12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Əliabbas müəllim su təsərrüfatını, onun problemlərini və həlli yollarını çox gözəl bilir
19-09-2019, 12:18
175 dəfə baxılıb
Horadiz şəhərində Mil-Muğan Hidroqovşağı yerləşir. Daha doğurusu, bu idarə öz fəaliyyəti ilə böyük bir problemin çözülməsinə yardımçıdır. Hidroqovşağın rəisi Əliabbbas Behbudov uzun müddətdir ki, bu sahəyə rəhbərlik edir. Əliabbas müəllim su təsərrüfatını, onun problemlərini və həlli yollarını çox gözəl bilir. Birincisi, ona görə ki, o bu sahədə zəngin təcrübəyə və biliyə malikdir. Hər hansı bir problem ortaya çıxan kimi Əliabbas müəllim həmin məsələni tezliklə yoluna qoyur və problemin daha da böyüməsinə imkan vermir.
Bir faktı da qeyd edək ki, Əliabbas Behbudovu həm də İran tərəfində yaxşı tanıyırlar. Çünki bu bənd həm İrana, həm də Azərbaycana xidmət göstərir. Strateji əhəmiyyətə malik olan Araz çayı üzərindəki bənd barəsində söhbət düşəndə Əliabbas müəllim deyir ki, burda bir çox qurğu və avadanlıqlar yeniləşdirilib. Hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilir. Arazda suyun artması və azalması bir an da olsun diqqətdən kənarda qalmır. Əgər hər hansı bir məsələyə kimsə səhlənkar yanaşarsa, bu ciddi problem yarada bilər. Ona görə də hər şeyə özüm xüsusi fikir verir, tövsiyyə və tapşırıqlarımı tez-tez onların nəzərinə çatdırıram.
Füzuli rayon, Horadiz şəhəri Mil-Muğan Hidroqovşağın rəisi Əliabbas Behbudov - keçmiş SSRİ və İran dövləti arasında 1963-cü ildə imzalanmış “Texniki iqtisadi sahədə əməkdaşlıq haqqında” Sazişə əsasən Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında Araz sərhəd çayının üzərində inşa olunmuş Mil-Muğan hidroqovşağı 1972-ci ildə istismara verilib. Hidroqovşağın tikilməsində məqsəd Araz çayının nizamlanmış axınından Azərbaycan və İran tərəflərinin birgə istifadəsi ilə 200 min hektar, o cümlədən Azərbaycanda 120 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etmək olub. Sazişə əsasən Mil-Muğan hidroqovşağından 921 milyon kubmetr su götürülməsi və ekoloji vəziyyətin qorunması üçün 1 milyard kubmetr suyun çaya buraxılması nəzərdə tutulmuşdu.
Bildirildi ki, burada bəndin su tənzimləyən hissəsinin uzunluğu 136 metrdir. Onun üzərində eni 12 metr olan 6 suburaxıcı, eləcə də hər iki tərəfə su vermək üçün eni 5 metr, hündürlüyü 3,5 metr olan 4 suqəbuledici qapı layihələndirilib.
Hidroqovşağın Azərbaycan tərəfində uzunluğu 1850 metr olan torpaq bəndləri tikilib. Hidroqovşaq sel vaxtı saniyədə 2700 kubmetr su buraxmaq qabiliyyətinə malikdir. Mil-Muğan hidroqovşağından götürülən suyun Baş Mil kanalı ilə Yuxarı Mil, Yeni Xanqızı və digər kanallara ötürülməsi, beləliklə də Füzuli, Beyləqan, Ağcabədi və İmişli rayonlarında 120 min hektara yaxın əkin sahəsinin su ilə təmin edilməsi nəzərdə tutulub.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Nizamnaməsinə uyğun olaraq respublikada iqtisadiyyatın müxtəlif sahələrini su ilə təmin edir, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil edir, suların istifadəsi və mühafizəsinə dövlət nəzarətini təmin edir, meliorasiya olunmuş torpaqlardan şor suların kənarlaşdırılmasını, sel və daşqın sularına qarşı mübarizə tədbirlərini həyata keçirir, yerüstü su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi baş sxemini, hövzə və ərazi sxemlərini müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır, transsərhəd su obyektlərindən istifadəni, meliorasiya və irriqasiya sistemlərinin dövlətlərarası birgə istismarını təmin edir, meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi üzrə sifarişçi funksiyalarını həyata keçirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: