xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

CNN: Tramp İsrailin İrana qarşı yeni hücumlarını dəstəkləyəcək

30-12-2025, 10:41 9 dəfə baxılıb

CNN: Tramp İsrailin İrana qarşı yeni hücumlarını dəstəkləyəcək


ABŞ prezidenti Donald Tramp Tehranın raket inkişafını və nüvə proqramını davam etdirəcəyi təqdirdə İsrailin İrana qarşı yeni hücumlarını dəstəkləməyə hazır olduğunu bildirib.

Bu barədə "CNN" məlumat yayıb.

Qeyd olunur ki, bu açıqlama İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıqlar ərəfəsində verilib.

"Eşidirəm ki, İran nüvə proqramını məhv etməyə çalışır. Əgər onlar bunu etsələr, biz də onu məhv etməli olacağıq", - deyə Tramp əlavə edib: "Biz onları məhv edəcəyik. Amma ümid edirəm ki, bu baş verməz".

Ağ Ev rəhbəri İranın gələcək silah hərəkətlərinin yeni hücumlar üçün bəhanə ola biləcəyini aydınlaşdırıb.

Məlumata görə, İsrail İranın yenidən vurulması ilə bağlı mümkün ssenarilər barədə ABŞ tərəfini məlumatlandırmaq niyyətindədir.

Təl-Əviv Tehranın iyun ayında ABŞ-ın zərbələri nəticəsində zədələnmiş uran zənginləşdirmə qurğularını bərpa etməyə başlamasından narahatlığını bildirir.

Bundan əlavə, İsrail hakimiyyəti İranın ballistik raket istehsalını bərpa etmək və hava hücumundan müdafiə sisteminin elementlərini təmir etmək cəhdlərini daha da ciddi təhlükə hesab edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi