xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Çavuşoğlunun Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – Gərginlik böyüyür

3-03-2020, 13:00 69 dəfə baxılıb

Çavuşoğlunun Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – Gərginlik böyüyür


Ermənistan Xarici Işlər naziri Zohrab Mnatsakanyan türk həmkarı Mövlud Çavuşoğlunun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.

O, bu barədə özünün Tvitter hesabında yazıb.

“Mövlud Çavuşoğlunun həmsədrlərə verdiyi tövsiyə “Luka 4.23”-ü, “Həkim. özünüzü sağaldın” ifadəsini xatırladır”, – Mnatsakanyan qeyd edib.

Xatırladaq ki, Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdən sonra açıqlama verən türk nazir “Minsk qrupu Qarabağ məsələsinin həlli üçün daha fəal işləməyə davam etməlidir. Bu qərar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır” açıqlamasını verib.

Çavuşoğlunun fikirləri Ermənistanda etirazlara səbəb olub, eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Qarabağın Azərbaycan qaytarılması üçün danışıqlara başladığı iddiasının yayılmasına yol açıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi