xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI

Bugün, 13:03 1 dəfə baxılıb

Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI


Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat qəzası ciddi suallar yaradıb. İlkin məlumata görə, kanatın trosunun qırılması nəticəsində iki nəfər yüksəklikdən yerə düşərək həyatını itirib. Hadisə ilə bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Bəs istirahət mərkəzlərində belə qurğuların texniki vəziyyətinə kim nəzarət edir? Kanatın istifadəyə yararlılığı və təhlükəsizlik tələblərinə cavab verməsi mütəmadi yoxlanılırmı? Trosun qırılmasına texniki nasazlıq, istismar qaydalarının pozulması, yoxsa digər amillər səbəb ola bilər?

Təhlükəsizlik eksperti Samir Nəbiyev Musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşüb:

“Baş vermiş hadisə ilə bağlı prokurorluqda istintaq aparılır. Ona görə də ekspertiza nəticələri olmadan konkret nasazlıq və ya şəxslərin təqsiri barədə qəti fikir bildirmək düzgün deyil. Trosun qırılmasına gəlincə, bu məlumat hadisənin necə baş verdiyini göstərə bilər, amma onun nə üçün baş verdiyi ayrıca araşdırılmalıdır. Kanat sisteminin təhlükəsiz istismarının təşkilinə ilk növbədə qurğunu işlədən müəssisə cavabdehdir. Müəssisə məsul şəxs təyin etməli, bu, hətta daxili əmrlə rəsmiləşdirilməli, təlim keçmiş operatorlar işləməli, texniki xidmət və baxışlar təşkil edilməlidir. Bu, müəssisənin gündəlik nəzarət tədbirləridir”.

Ekspert qeyd edib ki, attraksionların texniki təhlükəsizliyinə dövlət nəzarətini Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirir:

“Dövlət yoxlaması müəssisənin gündəlik nəzarət öhdəliyini əvəz etmir. Sadəcə olaraq planlı və ya növbədənkənar dövri yoxlamalar həyata keçirilir. Bu proses zamanı hər hansı qüsur aşkarlanarsa, fəaliyyət dayandırıla və ya məcburi göstəriş verilə bilər. Yoxlamalar zamanı gündəlik baxışları dövri texniki müayinədən fərqləndirmək lazımdır. FHN gündəlik baxışların keçirilməsini tələb edir. Praktiki olaraq bu baxış ziyarətçilər qurğudan istifadə etməzdən əvvəl səriştəli əməkdaş tərəfindən aparılmalı və nəticələri qeydə alınmalıdır. Vizual və ya qeyri-dağıdıcı üsullarla aparılan inspeksiya zamanı hər hansı uyğunsuzluq aşkarlanarsa, istismar dərhal dayandırılmalıdır. FHN-in rəsmi açıqlamasına görə, attraksionlar ən azı 12 aydan bir texniki yoxlamadan keçməlidir. Lakin bu, ildə bir dəfə yoxlamanın kifayət etdiyi anlamına gəlmir. Dünya təcrübəsində tros, kanat, lift və digər qaldırıcı qurğuların ildə minimum bir dəfə yoxlanılması tələb olunur. Təmir, dəyişiklik və hadisədən sonra qurğu yenidən istifadəyə verilməzdən əvvəl əlavə yoxlamalar aparılmalıdır. Müayinə və sınaq proqramı qurğunun növünə uyğun seçilməlidir. Mexanikləşdirilmiş attraksionun texniki pasportu, qeydiyyat və istismara buraxılış sənədləri olmalı, operatorun hazırlığı və attestasiyası təmin edilməlidir. Sənədin mövcudluğu qurğunun hər gün faktiki olaraq saz vəziyyətdə olması demək deyil”.

Samir Nəbiyevə görə, texniki nəzarət yalnız trosla məhdudlaşmamalıdır:

“Dayaqlar, bərkitmə nöqtələri, birləşmələr, əyləc və sərnişini qoruyan sistemlər birlikdə yoxlanılmalıdır. Qeyri-dağıdıcı nəzarət üsulları tətbiq edilməli, aşınmış komponentlər dəyişdirilməlidir. İcazə verilən çəki, sərnişin sayı və hava şəraiti ilə bağlı məhdudiyyətlərə əməl olunmalı, hər istifadədən əvvəl sərnişinin düzgün bərkidilməsi yoxlanılmalıdır. Qəza zamanı qurğunun dayandırılması, təhlükəsiz təxliyə imkanları, hündürlükdən xilasetmə planı, lazımi avadanlıq və xilasetmə dəstəsi olmalıdır. Nasazlıq aşkarlandıqda fəaliyyət dayandırılmalı və təhlükəsizlik təsdiqlənmədən bərpa edilməməlidir. Əsas prinsip budur ki, texniki yoxlama kağız üzərində imza deyil, insan həyatını qoruyan real nəzarət olmalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi