12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Aqibət Məmmədov: Müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür
29-05-2021, 13:10
175 dəfə baxılıb
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədovdur.
Aqibət Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
"Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov - Azərbaycan beynəlxalq nüfuza malik güclü bir dövlətdir.İlham Əliyevin gərgin və yorulmaz əməyi sayəsində Azərbaycan dünyada inkişaf etmiş güclü bir dövlətə çevrilmişdir. Ölkəmiz bir-birinin ardınca sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə böyük uğurlar qazanmışdır.Cənab İlham Əliyev! Sizin Azərbaycan xalqı üçün etdiklərinizin nəticəsidir ki, bugünkü gündə Azərbaycan xalqı sülh və əmin-amanlıq şəraitində yaşayır.Bu gün 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi , demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.Məhz bu milli bayram 30 ildən sonra ilk dəfədir ki, işğaldan azad olunan torpaqlarımızda da qeyd olunur.
Bu gün 28 May -Respublika Günü münasibəti ilə cənab prezident İlham Əliyevə çoxlu sayda təbrik məktubları gəlib.Çin Xalq Respublikasının Sədri Si Cinpin prezident İlham Əliyevə təbrik məktubu göndərib.Təbrikdə deyilir: “Hal-hazırda Çin- Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunur.Ölkələrimiz hər iki tərəfin əsas maraqlarına dair məsələlərdə bir-birlərini dəstəkləyir....”.Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət ll Elizabet də prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Məktubda deyilir:”Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi problemi dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm....”.Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden də İlham Əliyevə bu əlamətdar günlə bağlı təbrik məktubu göndərib.Məktubda deyilir:” Amerika xalqı adından sizə və Azərbaycan xalqına 28 May-Respublika Günü münasibəti ilə səmimi salamlarımı və təbriklərimi çatdırıram.Respublika günündə Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm...”.Almaniya Federativ Respublikasının prezidenti Frank Valter Ştaynmayer də cənab İlham Əliyevə təbrik məktubu göndərib.Məktubda deyilir:”Cənab prezident İlham Əliyev! 28 May - Respublika Günü münasibəti ilə sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və həmvətənlərim adından səmimi təbriklərimi çatdırıram.Biz son 29 ildə dövlətlərimizin arasında olan münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik.Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq...Sizə ən xoş arzularımı çatdırıram və xalqınıza sülh, azad və rifah dolu gələcək arzu edirəm...”Eləcə də Avstriya
Respublikasının Prezidenti Aleksander Van Der Bellen də, Səudiyyə Ərəbistanın kralı Salman Bin Əbdüləziz Al Səud da, İsveç kralı XVl Karl Qustav da, Koreya Respublikasının Prezidenti Mun Ce-İn də, Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev də, Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon da və.b Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təbrik məktubları göndəriblər.
Hal-hazırda Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda – bir sözlə,işğaldan azad olunmuş torpaqlarımızda bərpa və abadlıq işləri aparılır.Biz inanırıq və güvənirik ki, cənab İlham Əliyev nəzərdə tutduğu bütün işləri layiqincə həyata keçirəcək.Bir daha cənab prezidentimizi təbrik edirik! Möhtərəm İlham Əliyev! Ulu Tanrı sizə yar olsun! Sizi Azərbaycan xalqının başının üstündən əskik etməsin! Əziz prezidentimiz!...Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan! Eşq olsun müzəffər Azərbaycan ordusuna! Və son olaraq şəhidlərimizə Allahdan rəhmət diləyirəm.Müstəqilliyimiz sonsuzadək daimi və əbədi olsun!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: