xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 14:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 14:09 – Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO 
  • 12:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 

İrəvandan Ankaraya "top səndədir" mesajı – Ermənistan Türkiyə ilə sərhədləri açmağa tam hazırdır

20-04-2026, 15:30 7 dəfə baxılıb



Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ölkəsinin Türkiyə ilə 32 ildir bağlı olan sərhədlərin açılması və ikitərəfli münasibətlərin tam bərpası üçün bütün hazırlıqları tamamladığını bəyan edib.

Türkiyənin "Türkiye" qəzetinə danışan Kostanyan Ermənistanın həm siyasi, həm də texniki baxımdan bu tarixi addıma hazır olduğunu, artıq qərar növbəsinin rəsmi Ankarada olduğunu vurğulayıb.

Ermənistan rəsmisi bildirib ki, sərhəd keçid məntəqələrində bütün lazımi infrastruktur qurulub, gömrük və sərhəd xidmətləri işə başlamaq üçün tam komplektləşdirilib. Kostanyanın sözlərinə görə, Ermənistan tərəfi hələ 2022-ci ildə Vyanada əldə olunmuş razılaşmaya uyğun olaraq, ilk mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasını gözləyir. Bu bəyanat Türkiyənin "Alican" və Ermənistanın "Marqara" keçid məntəqələrində aparılan son modernizasiya işlərindən dərhal sonra səslənib. Xüsusilə ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi və Türkiyə ilə Azərbaycanı Ermənistan vasitəsilə birləşdirəcək TRIPP layihəsinin müzakirə edildiyi bir vaxtda, İrəvanın bu çıxışı regional blokadanın tamamilə yarılmasına hesablanmış strateji gediş kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, Ermənistan bu addımla həm də regiondakı Rusiya və İran təsirindən uzaqlaşaraq, öz iqtisadi gələcəyini Türkiyə üzərindən Qərb bazarlarına bağlamaq niyyətini nümayiş etdirir. İndi bütün diqqətlər Türkiyənin verəcəyi rəsmi cavaba və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ərəfəsində bu sərhədin nə vaxt açılacağına yönəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi