xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

İlham Əliyev və birinci xanım açılış mərasimində - FOTO

29-06-2021, 14:35 120 dəfə baxılıb

İlham Əliyev və birinci xanım açılış mərasimində - FOTO


Paytaxtımızda “Courtyard by Marriott Baku” otelinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verildi ki, “Courtyard by Marriott Baku” otelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb. Bu cür müasir otel kompleksinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı, paytaxtın sosial-iqtisadi inkişafında mühüm rol oynayır, otel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

Bu otel kompleksi Avropada və dünyada xüsusi imicə malik otellər şəbəkəsi tərəfindən inşa edilib. Son illər Azərbaycanda dünya brendlərinə məxsus bu cür otellərin istifadəyə verilməsi ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu, bölgənin iqtisadi mərkəzi sayılan Azərbaycanın turizm sahəsində də qabaqcıl sıralarda qərarlaşdığını göstərir.

Qeyd edək ki, dünyada maliyyə və iqtisadi çətinliklərin olduğu, pandemiyanın ciddi fəsadlar yaratdığı bir dövrdə Prezident İlham Əliyevin gələcəyə baxış konsepsiyası sayəsində ölkəmizdə heç bir sosial-iqtisadi layihə təxirə salınmadı. Turizm infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, o cümlədən müasir mehmanxanaların istifadəyə verilməsi Azərbaycanda postpandemiya mərhələsinə daha uğurlu keçidi təmin etməkdə böyük rol oynayır.

İlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTOİlham Əliyev və birinci xanım açılış mərasimində - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi