xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...

Bugün, 15:30 0 dəfə baxılıb

Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...


Dünyada, Ukrayna cəbhəsində, hətta Rusiyanın öz daxilində nə baş verir-versin, Vladimir Putin öz ampluasındadır. Sanki zaman onun üçün dayanıb.

Elə olmasaydı, dünən o, Peterburqda Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti ilə görüş zamanı Ukrayna ilə bağlı radikal mövqeyini sırf işğalçı tərəfə xas əda ilə təkrarlamazdı. 5 ildir davam edən, bir milyondan çox əmək qabiliyyətli rusiyalının sıradan çıxmasına gətirən, neft-qaz ölkəsini yanacaq böhranı ilə üz-üzə qoyan və az qala, at-araba dövrünə qaytaran müharibəni hələ də absurdcasına “xüsusi hərbi əməliyyat” adlandımazdı.

Əlbəttə, bu qəbil açıqlamalar hər şeydən öncə Rusiya daxilində getdikcə artan ictimai narazılığı səngitməyə, Putinin zəifləyən nüfuzunu xilas eləməyə hesablanıb. Üstəgəl, sentyabr ayında Dövlət Dumasına seçkilər keçiriləcək. Hansı ki, hakim “Vahid Rusiya” partiyasına qarşı etimad referendumuna da çevrilə bilər. 5 ildə ilk dəfə...

Şübhəsiz, siyasətçi üçün, özəlliklə ölkə rəhbəri üçün ən qorxulusu reallıq hissini itirməkdir. Bu da əlavə dəlil-sübutlar.

Peterburq görüşündə Kreml başçısı nə qədər gülməli də olsa, iddia edib ki, müharibəni Rusiya başlamayıb. “Biz sadəcə, cavab vermişik, burada təcavüzdən söhbət gedə bilməz” söyləyib. Ardınca savaşın “Moskvanın qələbəsi ilə bitəcəyinə” əminlik ifadə edərək, “Belə də olacaq, buna zərrəcə şübhəm yoxdur” vurğulayıb.

Putin imperiya təfəkküründən qaynaqlanan və təhlükə saçan digər fikirlər də səsləndirib. Məsələn, deyib ki, “Ukrayna gec-tez torpaqlarını itirəcək”. Sitat: “Əminəm ki, gec-tez Ukrayna qərb torpaqlarını itirəcək. Polşaya, Macarıstana, Rumıniyaya məxsus olan torpaqları da... Gec-tez, sabah yox, bəlkə də o biri gün yox – bir ildən, iki ildən, on ildən, on beş ildən sonra, amma hər şey öz yerini tapacaq”.

Yəni ki, onun təbirincə, Ukraynadan heç nə qalmamalıdır...

Görəsən, bunu o, necə təsəvvür edir və nəyə arxayındır? Dünyanın guya ikinci ordusuna malik bir dövlət 5 ildir Ukraynanı ram edə bilmir və illərdir orada, “bataqlıqda” çapalayır. Həmin 5 ildə isə Ukrayna Avropada faktiki, ən döyüşkən, ən modern ordu yaradıb. Rusiyanın özü onunla bacarmırsa, görəsən Polşanın, Rumıniyanın, Macarıstanın Ukraynaya hansı pisliyi keçə bilər? Ən mühümü, Rusiyadan fərqli olaraq, bu üç dövlət həmişə beynəlxalq hüquqa sayğılı olub!

Beləcə, adam suveren bir dövlətlə bağlı gör nə xəyallar qurur, nə düşünür. Bu həmin Ukraynadır ki, hələ sovet dövründə SSRİ ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvü olub. BMT-nin təsisçilərindən biri kimi 1948–1949 və 1984–1985-ci illərdə SSRİ-nin tərkibində ola-ola TŞ-nin qeyri-daimi üzvü seçilib. Gör indi Putin digər postsovet ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hansı gözlə baxır...

Rusiya lideri bişəkk, bununla blef edir, ondan narazılığı artmaqda olan Rusiya cəmiyyətini “gümrahlaşdırmaq” niyyəti güdür. Əslində isə, o, Ukraynanın yox, Rusiyanın parçalanma perspektivindən, imperiyanın nə vaxtsa “tikişlər üzrə sökülməsindən” təlaş keçirməlidir. Niyə?

Ona görə ki, Ukrayna Rusiya kimi məkrli, bəd xislətli dövlət deyil. Rusiya Avropanın sonuncu, ən “qartımış” imperiyasıdır. Məgər Şimali Qafqaz, Tatarıstan, Başqırdıstan, Tuva, Yakutiya, lap elə Krım (xanlığı), Həştərxan (xanlığı) tarixi rus torpaqlarıdırmı?

Burda deyiblər, şüşəli otaqda oturub başqasının taxta evinə daş atmaq...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi