xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:33 – İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür 
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 20:44 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 

İlham Əliyevlə Mehriban Əliyevanın iştirakı ilə şəhidlərin xatirəsinə yürüş keçirildi - Fotolar

27-09-2021, 15:24 47 dəfə baxılıb

İlham Əliyevlə Mehriban Əliyevanın iştirakı ilə şəhidlərin xatirəsinə yürüş keçirildi - Fotolar


Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində yürüş təşkil edilib.

Neftçilər prospektindən başlayan yürüş Prezident İlham Əliyev tərəfindən bu gün təməli qoyulan Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinədək davam edib.

Yürüşdə Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Bakı Qarnizonunda yerləşən hərbi hissələrin 3000 nəfərdən çox kursant və hərbi qulluqçusu iştirak edib.

Azərbaycana, onun xalqına layiqli övlad olmağa, daim Vətənin keşiyində cəsarətlə dayanmağa and içən gənc kursant və hərbçilər ərazi bütövlüyümüz uğrunda şəhid olan soydaşlarımızı dərin ehtiramla anır, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun tarixi zəfərini şərəflə xatırlayır.

44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

Vətən müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdi, xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. “Dəmir yumruq” hərbi əməliyyatı zamanı ordumuz düşmənin 30 ilə yaxın müddətdə qurduğu istehkamları, müdafiə xətlərini qəhrəmancasına yararaq irəlilədi.

Düşmənin hədəf aldığı Gəncə şəhəri, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdirdilər.

Prezident, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın sonsuzluğunu bir daha nümayiş etdirib.




İlham Əliyevlə Mehriban Əliyevanın iştirakı ilə şəhidlərin xatirəsinə yürüş keçirildi - Fotolarİlham Əliyevlə Mehriban Əliyevanın iştirakı ilə şəhidlərin xatirəsinə yürüş keçirildi - Fotolarİlham Əliyevlə Mehriban Əliyevanın iştirakı ilə şəhidlərin xatirəsinə yürüş keçirildi - Fotolar






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi