xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 
  • 14:47 – Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında 
  • 13:55 – Prezident gənclərin tərbiyəsindən danışdı 

Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal

28-07-2026, 15:30 2 dəfə baxılıb

Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağ və KTMT ilə bağlı son açıqlaması erməni teleqram kanallarında sərt tənqidlə qarşılanıb.

Erməni teleqram kanallarında yayılan paylaşımlarda Zaxarovanın dediklərinin həqiqəti əks etdirmədiyi iddia olunur.

Paylaşım müəlliflərinin fikrincə, Ermənistan Qarabağ münaqişəsi ilə bağlı heç vaxt KTMT-yə müraciət etməyib. Bildirilir ki, İrəvan təşkilata yalnız 2022-ci ildə Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olduğunu əsas gətirərək kollektiv müdafiə mexanizmlərinin işə salınması üçün rəsmi müraciət edib, lakin bu müraciət rədd olunub.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib:

"Ermənistanın "KTMT mexanizmlərini işə salaq" dediyi bir vəziyyət olmuşdu. Amma söhbət hansı ərazi və hansı vəziyyətdən gedirdi? Ermənistanın özünün nə öz ərazisi, nə də müstəqil dövlət kimi tanımadığı "Dağlıq Qarabağdan". Belə şəraitdə KTMT mexanizmlərini işə salmaq mümkün deyildi."musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi