12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
İsmayıl Hüseynov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
15-02-2021, 12:55
169 dəfə baxılıb
Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib
İran İslam Respublikasının Astara şəhərində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib. Tədbir İran İslam Respublikası Gömrük Administrasiyasının dəvəti əsasında baş tutub.
Azərbaycan tərəfindən görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi Mirmahmud Miratayev, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Komitənin digər məsul şəxsləri və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Qalib Əbdüləliyev iştirak edib.
İran tərəfindən isə görüşə Gömrük Administrasiyası Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Hossein Kakhki, Ərdəbil Ostanının Gömrük İdarəsinin rəhbəri Pərviz Təqəvi, Astara, Biləsuvar və Culfa gömrük-keçid məntəqələrinin rəhbərləri və İran İslam Respublikası Baytarlıq Xidmətinin məsul vəzifəli şəxsləri qatılıb.
Tədbirdə Azərbaycan və İran arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyi, iki ölkə arasında təsdiq olunmuş beynəlxalq baytarlıq sertifikatı əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə iri və xırdabuynuzlu heyvanlar, atlar, diri quş və quşçuluq məhsullarının, birgünlük cücələr və damazlıq yumurtaların Azərbaycan Respublikasından Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə daşınmasının təmin edilməsi məsələləri müzakirə olunub.
Giriş sözü ilə çıxış edən İranİslam Respublikasının Gömrük Administrasiyası Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Hossein Kakhki Azərbaycan və İran arasında mövcud əlaqələrdən danışıb, Azərbaycan-İran əlaqələrinin möhkəm dostluq və yüksək strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirib. İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi, ticarət dövriyyəsinin həcminin artdığı qeyd edilib.
Dövlət Gömrük Komitəsi Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev Azərbaycan və İran arasında qarşılıqlı münasibətlərin strateji əməkdaşlıq səviyyəsində daha da genişləndiyini, gömrük orqanlarının da bu əlaqələrin inkişafına öz töhfəsini verdiyini deyib.
Görüş zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev iki ölkənin gömrük xidmətləri arasında sıx əməkdaşlığın digər qurumların işinə də müsbət təsir göstərdiyini bildirib, iki ölkənin müvafiq qurumları arasında əvvəlcədən aparılmış səmərəli danışıqlar nəticəsində beynəlxalq baytarlıq sertifikatının tətbiqinə razılıq verildiyini diqqətə çatdırıb.
Görüşdə Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər bölgələrinə və əks istiqamətdə göndərilən diri heyvanların və quşların İran İslam Respublikasının ərazisindən tranzit keçidinin təmin edilməsi məsələsinin icrasına başlanılması ilə bağlı razılıq əldə edilib. Artıq fevralın 10-dan etibarən sadalanan məhsulların tranzit keçidi təmin edilir.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
Sahibkarlar üçün onlayn seminar keçirilib
Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.
Seminarın açılışında çıxış edən ASK-nın vitse prezidenti Vüqar Zeynalov təmsil etdiyi qurum ilə Dövlət Gömrük Komitəsi arasında ikitərəfli əməkdaşlıq komissiyasının fəaliyyəti çərçivəsində kifayət qədər məhsuldar görüşlərin keçirildiyini, səmərəli müzakirələr aparıldığını bildirib. ASK-nın vitse-prezidenti pandemiya dövründə gömrük əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib, yaranan mürəkkəb şəraitə baxmayaraq, gömrük rəsmiləşdirilməsi tədbirlərinin sürətlə həyata keçirildiyini, malların sahiblərinə vaxtında təhvil verilməsi üçün bütün zəruri addımların atıldığını vurğulayıb.
Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatların gömrük-biznes münasibətlərinin inkişafına münbit şərait yaratdığını diqqətə çatdırıb. İslahatların uğurla reallaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən ticarətin asanlaşdırılması, gömrük-biznes münasibtlərinin etibarlı tərəfdaşlıq müstəvisində inkişafı üçün mühüm addımlar atıldığını qeyd edən baş idarə rəisi bu istiqamətdə həyata keçirilən layihələrdən, yeniliklərdən danışıb.
Daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşları "Yaşıl dəhliz" buraxılış sistemi, birbaşa və dolayı gömrük təmsilçiliyi, əqli mülkiyyət, gömrük ödənişləri mövzusunda təqdimatlarla çıxış ediblər.
Onlayn seminarda sahibkarlıq subyektlərinin 60-dan çox nümayəndəsi iştirak edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynovdur.
Dövlət Gömrük Komitəsinin birinci müavini İsmayıl Hüseynov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən İsmayıl Hüseynov bu işin müqəddəsliyini qoruyub saxlayır. İsmayıl Hüseynov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu İsmayıl Hüseynovdan danışdılar yaxşı ki, İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsinin birinci müavini təyin olunub…İsmayıl Hüseynov öz isguzarlığı ilə tanınır və seçilir….
İsmayıl Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
İsmayıl Hüseynov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
İsmayıl Hüseynov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
İsmayıl Hüseynov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
İsmayıl Hüseynovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
İsmayıl Hüseynov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
İsmayıl Hüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Dövlət Gömrük Komitəsinin birinci müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə İsmayıl Hüseynov özünü doğruldub. Bizdə hörmətli İsmayıl Hüseynovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: