xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab

10-11-2026, 09:37 3 dəfə baxılıb

Hörmüz 8 milyard qarşılığında açılacaq? - Tehrandan cavab


İran rəsmiləri 8 milyard dollarlıq dondurulmuş aktivlərin azad edilməsi müqabilində Hörmüz boğazının dəniz nəqliyyatına açılması barədə yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildiriblər. Tehran administrasiyası yalnız irəli sürdükləri şərtlərin yerinə yetiriləcəyi təqdirdə danışıqları qəbul edəcəklərini vurğulayıb.

“Fars” xəbər agentliyinə açıqlama verən və adı açıqlanmayan rəsmi şəxs səkkiz milyard dollar müqabilində boğazın yenidən açılması istiqamətində hər hansı danışıqların aparıldığını qəti şəkildə təkzib edib.

Bununla belə, bəzi beynəlxalq KİV-lər, o cümlədən İsrailin “Israel Hayom” qəzeti ABŞ Prezidenti Donald Trampın Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə İranın təkliflərini müzakirə etmək üçün görüşəcəyini iddia etmişdi.

Tehran rəhbərliyi Vaşinqtona qarşı irəli sürdüyü tələblərdə qətiyyətli olduğunu bildirib. Belə ki, İranın əsas tələblərinə dəniz blokadasının tamamilə qaldırılması, ticarət və neft tankerlərinin Hörmüz boğazından təhlükəsiz keçməsi üçün rəsmi zəmanətlər, birtərəfli sanksiyaların ləğv edilməsi, neft ixracına qoyulan məhdudiyyətlərə son qoyulması, xaricdə dondurulmuş aktivlərin sərbəst buraxılması, nüvə materiallarının ölkə daxilində saxlanması və mövcud hərbi qarşıdurmanın, eləcə də, müharibənin sona çatdırılması daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi