Müstəqim Məmmədov: Qardaşlıq yolunu sarsılmaz edəcək əməkdaşlıqlar
1-06-2021, 13:39
193 dəfə baxılıb
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov - Türk dövlətlərinin Zirvə görüşlərində əsasən Türkiyə və Azərbaycan rəhbərlərinin birlikdə atdığı gələcək yönümlü addımlar nəticəsində artıq real addımlar görünməkdədir. Həmçinin 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir. Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvidəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır.
Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.
İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.
“Vətən müharibəsində” qardaş Türkiyənin xalqımızın yanında olmağından danışmağa ehtiyac görmürəm, sözün düzü hər şey göz qabağındadır! Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Qafqazda, bütövlükdə isə regionda yeni reallıqlaq yarandı. Bu reallıqların moderatoru isə “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyədir. Azərbaycanın yerləşdiyi unikal coğrafi mövqe və Azərbaycan prezidentinin apardığı müdrik xarici siyasət ABŞ, Rusiya kimi fövqəlgüclərlə yanaşı aparıcı Avropa dövlətlərinin də Azərbaycana marağını günbə-gün artırır. Bu gün əksər ölkələr mübağiləsiz olaraq özünü Azərbaycana dost ölkə kimi göstərməyə çalışır.
Çağrılan qurultaylar, görülən tədbirlər gələcək nəsillərə örnək olaraq ötürülür, siz gənclər isə keçmişimizdən nəticə çıxararaq Türkiyə-Azərbaycan qardaşlığını qoruyub saxlamalı yox, daha da yüksək səviyyəyə çatdırmağa borclusunuz. “Türkün dostu türktür!”
Şəhid İsaqlı Anar Rəsul oğlunun doğum günü münasibəti ilə tədbir keçirildi
Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi muavini Ramin Qarayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhid İsaqlı Anarın adına tikilmiş bulağın ətrafına toplaşıblar. Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Rayon rəhbəri şəhidin boya-başa çatdığı ata evinə gəlib, ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıbdır. Görüşdə Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb. Bildirilib ki, Azərbaycan Ordusunun əsgəri olan Anar İsaqlı 30 may 1997 –ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunu intensiv atəşə tutması nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Sonra şəhidin kənd qəbiristanlığındakı məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR