xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Hikmət Quliyev dövlətinə şərəflə xidmət edir

14-10-2021, 11:50 221 dəfə baxılıb

Hikmət Quliyev dövlətinə şərəflə xidmət edir


Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icraedirsiniz”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Hikmət Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyevdir.

Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Hikmət Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Hikmət Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Hikmət Quliyevdən danışdılar yaxşı ki, Hikmət Quliyev Şirvan Şəhər Polis Şöbəsinin rəisidir… Hikmət Quliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Hikmət Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Hikmət Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Hikmət Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Hikmət Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Hikmət Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Hikmət Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şirvan Şəhər Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Hikmət Quliyev özünü doğruldub. Bizdə hörmətli Hikmət Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev - Ali Baş Komandanın cəsarətli mövqeyi və müzəffər ordumuzun şücaəti sayəsində Azərbaycan əbədi və əzəli torpaqlarını işğaldan azad etdi. 30 illik həsrət bitdi. Bu müharibədə hər kəs bir idi, “yumruq” idi, “dəmir yumruq”! Qəhrəmanlıq göstərən zabit və əsgərlərimizdən savayı, arxa cəbhədə mülki vəzifə daşıyanlar da, uşaqdan tutmuş böyüyə qədər hər kəs sanki qələbə üçün susamışdı. Təvəllüdləri Birinci Qarabağ savaşından sonraya təsadüf edən, heç zaman Qarabağı görməyən gənclərimiz müharibəyə getmək üçün yarışırdılar. Vətənpərvərlik bu olsa gərək. Xalq bu günü çoxdan gözləyirdi. Müharibə təkcə döyüş meydanında getmirdi, diplomatik və informasiya savaşı cəbhəsində də Azərbaycan mübarizə aparırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onlarla xarici KİV nümayəndələri ilə müsahibələrində hər dəfə Azərbaycan ordusunun, Azərbaycan xalqının mövqeyini qətiyyətli şəkildə bildirirdi.

Qarabağ münaqişəsinin həlli istiqamətində Birləmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 və BMT Baş Assambleyasının 48/11, 60/285, 62/243, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1059,1119, 1416, 1553, 2085 o cümlədən, Avropa Parlamentinin (AP) 2216, 2315 saylı qətnamələrinin icrası niyə reallaşmırdı? Azərbaycan tərəfi 30 il idi ki, diplomatik mədəniyyət sərgiləyirdi, beynəlxalq təşkilatların imzaladığı qətnamələrin icrasını illərdir gözləyirdi. Dəfələrlə Ermənistana sülh yolunu təklif etdi. Lakin nə baş verdi? Ermənistan tərəfi heç bir beynəlxalq hüquqi norma və sənədlərə məhəl qoymadı. Yenə də, Azərbaycan hərbi yolla öz gücünü göstərərək torpaqlarını düşmən tapdağından azad etməyə nail oldu. Bu qələbə ilə yuxarıda sadalanan bütün qətnamələrin icrasını təmin etdi. Ədaləti təkbaşına bərpa etdi və bütün dünyaya bunu göstərdi. Azərbaycan istər hərbi, istər siyasi, istərsə də diplomatiyada qalib gəldi.

Bu gün artıq Qarabağlıyıq! Bu sözün hər mənasında – Qarabağlıyıq! Bunun üçün canlarından keçən şəhidlərimizə, döyüşdə yaralanan qazilərimizə sonsuzadək minnətdarıq! Şəhidlərin ailələri, qazilərimiz bizə əmanətdirlər. Onlar şəhidlərin yadigarlarıdır. Geri qaytardığımız torpaqlar qədər, onları da göz bəbəyimiz kimi qorumalıyıq. Dövlətimiz şəhid ailələrini, qaziləri hər zaman diqqət və qayğıda saxlamaqdadır. Onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində işlər görülməkdədir. Yüzlərlə Vətən müharibəsi iştirakçıları işlə təmin olunmuşdur, onlar cəmiyyətimizin əsas və ayrılmaz hissəsini təşkil edir. Şəhidlərin ruhları qarşısında baş əyirik. Onların ruhları şaddır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi