xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Netanyahu: Tramp İsrailin bütün cəbhələrdə hərəkət etmək hüququnu təsdiqləyib

25-05-2026, 09:22 6 dəfə baxılıb

Netanyahu: Tramp İsrailin bütün cəbhələrdə hərəkət etmək hüququnu təsdiqləyib


İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Livan da daxil olmaqla, bütün istiqamətlərdə təhdidlərə qarşı hərəkət etmək hüququnu təsdiqləyib.

Bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.

"Gecə mən Trampla İranın nüvə proqramına dair yekun razılaşma üzrə qarşıdan gələn danışıqlar məsələsi ilə bağlı söhbət etdim. Tramp Livan da daxil olmaqla, bütün cəbhələrdə İsrailin təhdidlərdən özünü müdafiə etmək hüququnu bir daha təsdiqləyib", - Netanyahu qeyd edib.

Baş nazir əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp və İsrail tərəfi İranla mümkün razılaşmanın şərtləri barədə həmfikirdir. Onun sözlərinə görə, hər hansı yekun razılaşma, İranın uran zənginləşdirmə obyektlərinin sökülməsi və zənginləşdirilmiş nüvə materialının ölkə ərazisindən çıxarılması da daxil olmaqla, nüvə təhlükəsini aradan qaldırmalıdır.(report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi