xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Əbdülhüseyn Abdullayev: İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə ön sıralardadır

5-03-2021, 13:29 341 dəfə baxılıb

Əbdülhüseyn Abdullayev: İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə ön sıralardadır


“Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayev - Prezident İlham Əliyev media qarşısında bəyan etdi ki, Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. Həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsi əsas məsələlərdəndir. Prezident İlham Əliyevin qərarı ilə ötən il bir neçə min ailə üçün mənzil və evlər inşa edilmişdir. Həmin evlər, məcburi köçkünlər üçün nəzərdə tutulsa da, işğal olunmuş ərazilər azad edildikdən sonra şəhid ailələrinə verildi. Bu yaxınlarda 1572 ailəlik şəhərciyin açılışı və bu ilin sonuna qədər daha 3 min şəhid ailəsinin ev və mənzillərlə təmin edilməsi şəhid ailələrinə dövlət qayğısının bariz nümunəsidir.
Dövlətimizin başçısı bildirdi ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası mərhələli şəkildə həyata keçiriləcək. Həmin ərazilərdə kənd təsərrüfatı fəaliyyətinə artıq başlanılıb. 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Füzulidə tikintisi aparılan aeroportun cari ilin payız aylarında açılışı nəzərdə tutulur. Aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinə “Qələbə yolu” adı veriləcəkdir. Minalardan təmizləmə prosesi başa çatandan sonra “ağıllı kənd” layihəsi artıq gerçəkləşməyə başlayacaqdır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Orada təqribən 1000-ə yaxın insan yerləşəcək.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə dağıdılmış maddi irsimizdən danışarkən vurğuladı ki, Ağdam məscidində donuz, inək saxlanılması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir. Azad edilmiş torpaqlarda məlumatlara görə, 67 məscid var idi, onlardan cəmi biri nisbətən salamat vəziyyətdədir. Qalanlar ya tam dağıdılıb, ya da ki, onların böyük hissəsi dağıdılıb. Dövlət başçısı bildirdi ki, Qarabağın bərpası üçün başlanğıc olaraq 2,2 milyard manat investisiya ayırıb. Qarabağın “yaşıl enerji” zonası elan edilməsi ilə dünyanın aparıcı enerji şirkətləri ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildiriblər. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş enerji stansiyalarının tikintisi üçün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib.
10 noyabrdan sonra ermənilər öz mənfur fəaliyyətindən əl çəkmədilər, əksinə, 20 gün ərzində çalışdılar ki, maksimum bizim təbiətimizə və əmlakımıza ziyan vursunlar. İşğala qədər meşələrimizin ümumi həcmi təqribən 220-230 min hektar idi, 54 min hektar meşə fondu ermənilər tərəfindən qırılıb, dağıdılıb. Azad edilmiş torpaqlarda 100 min hektara yaxın taxıl sahələri var idi, onları qanunsuz istismar edirdilər. Beynəlxalq məhkəmələrdə buna nə dərəcədə reaksiya veriləcək? O, işin ikinci məsələsidir. Burada, əlbəttə ki, əsas məsələ obyektivlikdir. Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bütün bunlara görə təzminat ödəməli olacaqlar. Bəzi dövlətlərin Azərbaycana qarşı ikilistandart mövqeyi davam edir. ABŞ-ın azadlığa dəstək aktının 907-ci düzəlişi bizə hələ də sanksiyalar tətbiq edir. Ermənistanda son bir-iki il ərzində nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Heç bir beynəlxalq təşkilat onları qınamadı.
Bütün bunlara baxmayaraq, “Biz özümüzə məxsus olanı qaytarmışıq və nümayiş etdirmişik ki, bizim sözümüz və əməlimiz eyni dəyərə malikdir” - İlham Əliyev

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayevdir.

“Emma” şirkətinin prezidenti Əbdülhüseyn Abdullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əbdülhüseyn Abdullayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Əbdülhüseyn Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Əbdülhüseyn Abdullayevdən danışdılar yaxşı ki, Əbdülhüseyn Abdullayev “Emma” şirkətinin prezidentidir… Əbdülhüseyn Abdullayev öz isguzarlığı ilə tanınır və seçilir….

Əbdülhüseyn Abdullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Əbdülhüseyn Abdullayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Əbdülhüseyn Abdullayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əbdülhüseyn Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əbdülhüseyn Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əbdülhüseyn Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Emma” şirkətinin prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Əbdülhüseyn Abdullayev özünü doğruldub. Bizdə hörmətli Əbdülhüseyn Abdullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi