xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Lətif Fərəcov: Qarabağ AZƏRBAYCANDIR!

16-10-2020, 15:43 465 dəfə baxılıb

Lətif Fərəcov: Qarabağ AZƏRBAYCANDIR!


Cəlilabad Rayon 1№-li Dövlət Notariat Kontoru Lətif Fərəcov - «Erməni ölmək istəmirsə rədd olsun bizim Qarabağ torpaqlarımızdan!»
İlham Əliyev

Söhbət mövzusu dövlət, vətən olduqdan sonra gerisi təfərrüatdır. Əsrlərlə Azərbaycan xalqının qanına susayan mənfur və riyakar Ermənistanın yeganə siyasəti Azərbaycanın əzəli torpaqlarını həmişəlik işğal altında saxlamaq, status-kvonun dəyişməməsinə nail olmaq, münaqişənin uzun müddət davam etməsi ilə Azərbaycan torpaqlarının işğalını legitimləşdirməkdir. Ona görə də, münaqişə baş verəndən bu günədək, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onlar əsas beynəlxalq təşkilatların qətnamələrinə heç vaxt əməl etməyə təşəbbüs və səy göstərməmışlər.
Nəticədə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır. Bunun əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini milli ideologiyası və hərbi doktirinasının əsası kimi qəbul etməsi, diğər tərəfdən isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən onlara təkid və təzyiqin göstərilməməsidir.

Lətif Fərəcov: Qarabağ AZƏRBAYCANDIR!


Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar da Ermənistan qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etsələr də, beynəlxalq hüququn normaları və prinsiplərinə qətiyyən əməl olunmamışdır. Bu qərar və qətnamələrin tam, dərhal, və qeyd-şərtsiz əməl olunması demək olar ki, təmin olunmamışdır.
Münaqişənin həlli üçün bütün hüquqi çərçivənin olmasına baxmayaraq, Ermənistanın uzun müddət cəzasız qalması, ona kifayət qədər praktiki təzyiq göstərilməməsi, beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoymaması təcavüzkarın əl-qolunun açılmasına, öz mənfur siyasətini açıqdan-açığına davam etdirməsinə, iştahının artmasına səbəb olmuşdur.
Nəticədə, tez bir zamanda Azərbaycanın yeni torpaqlarını işğal etməyi və həyata keçirməyi planlaşdırmışdır.
Buna görə də Ermənistan müzakirələri pozmağa və ardıcıl olaraq təxribatlar törətməyi gündəlik fəaliyyəti kimi qəbul etmişdir. Son iki ildə bu sərsəm və acı nəticəsi düşünülməmiş siyasi-hərbi addımlar faşist idelogiyasına xidmət edən Nikol Paşinyan və onun tərəfdarlarının siyasətinin əsas və təxirəsalınmaz qayəsini təşkil etdiyinə görə iyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonuna, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücum etdilər. Bu quduzlaşmış və gözü kor olmuş Ermənistan Silahlı Birləşməsinin hərbi qulluqçuları və muzdlu hərbçiləri müzəffər Ordumuzun qəhrəman əsgər və zabitləri tərəfindən əzilərək layiqli cəzalarını aldılar. Onlar biabırçı şəkildə məğlub olaraq geri çəkildilər. Bununla kifayətlənməyən qaniçən Ermənistanın hərbi-siyasi liderlərinin xeyir-duası ilə avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizdə terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdır və bu diversiya qrupunun başçısı sayıq və cəsur hərbıçilərimiz tərəfindən saxlanilmışdır. Onun verdiyi məlumata görə düşmən ölkənin müharibəyə ciddi hazırlaşdığı çox qiymətli və əsası olan inandırıcı faktlarla sübut olunmuşdur.

Lətif Fərəcov: Qarabağ AZƏRBAYCANDIR!


Bütün bu diversiya və ardıcıl təxribatlar danışıqlar prosesinin tamamilə pozulmasına və Azərbaycanın günahlandırılmasına nail olmaqla yanaşı ölkədəki iqtisadi və siyasi böhrandan çox ciddi əziyyət çəkən “məzlum” erməni xalqının diqqətini korrupsioner Nikol Paşinyan hökumətin yaritmaz fəaliyyətini gizlətmək və onlarln qanunsuz hakimiyyətlərinin omrünü qeyri-qanuni uzatmaqdır.
Buna görə də, Paşinyanın “Qarabağ Ermənistandır” deməsi, , Azərbaycan üçün yeddi ilkin şərt irəli sürməsi, Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmasını, Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması, qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara alması azərbaycanlıların hisslərini təhqir etmək üçün planlaşdırılan təxribatdan başqa bir şey deyidir.
Dövlət Başçımız İlham Əliyev cənablarının qeyd etdiyi kimi, Azərbaycan dəfələrlə münaqişənin sülh yolu ilə həll olunmadığı təqdirdə gücə əl atacağına dair xəbərdarlıq etmişdi.
Təəssüf ki, beynəlxalq ictimaiyyət də, Ermənistan da bu xəbərdarlıqlara etinasız yanaşdı. Ermənistanın sentyabrın 27-də əl atdığı hərbi təxribat sülh üçün bütün yolları bağlamış oldu. Hesab edirəm ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları tamamilə legitimdir.
BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Biz BMT Nizamnaməsinin verdiyi bu hüquqdan istifadə edirik.
Bu gün Azərbaycan Əsgəri öz doğma torpaqlarında vuruşur, öz vətənini düşmən tapdağı altından azad edir!
Müzəffər Azərbaycan Ordusu “Qarabağ Azərbaycandır!” şüarı ilə bütün işğaldan azad edilmiş torpaqlarda Azərbaycan Bayrağını sancacaqdır

Qələbə bizimlədir!

Azərbaycan xalqı öz tarixi vətənində toy bayram edəcəkdir!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi