xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Rusiya geri çəkilir?

4-05-2026, 09:00 6 dəfə baxılıb

Rusiya geri çəkilir?


Rusiya-Ukrayna cəbhəsində hazırkı vəziyyətlə bağlı diqqətçəkən statistika açıqlanıb.

aia.az xəbər verir ki, ABŞ-nin Müharibə Tədqiqatları İnstitutunun hesablamalarına görə, Rusiya ordusu 2026-cı ilin aprel ayında Ukrayna ilə müharibədə 116 kvadratkilometr ərazi itirib.

Qeyd olunur ki, bu, Ukrayna Silahlı Qüvvələrinin 2024-cü ilin avqustunda Kursk vilayətinə daxil olmasından sonra ilk belə haldır. Hesabatda yalnız real nəzarətdə olan ərazilər nəzərə alınıb, müvəqqəti irəliləyişlər isə statistikaya daxil edilməyib.

Analitiklər bildirir ki, Rusiya ordusunun hücum tempi də ciddi şəkildə zəifləyib. Əgər 2025-ci ilin əvvəlində gündəlik irəliləyiş orta hesabla 9,76 kvadratkilometr idisə, 2026-cı ilin ilk dörd ayında bu göstərici 2,9 kvadratkilometrə düşüb.

Bu geriləmə bir neçə faktorla izah edilir: Ukrayna qüvvələrinin əks-hücumları, dronlardan geniş istifadə və rabitə problemləri. Bildirilir ki, 2026-cı ilin fevralında Rusiya “Starlink” terminallarından istifadə imkanını itirib, mart ayında isə Telegram bloklanıb ki, bu da qoşunların idarə olunmasına mənfi təsir göstərib.

Bundan əlavə, hava şəraiti də əməliyyatlara təsir edib. 2025–2026-cı illərin qışı daha sərt və rütubətli keçib, yaz aylarında isə “rasputitsa” adlanan palçıqlı dövr texnikanın hərəkətini çətinləşdirib.

Eyni zamanda qeyd olunur ki, 2025-ci ilin payızından etibarən Rusiya ordusu “boz zonalara” kiçik qruplarla daxil olma taktikası tətbiq edir. Məlumata əsasən, bu cür əməliyyatlar bəzən irəliləyiş görüntüsü yaratmaq üçün istifadə olunur, lakin bu ərazilərin əksəriyyəti faktiki olaraq mübahisəli olaraq qalır və hər iki tərəfin nəzarətindədir.musavat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi