi hadisə kimi yaddaşlara həkk olunub. Şuşa təkcə şuşalıların deyil, bütün dünya azərbaycanlılarının sevimli şəhəridir. Hər daşı, qayası tarix olan Şuşa erməni vəhşiliklərinə şahidlik etməklə bir daha bu reallığı təsdiqləyir ki, əgər mənfur düşmənin apardığı təbliğata görə Şuşa onlara məxsus idisə, nə üçün işğal illəri ərzində bir daş daş üstə qoyulmayıb. Hara baxsan dağıntıların şahidi olarsan. Şuşaya səfər edən hər kəs ermənilərin törətdikləri vəhşiliklərdən dəhşətə gəlir. Amma dövlət başçısı, Müzəffər Ali Baş Komandan Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Əziz Şuşa, Sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” vədini verərək son bir ildən artıq dövr ərzində bunu əməli fəaliyyəti ilə təsdiqlədi. Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddət ərzində Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır”.

Şuşanın bərpası, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi demək olacaq: “Bu, həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Şuşa bu gün tarixi sahiblərinə qovuşduğu, eyni zamanda dirçəldildiyi üçün sevinclidir. Hər zaman qonaqlarını qarşıladıqca 28 illik həsrətini bir anlıq da olsa unudur, Azərbaycan xalqının necə məğrur, yenilməz olduğunu işğal dövründə əyilməməsi ilə təsdiqlədiyi üçün özünü xoşbəxt hiss edir. “Şuşa İli” hələ daha çox yeniliklərlə yadda qalacaq. Dünyaya səs salan Şuşa əməliyyatı bütün məqamları ilə öyrəniləcək, beynəlxalq ictimaiyyətə təqdim ediləcək”.

“Şuşa İli” Böyük Qayıdışın daha da yaxınlaşdığını nümayiş etdirir. Zəngilanın Ağalı kəndi ilk “ağıllı kənd” layihəsi çərçivəsində bərpadan sonra sakinlərini qarşılayacaq. Xalqımız əmindir ki, necə 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etdik, eləcə də onların bərpasını uğurla başa çatdıracağıq. “Şuşa İli” tarixə bu uğurumuzu yazacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi