xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

SEVİNDİRİCİ XƏBƏR: Alimlər koronavirusun zəif nöqtəsini tapıblar

7-04-2020, 16:02 64 dəfə baxılıb

SEVİNDİRİCİ XƏBƏR: Alimlər koronavirusun zəif nöqtəsini tapıblar


Qeyri-kommersiya tibbi tədqiqat qrupu olan “Scripps Research” müəyyən edib ki, koronavirusun müəyyən bir sahəsi vaksinlər tərəfindən hədəfə çevrilib.

Bu barədə “New York Post” məlumat yayıb.

Çinin Uhan şəhərində ilk dəfə ortaya çıxan koronavirus (COVID-19) bu gün dünyada təxminən 1,5 milyon insana yoluxub. Epidemiya səbəbindən həyatını itirənlərin sayı 70 mindən çoxdur.

Dünyanın hər yerindən olan elm adamları xəstəliyin baş verməsinin həlli yollarını tapmaq üçün müalicə və vaksinlər hazırlamaq üçün səy göstərirlər. Hazırda vaksin üzərində işləyən qruplardan biri də “Scripps Research” adlı qeyri-kommersiya tədqiqat müəssisəsidir.

İnsan bədəninin COVID-19-la qarşılıqlı təsirini araşdıran alimlər virusun müəyyən bir səthinin peyvəndlər tərəfindən hədəfə çevrildiyini aşkar ediblər.

Qrupun adından mətbuata açıqlama verən Menq Yuan bunları deyib: “Bu nöqtənin virusda gizləndiyini aşkar etdik. Bu yalnız səthin quruluşu dəyişdikdə baş verir”.

Tədqiqatın aparıcı müəllifi Dr. İan Uilson isə deyib ki, gizli səthlərin müəyyənləşdirilməsi virus üçün hazırlanan müalicə və peyvəndlərin strukturuna kömək edəcək: “Sözügedən səth virusun “Axilles topuğu” ola bilər. Əldə olunan bu nəticə gələcəkdə ortaya çıxa biləcək yeni koronaviruslar daxil olmaqla, digər viruslardan da qorunmaqda istifadə edilə bilər”. (baku.ws)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi