xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ankara daxil olmaqla 20 şəhərdə qadağalar bərpa olundu

18-08-2020, 10:48 77 dəfə baxılıb

Ankara daxil olmaqla 20 şəhərdə qadağalar bərpa olundu


Türkiyədə sosial məsafənin qorunması və maska taxılması kimi qaydalara əməl edilməməsi səbəbiylə yoluxmaların artması ilə bəzi qadağaların tətbiqi bərpa olunub.

“Milliyet” xəbər verir ki, bir çox vilayətdə 65 yaşdan yuxarı vətəndaşların şəhərdə hərəkəti məhdudlaşdırılıb. Ankara, Kastamonu, Kütahya, Eskişehir, Erzincan, Ordu və Bursa şəhərlərində də qaydaların qüvvəyə minməsi ilə 65 yaşdan yuxarı vətəndaşlara məhdudiyyət qoyulan şəhərlərin sayı 20-yə yüksəlib.

Qaydalara görə, 65 yaşdan yuxarı vətəndaşlara ictimai nəqliyyatın sıx vaxtlarında bu nəqliyyat vasitələrindən istifadə etmələrinə icazə verilməyəcək. Xroniki xəstəlikləri olan və 65 yaşdan yuxarı vətəndaşların toy, cənazə, və s. insan sıxlığının yaşandığı kütləvi tədbirlərdə iştirakı qadağan ediləcək.

Tədbirlərin səmərəli həyata keçirilməsini təmin etmək üçün qurulmuş Küçə Nəzarət Mərkəzləri daxilində “Məhəllə Nəzarət Heyətləri” yaradılacaq. Bu qruplar məhəllələrdə müəyyən edilmiş və karantində olan insanları izləyəcəklər.

Məlumatlandırılmaqlarına baxmayaraq, karantin qaydalarını pozduğu aşkar edilən şəxslər haqqında Ümumi Səhiyyə Qanununun 282-ci maddəsinə uyğun olaraq inzibati cərimə tətbiq ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi