xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Rusiyada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

30-09-2020, 10:40 48 dəfə baxılıb

Rusiyada yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ


Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Federasiyası Xarici İşlər Nazirliyində Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy və Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

Azərbaycanın Rusiyadakı (Moskva) səfirliyindən “Report”un Rusiya bürosuna verilən məlumata görə, A.Rudenko Rusiyada yaşayan, yeni iş yerləri açaraq ölkə iqtisadiyyatına əvəzsiz töhfə verməkdə davam edən çox sayda azərbaycanlının xüsusi rolunu qeyd edib.

Eyni zamanda, Dağlıq Qarabağ münaqişəsi zonasında mövcud hərbi əməliyyatların artması ilə əlaqədar Rusiya Federasiyası ərazisində yarana biləcək millətlərarası gərginliyin qarşısını almaq üçün tədbirlər görmək lazım olduğu qeyd edilib.

Aleksandr Qorovoy isə bildirib ki, Rusiya Daxili İşlər Nazirliyi hər iki icmanın nümayəndələri tərəfindən yerlərdə ola biləcək təxribatların qarşısını almaq üçün ən sərt tədbirlər görəcək. Bura xüsusən, saxlanılma, həbs, vətəndaşlıqdan məhrum etmə və ölkədən çıxarılma daxilidir.

Onlara həmçinin Rusiya ərazisində qalan, Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş, müvəqqəti yaşamaq üçün icazə, yaşayış icazəsi və patent almış Azərbaycan vətəndaşlarının sayı, habelə Rusiya ərazisindən deportasiya edilən şəxslərin sayı barədə statistik məlumatlar verilib.

“Görüş zamanı Rusiya tərəfi Səfirliyin Rusiyadakı azərbaycanlılara və diaspora təşkilatlarına ölkənin qanunlarına riayət etmələri üçün müraciətləri müsbət qiymətləndirib. Səfirlik bir daha Rusiya Federasiyasında yaşayan bütün həmvətənlərini hər hansı bir qanunsuz hərəkətdən çəkinməyə, Rusiya qanunvericiliyinə riayət etməyə və müstəsna qanun çərçivəsində fəaliyyət göstərməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi