xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ

18-07-2026, 10:14 2 dəfə baxılıb

Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ


Rusiya miqrantlara qarşı qadağaları və nəzarət mexanizmlərini daha da sərtləşdirir. Ölkənin daxili işlər nazirinin müavini İqor Zubov deyib ki, Rusiyaya gələn miqrantların izləmə tətbiqi olan mobil telefon alması tələb olunacaq.

Zubov bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin iclasında bildirib. O deyib ki, bu, ilk növbədə uzunmüddətli qalma və ya iş üçün gələn əcnəbilərə aiddir. “Hər bir miqrant qeydiyyatdan keçərkən telefon almalıdır... Bu telefonda onların elektron profili olacaq. Və biz hər bir miqrantın yerini biləcəyik”, - deyə nazir müavini bildirib. Onun sözlərinə görə, bu tədbirlər miqrantların “nəzarətsiz bir yerdən digərinə köçməsinin və ya yaşayış yerini dəyişdirməsinin” qarşısını alacaq.

2025-ci ilin sentyabr ayından etibarən Moskvada və ətraf bölgədə yaşayan miqrantlardan yer məlumatlarını polisə ötürən "Amina" tətbiqini quraşdırmaq tələb olunur. Üç iş günü ərzində qeydiyyatdakı yaşayış yerində olmazsa, əcnəbi avtomatik olaraq Daxili İşlər Nazirliyinin reyestrindən çıxarılır. Bundan sonra miqrantın bank xidmətlərinə çıxışı və mənzil kirayəsi bloklanır və o, həmçinin Rusiyadan çıxarıla bilər.

Ümumiyyətlə, şəhərləri vurulan, iqtisadiyyatı zəifləyən, sanksiyalar altında olan Rusiya miqrantlar üçün indi cəlbedicidirmi?

Hüquqşünas Sahib Məmmədov Musavat.com-a bildirib ki, Rusiya ərazi baxımından nəhəng ölkə olduğu üçün bütün sərt tədbirlərə baxmayaraq, miqrantlar üçün cəlbedici ölkə olaraq qalır: “Rusiya xüsusilə, qonşu ölkələrə münasibətdə məhdudiyyətləri tədricən artırır. Ancaq Rusiyada işçi qüvvəsinə ehtiyac var. Buna görə də Hindistan və digər ölkələrdən miqrantlar qəbul etməyə başlayıb. İzləmə tətbiqi olan mobil telefonların alınması ilə bağlı tələb isə şəxsi həyata müdaxilədir. Demək olar ki, bütün ölkələr müxtəlif proqramlar vasitəsilə izləmə həyata keçirirlər. Nəinki ölkələr, hətta bəzən kəşfiyyat qurumları barədə ifşaedici yazılar dərc olunur”.

Onun sözlərinə görə, Rusiya isə bunu açıq formada edir: “Miqrantların yalnız öncədən qeydə alınmış izləmə funksiyası olan telefonlar işlətməsi tələbi ilə Rusiya özünə rahat şərait yaratmaq istəyir. Bu, Rusiyanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalar, o cümlədən Rusiya Konstitusiyasının özünə də ziddir. Telefon danışıqları və s. məsələlər məhkəmə tərəfindən sanksiyalaşdırılmalıdır. Daha əvvəl məhkəmə qərarı olmadan heç kəsin şəxsi danışıqları dinlənə bilməzdi. Görünən odur ki, artıq bu hüquqlar gözardı edilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi