xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi

Bugün, 09:36 1 dəfə baxılıb

Ölümcül istilər gözlənilir - Xəbərdarlıq edildi


Avropa son illərin ən güclü isti hava dalğalarından biri ilə üz-üzə qalıb. Fransa, İspaniya, İtaliya, Almaniya, İsveçrə, Lüksemburq və bir sıra digər ölkələrdə qırmızı xəbərdarlıq elan edilib, bəzi bölgələrdə havanın temperaturunun 40-44 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Fransa Meteorologiya Agentliyi ölkə ərazisinin yarıdan çoxunda ən yüksək – qırmızı təhlükə səviyyəsinin tətbiq edildiyini açıqlayıb. Bordo şəhərində termometrlər artıq 42 dərəcəni göstərib, Parisdə isə yaxın günlərdə temperaturun 41 dərəcəyə çatacağı gözlənilir.

İsti hava səbəbindən Fransada 845 məktəb tamamilə bağlanıb, daha 1800 məktəbdə isə dərslər vaxtından əvvəl başa çatdırılıb. Buna baxmayaraq, bir milyondan çox lisey şagirdi buraxılış imtahanlarını verməyə davam edir.

İstilik artıq insan tələfatına da səbəb olub. Fransanın Karpentras şəhərində avtomobildə qalan iki və dörd yaşlı iki uşaq həyatını itirib. Jirond bölgəsində isə yaşı 80-95 arasında olan üç nəfərin həddindən artıq istilərin təsirindən öldüyü bildirilib. Hökumət həftəsonu 13 nəfərin suda boğularaq ölməsindən sonra vətəndaşları nəzarətsiz göl və çaylarda sərinlənməməyə çağırıb.

İspaniyada Dövlət Meteorologiya Agentliyi bəzi ərazilərdə temperaturun 44 dərəcəyə çatacağını açıqlayıb. Bask bölgəsində qırmızı xəbərdarlıq elan olunub, San-Sebastyanda isə havanın 40 dərəcəyədək isinməsi gözlənilir.

İtaliyada Milan, Turin, Venesiya, Bolonya, Florensiya və Roma da daxil olmaqla, 12 şəhərdə qırmızı xəbərdarlıq qüvvədədir.

Almaniyada temperaturun 38 dərəcəyə yüksəlməsi fonunda həftəsonu 5 nəfər üzərkən ölüb.

Böyük Britaniyanın Meteorologiya Xidməti İngiltərə və Uelsin bəzi bölgələri üçün nadir hallarda tətbiq olunan qırmızı istilik xəbərdarlığı yayıb. Ölkənin bəzi ərazilərində temperaturun 38 dərəcəyə çatacağı proqnozlaşdırılır.

Yunanıstanda isə isti hava və güclü küləklər meşə yanğınlarını sürətləndirib. Akraifnio yaxınlığında baş verən yanğın səbəbindən əsas magistral yollardan biri müvəqqəti bağlanıb.

Belçikada rekord istilər gözlənildiyindən dəmir yolu şirkəti bəzi pik saat reyslərini ləğv edib.

Meteoroloqlar bildirirlər ki, isti hava axını Böyük səhradan gələn kütlələrin Avropa üzərində qalması nəticəsində yaranıb və bu, son illərin ən uzunmüddətli istilik dalğalarından birinə çevrilə bilər.

Alimlər isə təkrarlanan və daha intensiv isti dalğalarının qlobal iqlim dəyişikliyinin əsas göstəricilərindən biri olduğunu vurğulayırlar. Bildirilir ki, Fransada 1947-ci ildən bəri qeydə alınan 51 isti hava dalğasının 34-ü 2000-ci ildən, 26-sı isə 2011-ci ildən sonra baş verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi