Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə dəstəkləyir - Əhəd Abıyev
18-11-2021, 15:13
144 dəfə baxılıb
Vəzifəyə gəldiyi gündən Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
Əhəd Abıyevin adı, Daşkəsən ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib
Noyabrın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Daşkəsən rayon təşkilatı Daşkəsən rayon İcra hakimiyyəti ilə birgə tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül düzüblər.
Yığıncaqda Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev tədbiri giriş sözü ilə açaraq deyib:
- Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünü, eyni zamanda Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Müzəffər Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Zəfər günümüzün bir ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı böyük nailiyyətlər, həmçinin erməni işğalçıları üzərində əldə edilmiş tarixi qələbə məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.
Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyinin göstəricisidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Necə ki Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”.
Yeni Azərbaycan Partiyasının yeddinci qurultayının bu il martın 5-də keçirilməsi də böyük tarixi hadisə idi. Çünki bu qurultay Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə və yeniləşməyə açıq olduğunu bir daha əyani şəkildə sübut etdi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev martın 5-də Partiyanın keçirilən yeddinci qurultayında çıxışı zamanı bir çox məsələlərə toxunaraq demişdir: “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur... Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.
Vətən Müharibəsində 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Qarabağ Azərbaycanımıza qovuşdu. Məhz bu Böyük Qələbə Prezident cənab İlham Əliyevin bütün sahələrdə sözünə, vədinə sadiq dövlət başçısı kimi dünyada təsdiqlənməsinin reallığıdır.
Prezident cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində demişdir: “…Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Bu gün Prezident cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası Qafqazda ən güclü siyasi partiya olmaqla, Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir. Yarım milyondan artıq azərbaycanlını öz ətrafında birləşdirən YAP əslində hər bir azərbaycanlının partiyasıdır. Ölkəmizin dünyada və beynəlxalq aləmdə artan nüfuzu, respublikamızın dinamik inkişafı, əhalimizin rifahı, ən əsası isə siyasi-iqtisadi sabitlik Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna köklənmiş Prezident cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir.
Ölkəmizdəki daxili sabitliyə, aparılan uğurlu xarici siyasətə, respublikamızın hərtərəfli sosial-iqtisadi və mədəni inkişafında misilsiz xidmətlərinə, zəngin və möhtəşəm dövlətçilik fəaliyyətinə görə
möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına və ölkəmizin Birinci vitse-prezidenti Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevaya bütün daşkəsənlilər adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
YAP Daşkəsən rayon təşkilatı da fəaliyyətini partiya rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi üçün uğurla davam etdirir. Hazırda təşkilatın üzvlərinin sayı 4720 nəfərə çatıb və rayonumuzda YAP-a rəqib ola biləcək alternativ bir partiya yoxdur. Bunun səbəbi daşkəsənlilərin Ümummilli lider Heydər Əliyev siyasətinə daim göstərdikləri sədaqətdən və sevgidən irəli gəlir. YAP-ın bütün uğurlarının və qələbəsinin arxasında xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə və onun ən layiqli davamçısı möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyevə olan sarsılmaz inamı və bu inamdan doğan dəstəyi dayanır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qərarı ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif olunub. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunan Türk Dünyasının Ali Ordeni dövlət başçımızın yüksək fədakarlığına, misilsiz xidmətlərinə verilən qiymətdir.
Bu münasibətlə dövlət başçımızı daşkəsənlilər adından təbrik edir və ona uğurlar arzulayırıq.
Tezliklə Zəngəzur dəhlizi bizi yeni Turan ellərinə aparacaqdır. Zəngəzur koridoru həm Türk dünyasını, həm də Avropanı birləşdirəcək layihədir.
Çıxışımı Bəxtiyar Vahabzadənin misraları ilə bitirmək istəyirəm:
Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan, Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan, Türkiyə.
Mən bütün daşkəsənlilər adından başda Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev olmaqla partiyamızın bütün üzvlərini YAP-ın yaradılmasının 29-cü ildönümü münasibətilə təbrik edirəm, Partiyanın gələcək fəaliyyətinə yeni uğurlar, qələbələr arzulayıram.
Yeni Azərbaycan Partiyasının sədri çox hörmətli İlham Heydər oğlu Əliyevə eşq olsun.
Yaşasın Ümummilli liderimizin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası.
Tədbir YAP Daşkəsən rayon təşkilatı üzvlərinin çıxışları ilə davam edib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini
Daşkəsəndə Vətən Müharibəsi şəhidləri Ramid Tağıyev və Asif Tağıyev anılıb, Yuxarı Daşkəsən qəsəbəsində Ramid Tağıyevin xatirəsinə inşa olunan bulağın açılışı keçirilib
Noyabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilmiş Vətən Müharibəsi şəhidləri kiçik çavuş Tağıyev Ramid Yaqub oğlunun və kiçik çavuş Tağıyev Asif Zakir oğlunun anım mərasimlərində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin rəisi, Şəhidlərin valideynləri, rayonun şəhid anaları, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub, məzarlarına güllər düzülüb.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, bu gün fəxarətlə söylədiyimiz, qürurlandığımız Qarabağda tarixi Zəfərimizi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. O deyib ki, bu şanlı Zəfərdə payı olan Ramid və Asif kimi qəhrəman oğullarımızla hər bir daşkəsənli fəxr edir.
Əhəd Abıyev çıxışında Şəhidlərin həyat və döyüş yolundan danışıb. Qeyd edib ki, Tağıyev Ramid Yaqub oğlu 1994-ci il fevralın 25-də Yuxarı Daşkəsən qəsəbəsində andan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, şəxsi igidlik və şücaət göstərmişdir. Ramid Tağıyev 2020-ci oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, 2020-ci il noyabrın 18-də Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Prezident cənab İlham Əliyevin sərəncamlarına əsasən şəhid Ramid Tağıyev "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Tağıyev Asif Zakir oğlu 1985-ci il fevralın 23-də Daşkəsən rayon Quşçu kəndində andan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, şəxsi igidlik və şücaət göstərmişdir. Asif Tağıyev də 2020-ci oktyabrın 3-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, 2020-ci il noyabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Asif Tağıyev "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Daha sonra şəhid Ramid Tağıyevin Yuxarı Daşkəsən qəsəbəsində Şəhidin adını əbədiləşdirən bulaq kompleksi istifadəyə verilib. Bulağın açılış lentini Əhəd Abıyevlə Şəhidin anası Zərniyar Tağıyeva kəsiblər. Şəhidin xatirəsinə inşa edilən bulağın açılışında məktəblilərin ifasında Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirilib.
Şəhid Ramid Tağıyevin anası Zərniyar Tağıyeva, şəhid Asif Tağıyevin anası Nəzakət Tağıyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqları bildiriblər.
Elmar Əliyev – Vüqarlı Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR