xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Ağ Evdən Tehrana sərt cavab: Hörmüz boğazı açılmadan atəşkəs olmayacaq

9-04-2026, 10:54 10 dəfə baxılıb

Ağ Evdən Tehrana sərt cavab: Hörmüz boğazı açılmadan atəşkəs olmayacaq


Gəmilər Hörmüz boğazından sərbəst keçə bilməyincə, ABŞ İranla atəşkəs şərtlərinə əməl etməyəcək.

Bunu ABŞ-ın vitse-prezidenti C.D. Vens İranın İsrailin Beyruta genişmiqyaslı hücumu ilə əlaqədar olaraq Hörmüz boğazını bağlaması qərarını şərh edərkən deyib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian İsrailin Livana hücumundan sonra neft tankerlərinin Hörmüz boğazından keçməsinin dayandırıldığını bildirib.
Vens bildirib ki, atəkəs razılaşamasına əsasən bir Hörmüz boğazının açılmasını təklif edirik. “Boğaz açılamalıdır. Əgər biz bunun baş verəcəyini görməsək, iranlılar öz şərtlərinə əməl etməsələr, prezident bizim şərtlərimizə əməl etməyəcək", - o qeyd edib.

Ağ Evin sözçüsü Karolin Livitt isə bəyan edib ki, Hörmüz boğazının yenidən bağlanması qəbuledilməzdir. "Hörmüz boğazının bağlanması tamamilə qəbuledilməzdir. Bu gün boğazda nəqliyyat axınında artım müşahidə etdik. Prezident Trampın Hörmüz boğazının dərhal, sürətli və təhlükəsiz şəkildə yenidən açılması ilə bağlı gözləntilərini və tələblərini bir daha təkrarlayıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi